Aysel Fikrət

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aysel Fikrət
Əhmədova Aysel Fikrət qızı
Doğum adı Aysel Sadıqova
Doğum tarixi (48 yaş)
Doğum yeri Bakı şəhəri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Fikrət Sadıq
Təhsili Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
İxtisası Ədəbi iş və Ekran Sənəti Dramaturgiyası
Fəaliyyət illəri 1993 – h. h.
Əsərlərinin dili Azərbaycanca
Janrlar şeir, esse, roman, hekayə, ssenari
İlk əsəri "Yıxılmış Ağac"
Tanınmış əsərləri "İtirilmiş Gülüş", "Torpaq Adam",
Üzvlüyü

Azərbaycan Yazıçılar Birliyi,

Azərbaycan Jurnalistlər Birliyi,

Qırğız Yazarlar Birliyi,

Osmaniyyə Yazarlar Birliyi (Türkiyə).
Mükafatları Prezident təqaüdçüsü (2018), Çingiz Aytmatov adına Mükafat (2019)

Aysel Fikrət (tam adı: Əhmədova Aysel Fikrət qızı; 28 mart 1976[1], Bakı şəhəri) — Azərbaycanlı yazıçı, dramaturq, ssenarist, müəllimjurnalist. Azərbaycan Yazıçılar BirliyininJurnalistlər Birliyinin üzvüdür.[2][3][4][5]

Aysel Fikrət 1976-cı ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1982-1992-ci illərdə orta təhsilini bitirmişdir. O, 1992-1997-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Ekran Dramaturgiyası fakültəsində təhsil almış və bu təhsili fərqlənmə diplomu ilə başa vurmuşdur.[1]

1997-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasının (AMK) tərkibində olan İncəsənət Gimnaziyasında teatr dramaturgiyası fənni üzrə müəllim vəzifəsində çalışır.[2]

Aysel Fikrət ailəlidir və iki övladı var.

Ədəbi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aysel Fikrətin ədəbi fəaliyyəti 1990-cı illərdə dövrü mətbuatda çap olunmuş hekayələri ilə başlamışdır. O, yaradıcılığına qısa fasilədən sonra davam etmişdir və 2010-cu ildən etibarən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[6] Müxtəlif dövrlərdə mətbuatda və internet saytlarında fəal olaraq köşə yazıları yazmışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aysel Fikrət 1997-ci ildən İncəsənət Gimnaziyasının teatr şöbəsində teatr dramaturgiyası fənnini tədris edir. O, həmçinin, Balaca Yazarlar Birliyinin yaradıcısı və rəhbəridir.[7][8] Şagirdlərinin hekayələrindən ibarət kitabların redaktoru olmaqla yanaşı,[8] teatr dramaturgiyası fənnindən metodiki vəsait də hazırlamışdır.[9] Onun əsərləri əsasında radiotamaşalar hazırlanmış və səhnə əsərləri qoyulmuşdur.

Hazırda o, 2023-cü ilin dekabr ayından etibarən Azərbaycan Milli Konservatoriyasının mətbuat katibi vəzifəsində çalışır.[3]

Mükafatlar və üzvlüklər

[redaktə | mənbəni redaktə et]

Aysel Fikrət, ədəbiyyat və jurnalistika sahəsində fəal işinə görə, Prezident təqaüdçüsüdür. O, Çingiz Aytmatov adına mükafata layiq görülmüşdür. Eyni zamanda, o, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.[2][3][4][5] Aysel Fikrət, həmçinin, Türkiyənin Osmaniyyə Yazarlar Birliyi[2][5] və Qırğızıstan Yazarlar Birliyinin də üzvüdür.[2][3]

Aysel Fikrət Azərbaycan ədəbiyyatı mövzularında yazılmış bir sıra əsərlərin müəllifidir.[4] Onun müəllifi olduğu bəzi kitablar bunlardır:

Kitabın adı İçindəkilər Şəhər Nəşriyyat İl Səhifə ISBN
Bir Buludam Şeirlər Bakı Nərgiz 2009 112
Ən Doğma Yad Şeirlər Bakı Alatoran Yayınları 2013 115 ISBN: 978-9953-8067-1-6
İtirilmiş gülüş Şeirlər, Povest, Hekayələr Bakı Alatoran Yayınları 2013 104
Özgə evi Şeirlər, Hekayələr Bakı Alatoran Yayınları 2019 125
İz Şeirlər Bakı Alatoran Yayınları 2019 190
Kaktus Çiçəyi Şeirlər, Hekayələr, Esselər Bakı JekoPrint 2022 134 ISBN: 978-9952-8686-8-5
Teatr Dramaturgiyası Metodiki Vəsait Bakı Azərbaycan Milli Konservatoriyası 2024 188 ISBN: 978-9952-37-440-1
İspan kafesi Hekayələr Bakı 2024 89
  1. 1 2 Nağıyeva, Şəhla; Məndəvil, Əlison, redaktorlar Azərbaycan Qadını Yaradır (az. və ingilis). Məndəvil, Əlison; Qasımova, Elmira tərəfindən tərcümə olunub (1-ci nəşr). Bakı: Bestpack. 2017. 42. ISBN 978-9952-37-002-7.
  2. 1 2 3 4 5 Sadiq, Gülnarə; Nəsirzadə, Aysel, redaktorlar Zərif Kölgələr (Antalogiya) (az.) (1-ci nəşr). Bakı: Elm və Təhsil. 2024. 72.
  3. 1 2 3 4 "Mətbuat katibi". conservatory.edu.az. 2024.10.06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.10.07.
  4. 1 2 3 Əliyeva, Zöhrə, redaktor"Mədəniyyət" Elmi-Metodiki, Publisistik Jurnalı (az., ingilis, və rus). Bakı: "CBS" Mətbəəsi. İyul-Avqust. 97. ISSN 2788-7251.
  5. 1 2 3 Aliyeva, Ruhangiz. Zangezur - historical land of Azerbaijan (ingilis) (1-ci nəşr). Almaniya: Verlag-Stella. 2023. 59, 90. ISBN 978-3-95772-349-9.
  6. Mecid, Reşad. Azerbaycan Edebiyatı Antolojisi (gençler) (türk) (1-ci nəşrt). Ankara: Berikan. 2018. 27. ISBN 978-605-7501-19-6.
  7. "Laçında "Çağdaş Azərbaycan ədəbiyyatında Qarabağ" mövzusu adlı tədbir keçirilib". 2024.06.25. 2024.10.07 tarixində arxivləşdirilib.
  8. 1 2 Səfərova, Sifai. "Balaca Yazarlar Birliyi Studiyası". 2019.03.27. 2024.10.07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.10.07.
  9. Fikrət, Aysel; Vəlizadə, Ülviyyə. Teatr Dramaturgiyası (Metodiki Vəsait) (az.). Bakı. 2024. ISBN 978-9952-37-440-1.