Amnesiac

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Amnesiac
Radiohead tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 5 İyun 2001
Yazılma tarixi 1999 Yanvar - 2000-in sonu
Janr Eksperimental rok, Alternativ rok, Elektronik musiqi
Müddət 56:31
Dil İngiliscə
Leybl Parlophone, Capitol
Prodüser Naygel Qodrix, Radiohead
Radiohead albomlarının xronologiyası
"Kid A"
(2000)
"Amnesiac"
(2001)
"Hail to the Thief"
(2003)

Amnesiac — İngiltərə musiqi qrupu Radiohead-in sayca 5-ci musiqi albomu. 5 iyun 2001-ci ildə işıq üzü görmüşdür. Albomdakı mahnılardan "Pyramid Song", "I Might Be Wrong" və "Knives Out" daha sinql olaraq çıxmışdır.

Bu albomdakı mahnılar 2000-ci ildə yayımlanan "Kid A" albomundakı mahnılar ilə birlikdə yazılıb. "Amnesiac" əvvəlvə məhz bu albomun "B üzü" kimi çıxması nəzərdə tutulurdu. Buna görə də bəziləri alboma "Kid B" deyir. Bu albomların üslubları da bir-birinə bənzəyir. "Amnesiac" ənənəvi alternativ rok üslubundan fərqlənərək Radiohead-in bu janrda ifa edən digər qruplardan fərqləndirdi.

Mahnıların siyahısı

[redaktə | mənbəni redaktə et]
  1. "Packt Like Sardines in a Crushd Tin Box" – 4:00
  2. "Pyramid Song" – 4:49
  3. "Pulk/Pull Revolving Doors" – 4:07
  4. "You and Whose Army?" – 3:11
  5. "I Might Be Wrong" – 4:54
  6. "Knives Out" – 4:15
  7. "Morning Bell/Amnesiac" – 3:14
  8. "Dollars and Cents" – 4:52
  9. "Hunting Bears" – 2:01
  10. "Like Spinning Plates" – 3:57
  11. "Life in a Glasshouse" – 4:34

Albom işçiləri

[redaktə | mənbəni redaktə et]
Radiohead
  • Kolin Qrinvud
  • Conni Qrinvud
  • Ed O'Brayen
  • Fil Seluey
  • Tom York
Əlavə musiqiçilər
  • Müqəddəs Con Orkestri (dirijor Con Labbok ) - "Pyramid Song" və "Dollars and Cents"-də yaylı musiqi alətləri

"Life in a Glasshouse"-da:

  • Paul Bridge – kontrabas
  • Cimmi Hastinqs – klarnet
  • Hamfri Littelton – truba ve orkestr rəhbəri
  • Adrian Makintoş – zərb alətləri
  • Pit Strenc – trombon
Əlavə işçilər
  • Stenli Donvud - üz qabığı və paketləmə
  • Naygel Qodrix – prodüser və texnik
  • Dan Qrek-Marqaret – "Life in a Glasshouse"-da texnik
  • Cerard Navarro – texnik
  • Qraham Stüart – texnik

Reytinq sıralamaları

[redaktə | mənbəni redaktə et]
Reytinq Ən yüksən mövqe
US Billboard 200 2
Finnish Albums Chart 1
France Top Albums Chart 2
Italy Top Albums Chart 2
Swiss Top Albums Chart 6
UK Albums Chart 1