Avrora Qrup
Avrora Qrup | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Distribütor, Pərakəndə, İstehsalat |
Məhsulları | Bizon, Berg, Lafarella,Doymak, Kreki |
Təsis tarixi | 01.11.1993 |
Baş qərargahın yeri | Bakı, Azərbaycan |
Struktur | |
İşçi sayı | 5000 |
Rəhbərlik | |
Təsisçi | Ceyhun Abbasov |
avrora.az |
Avrora Qrup — Pərakəndə, topdansatış, distribusiya, logistika, istehsalat sahələrində 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışına malikdir. Azərbaycanın qeyri-neft sektorunda, ixtisaslaşmış Azərbaycan şirkətidir.[1]
Haqqında
[redaktə | mənbəni redaktə et]Avrora Qrup[2] distribütor şirkəti kimi fəaliyyətinin əsası 1 noyabr 1993-cü ildə qoyulmuşdur. Şirkət fəaliyyətinə yerli və xarici fabriklərin istehsal etdiyi məhsulları ölkəmizdə dağıtımını həyata keçirməklə başlamışdır.
Bir cox beynəlxalq şirkətlər, zavod və fabriklər partnyoru olan "Avrora Qrup"un portfoliosuna "Danone", "Ehrman", "Arla", "Rolton", "Hochland", "KraftHeinz" "Pernod Ricard", "Diageo", "Carlsberg", "Jagermeister", "Gruppo Campari", "Brown Forman", "Bacardi Limited" və s. kimi aparıcı şirkətlər daxildir. Şirkət distribütor fəaliyyətini daha peşəkar və davamlı həyata keçirmək üçün mərkəzi ofisi Bakıda olmaqla Gəncə, Lənkəran, Bərdə, Quba, Göyçay, Şəki və Saatlıda filialları fəaliyyət göstərir. "Avrora Qrup"un ümumi sahəsi 39000 kv/m olan logistika mərkəzi vardır. "Avrora Qrup" distribütor şirkəti olaraq hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 1000-dən çox məhsul çeşidinin satışını həyata keçirir. 2001-ci ildə "Avrora Qrup" fəaliyyət istiqamətlərini genişləndirərək bazarda həm də istehsalçı şirkət kimi tanınmağa başlamışdır.
Avrora Sənaye Parkı
[redaktə | mənbəni redaktə et]"Avrora Sənaye Parkı"nda Makaron fabriki, Qənnadı fabriki, Qazlı və qazsız içkilər fabriki, Karbon Dioksid fabriki, Un istehsalı fabriki vardır. Fabriklərdə İsveçrənin "Buhler", "Franz Haas", İtaliyanın "İmaforni", "CFT", "Fava", "Ricciarelli", "Landucci", Almaniyanın "KRONES" və digər avadanlıqlar quraşdırılmışdır. Bu fabriklər İSO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi və İSO 9001:2015 Keyfiyyətin İdarəedilməsi Sistemi əsasında fəaliyyət göstərir.[3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Avrora Qroup-un ilk şirkəti 1993-cü ildə təsis edilmişdir. Şirkət ilk dəfə distribütor kimi fəaliyyətə başlayıb. 1997-ci ildə "Orxan MMC" təsis olunub. 2000-ci ildə "Avrora Qrup" təsis olunub. 2002-ci ildə ilk dəyirman kompleksi qurulub. 2002-ci illərin sonunda makaron zavodu istismara verilib. 2002-ci ildə Biskvit fabriki fəaliyyətə başlayıb. 2010-cu ildə Bolmart Supermarketlər Şəbəkəsi xalqın xidmətinə verilib. 2014-cü ildə yeni istehsal sahəsi – qazlı sərinləşdirici içki istehsal edən zavod fəaliyyətə başlayıb. 2017-ci ildə Qafqazın ən böyük və ən müasir dəyirman zavodu kompleksi istismara verilib.[4]
Distribütor fəaliyyəti
[redaktə | mənbəni redaktə et]Avrora qrup 22835 m2-lik Loqistika Mərkəzi ilə bir çox brendlərin – Danone,[5] MARTELL, Global Spirits, Beefeater London, Bombay Sapphıre, JAGUAR, Lafarella, Heinz,[6] Московский Провансаль[7] və başqa şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir.
Şirkətin 500-dən çox yük maşını və 5 regional anbarı var. Hal-hazırda 12000-dən çox ticarət nöqtəsinə 800-dən çox brendin satışını həyata keçirir.[8]
İstehsalat
[redaktə | mənbəni redaktə et]Avrora Qrupun 2002-ci ilə ən müasir Dəyirman avadanlığını alaraq Bakıda quraşdırıb. 2017-ci ildə kompleksdə İsveçrədən gətirilmiş Buhler avadanlıqları quraşdırılıb. 2002-ci ildə makaron fabrikinin inşası başa çatıb. Hal-hazırda makaron fabrikində Doymak, Tanelli, Günaydın, Harika markaları istehsal olunur. 2020-ci ildə yeni makaron fabrikinin açılışı olub.
2002-ci ildə yaradılan biskvit fabrikində peçenye, kreker və vafli xətləri fəaliyyət göstərir. Fabrikin illik istehsal gücü 3800 tona yaxındır. Fabrikin əsas brendləri Kreki, Sladyaona və s.-dir.
2014-cü ildə İtalyanın CFT avadanlıqları əsasında qazlı sərinləşdirici içki zavodu fəaliyyətə başlayıb. Zavodda Bizon markası ilə qazlı sərinləşdirici içki istehsal olunur. Zavod həmçinin Go, Jaguar, Berg və İstisu kimi sərinləşdirici içkilərinin rəsmi istehsalçı partnyorudur.[9]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Avrora Qrup". kobska.az.
- ↑ "Avrora Qrup". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "KOBİA-nın sədri "Avrora Sənaye Parkı"nda olub". marja.az (az.). 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Avrora Qrup". https://smartjob.az/ (az.). 2023-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.
- ↑ "Danone". 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Heinz". 2022-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ "Московский Провансаль". 2020-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-12-29.
- ↑ ""Avrora Qrup" karyera günü keçirib - FOTO". Apa.az (az.).
- ↑ ""Avrora" şirkəti "İstisu" təbii mineral sularının rəsmi distribütoru oldu". Qafqazinfo (az.). 6 sentyabr 2024. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-12.