39°18′55″ şm. e. 48°31′59″ ş. u.HGYO

Alar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Alar
39°18′55″ şm. e. 48°31′59″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.146 nəf. (2009)
Xəritəni göstər/gizlə
Alar xəritədə
Alar
Alar

Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.[2]

Etnooykonimdir.[3]

Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.[4] Q. Qeybullayev arxiv materiallarına[5] istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi.[6] Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]

Alar ərazisidə qədim və orta əsrlərə aid çox zəngin arxeoloji nümunələr aşkar edilmişdir. Alar kəndində daş qutu qəbirlərə dair maddi-mədəniyyət nümunələri tapılmışdır. Çox təəssüf ki, həmin qiymətli mədəniyyət nümunələri təsərrüfat işləri görülərkən yerli sakinlər tərəfindən əhəmiyyət verilmədən dağıdılmışdır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Kənd İncəçayın hər iki sahilində, düzənlikdə, məşhur "Qız qalası" yaxınlığında, Ələt-Astara şossesinin üzərində yerləşir.

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 7146 nəfər əhali yaşayır.[7]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir. Kənddə xeyli sayda ticarət obyekti, böyük əkin sahələrində kartof plantasiyaları, taxıl zəmiləri, üzüm bağları var.

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.[8]

Kənddə 1 poçt var.

Kənddə 3 orta təhsil məktəbi fəaliyyət göstərir.

Kənddə 3 məscid vardır.

Kənddə 1 tibb məntəqəsi var.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı". 2019-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
  3. Alar // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  4. ATEL, I c.s.32
  5. "Spiski naselennıx mest Rossiyskoy imperii. Bakinskaya quberniya", səh.41
  6. Toponimiya Azerbaydjana, səh.75
  7. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  8. Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine president.az