Amarna dövrü
Amarna dövrü — Misirologiyada qədim Misir fironu Exnatonun və onun bir sıra ardıcıllarının e.ə. XIV–XIII əsrlərdə Son Tunc dövrünə təsadüf edən hakimiyyətini nəzərdə tutan termin.[1]
Tarixi
[redaktə | mənbəni redaktə et]Hökmdarlığının 5-ci ilində[2] Exnaton Mərkəzi Misirdə, indikiAmarnanın yerləşdiyi ərazidə, indiki Qahirədən 300 km cənubda, Nil çayının şərq sahilindəki dağlarda, qapalı bir vadidə Axetaton şəhərini ("Aton səması") qurmuşdur. İki il sonra şəhər paytaxt elan edilmişdir. Axetaton kifayət qədər qısa müddətdə sıfırdan tikilmişdir. Sürət naminə şəhər binalarının əksəriyyəti daşdan deyil, kövrək çiy kərpicdən tikilirdi.[3]
Axetaton şəhəri təxminən 15 il, Exnatonun ölümünə qədər mövcud olmuşdur. Firon olduqdan sonra Tutanxamun paytaxtı Memfisə köçürmüş və general Horemheb Axetatonun mərkəzi binalarının bir hissəsini dağıtmışdır.[4] Exnatonun hakimiyyətinin son illəri ilə bağlı mənbələr azdır. Bu, ilk növbədə onun xatirəsini məhv etmək cəhdləri ilə əlaqədardır. Bundan sonra hökmdarların sürətli ardıcıllığı dövrü baş vermiş və nəticədə yeni fironlar sülaləsinin meydana çıxması ilə yekunlaşmışdır. Bu, Exnatonun hakimiyyəti dövründən sonrakı siyasi böhrana işarə etmişdir.[5]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Podany, Amanda H. Brotherhood of kings: how international relations shaped the ancient Near East. Oxford: Oxford University Press. 2010. 189. ISBN 9780195313987.
- ↑ . 2006 https://books.google.ru/books?id=W5-QCB_g-DsC&pg=PA48&dq=Akhetaten+wadi&hl=ru&sa=X&ved=0ahUKEwjMp9Kpi7beAhVC2ywKHQgDDZ0Q6AEIKDAA (#bare_url_missing_title).
- ↑ "The Official Website of the Amarna Project". 8 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-10-01.
- ↑ Jessica Joyce Christie, Jelena Bogdanovic, Eulogio Guzmán. Political Landscapes of Capital Cities. University Press of Colorado. 2016. 39–40, 49–53. ISBN 9781607324690.
- ↑ Redford, Donald B. Akhenaten, the heretic king. Princeton, N.J.: Princeton University Press. 1984. ISBN 0691035679.