Andre Qodard

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Andre Qodard
fr. André Godard
Doğum adı André Godard
Doğum tarixi 24 yanvar 1881(1881-01-24)[1][2]
Vəfat tarixi 31 iyul 1965(1965-07-31)[3][4][…] (84 yaşında)
Vəfat yeri
İş yeri
Təhsili
Mükafatları "Fəxri Legion" ordeni komandoru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

André Godard (24 yanvar 1881[1][2]31 iyul 1965[3][4][…], Paris) — Fransız bir arxeoloq, memar və Orta Şərq Sənəti tarixçisi idi. Uzun illər İran Arxeologiya Xidmətinin direktoru vəzifəsində işləyib

Godard Chaumontda anadan olub. Parisdəki École des Beaux-Artsda Orta Şərq arxeologiyası, xüsusən İran arxeologiyasını oxumuş və oradan məzun olmuş və daha sonra 1936-cı ildə ilk direktoru təyin olunduğu İran Milli Muzeyinin dizaynı ilə məşhurlaşmışdır. Tehran Universiteti şəhərciyinin dizaynını da o etmişdir.

Orta Şərqə ilk səyahətini 1910-cu ildə Henri Violle ilə etmişdir. Birlikdə, müasir İraqda yerləşən Samarranın qədim xarabalıqlarını qazmağa başlamışdırlar. Xarabalıqlar bir neçə il sonra alman əsilli arxeoloq Ernst Herzfeld tərəfindən tamamilə qazılmışdır. Godard 1912-ci ildə Misirin İslam memarlığına diqqət yetirərək memarlıq tədqiqatlarına geri qayıtmışdır.

Birinci Dünya Müharibəsindən sonra Godard Yeda Reuilly ilə evlənmişdir. Əfqanıstandakı Fransız Arxeologiya Nümayəndəliyi 1922-ci ildə yaradılmış, buna görə Godard və yeni həyat yoldaşı təşkilatı hələ qazılmamış regionlarda müşayiət etmişdir. Nəticədə 1925-ci ildə Guimet Muzeyinin mərkəzi Buddist ziyarətgahında sərgilənməsinə icazə verilən Bâmiyânı tədqiq etdilər.

1928-ci ildə Godarda, Rza Şahın əmri ilə İranın Arxeologiya Xidmətlərinin rəhbərliyi həvalə edildi. İAX İrandakı qazıntılar üzərində Fransız inhisarçılığının sona çatması məqsədilə yaradılmışdır. Beləliklə, Godard mühafizə siyasətinə diqqət yetirdi və 1928–1953-cü illərdə, sonra da 1956–1960-cı illərdə Direktor adını aldı. Rza şah onu həmçinin İran Milli Muzeyinin (Muze-ye Irân-e Bāstan) müdiri təyin etdi.

Vəzifədə olduğu müddət ərzində Godard, İranın Cümə Məscidi, Şah Məscidiİsfahanın Şeyx Lütfəllah Məscidi kimi böyük tarixi abidələrin bərpasından məsul idi. Müdirliklərindən istifadə edərək Luristan, Persepolis və İsfahanın böyük tunc qazıntılarını təşkil etdi. O, eyni zamanda, memar yoldaşı Maxime Siroux ilə birlikdə İran Milli Kitabxanasının, Hafiz Şirazinin türbəsinin və Tehran Universitetinin əsas kampusu olan Mərkəzi Pərdisin dizaynında böyük rol oynadı.[5]

İkinci Dünya Müharibəsi zamanı Godard, Fransa Vichy hökumətinə qarşı çıxdı və 1942-ci ildə Vichy diplomatik nümayəndələri Tehrandan qovulduqda, Azad Fransa Komitəsinin yaradılmasına kömək etdi və daha sonra Tehrandakı müvəqqəti hökumətin rəsmi diplomatik nümayəndəsi oldu.[6] Bu dövrdə həyat yoldaşı Yedda, Azad Fransa haqqında Fars radiosunda yayımlanan bir radio məlumat proqramı təşkil etdi.[5]

Godard 1960-cı ildə Parisə qayıdır və burada İran sənəti haqqında tədqiqat işlərini yazmağa davam edir. 31 iyul 1965-ci ildə Parisdə vəfat etmişdir.

  1. 1 2 Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  2. 1 2 André Godard // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. 1 2 Vernoit S. J. André Godard // Godard, André (ing.). // Grove Art Online / J. Turner [Oxford, England], Houndmills, Basingstoke, England, New York: OUP, 2017. doi:10.1093/GAO/9781884446054.ARTICLE.T032940
  5. 1 2 Gran-Aymerich, Ève; Marefat, Mina. GODARD, ANDRÉ // Encyclopædia Iranica. 15 December 2001. 25 February 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2016.
  6. Chaumont, Marie-Louise. FRANCE iv. RELATIONS WITH PERSIA SINCE 1918 // Encyclopædia Iranica. 15 December 2000. 18 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 January 2016.