Aluiziu Azevedu
Aluiziu Azevedu | |
---|---|
Doğum adı | Aluísio Tancredo Belo Gonçalves de Azevedo |
Doğum tarixi | 14 aprel 1857[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 21 yanvar 1913[1][2][…] (55 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Fəaliyyəti | yazıçı, diplomat, jurnalist, romançı, hekayə yazıçısı[d], salnaməçi, karikaturçu, boyakar[d], rəssam, dramaturq |
İstiqamət | realizm, Naturalizm (fəlsəfə)[2] |
Aluiziu Azevedu Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu (port. Aluísio Tancredo Belo Gonçalves de Azevedo; 14 aprel 1857[1][2][…], San-Luis[d][2] – 21 yanvar 1913[1][2][…], Buenos-Ayres[2]) — Braziliya yazıçısı, karikaturaçısı, diplomatı, dramaturqy və hekayə yazıçısı. O, Artur Azevedunun qardaşıdır. Azevedunun "Mulat", "Xarabalıq", "Pansion", "Kişi" romanları XIX əsrin sonlarında Braziliyadakı sosial həyatın geniş panoramasını təşkil edir.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Aluiziu Tankredu Belu Qonsalvis di Azevedu 14 avqust 1857-ci ildə Braziliyanın San-Luis şəhərində anadan olmuşdur. Gəncliyində səyyar satıcı işləmiş Azevedu uşaq yaşlarından rəsm çəkməyə həvəs göstərirdi. O, 1876-cı ildə universitetdə rəssamlıq təhsili almaq üçün Rio-de-Janeyroya getmiş və oranı bitirdikdən sonra "O Figaro", "O Mequetrefe", "Zig-Zag" və "A Semana Ilustrada" kimi bir sıra qəzet və jurnallarda karikaturaçı kimi çalışmışdır. Azevedu 1887-ci ildə atasının ölümündən sonra ailəsinin qayğısına qalmaq üçün San-Luis şəhərinə qayıtmağa məcbur qalmışdır. Təxminən eyni vaxtda o, 1880-ci ildə ilk romanı "Uma Lágrima de Mulher"i nəşr etdirərək yazıçılıq karyerasına başlamışdır. Əslində romantik olan Azevedu sonralar naturalizm hərəkatına qoşulmuşdur. O, 1881-ci ildə "O Mulato" romanını nəşr etdirərək Braziliyada naturalizm hərəkatının nümayəndəsi kimi çıxış etmişdir. O, iki il ərzində kifayət qədər pul yığaraq Rioya qayıtmış və 1882–1895-ci illərdə fəal şəkildə əsər ərsəyə gətirmişdir. O, romanlarında antiklerikal və abolitionist fikirlərlə çıxış etmişdir. Azevedu 1895-ci ildə diplomatik xidmətə girərək İspaniya, Yaponiya, Birləşmiş Krallıq, İtaliya və Argentinada işləmişdir. O, 21 yanvar 1913-cü ildə Argentinanın Buenos-Ayres şəhərində vəfat etmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 5 6 7 8 9 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 194. ISBN 978-2-221-06888-5
- ↑ Энциклопедический словарь. 2009. АЗЕВЕДУ Алуизиу де.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Биография (порт.) Arxivləşdirilib 2013-03-31 at the Wayback Machine
- 14 apreldə doğulanlar
- 1857-ci ildə doğulanlar
- Braziliyada doğulanlar
- 21 yanvarda vəfat edənlər
- 1913-cü ildə vəfat edənlər
- 55 yaşında vəfat edənlər
- Buenos-Ayresdə vəfat edənlər
- Braziliyada dəfn olunanlar
- Əlifba sırasına görə yazıçı və şairlər
- Braziliya yazıçıları
- XIX əsr yazıçıları
- XX əsr yazıçıları
- Braziliya diplomatları
- Braziliya rəssamları
- XIX əsr rəssamları
- XX əsr rəssamları