Artabazan
Artabazan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | b.e.ə.III əsr |
Fəaliyyəti | monarx |
Artabazan — Atropatena hökmdarı.(b.e.ə. III əsr)
Haqqında
[redaktə | vikimətni redaktə et]Atropaten Midiyası Makedoniya müharibələrindən sonra Midiyadan ayrılıb onun digər əyalətlərindən fərqli olaraq öz müstəqilliyini saxlaya bilmişdir. Polibinin yazdığına görə III Antiox (b.e.ə. 223 – b.e.ə. 222) Midiya satrapı Molonu və onun qardaşı Aleksandrı məğlub etdikdən sonra Atropaten Midiyasına hücum etmişdir. Atropatena çarı Artabazan Selevki hökmdarı III Antioxa qarşı mübarizədə xalq kütlələrinə arxalanaraq, Selevkilər imperiyasının paytaxtı Selevkiya şəhərinə hücum etmişdi. B.e.ə. 220-ci ildə Selevkilərlə bağladığı müqaviləyə əsasən Ayrarat vilayətinin əsas şəhəri Armavirdə daxil olmaqla Kolxidaya qədər ərazi Atropatenaya birləşdirilir. Artabazanın dövründə Atropatena ərazisi xeyli genişlənmişdi.[1]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]Artabazanes // Encyclopaedia Iranica. Vol. II, Fasc. 6, p. 650
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 406.