50 Cent

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
50 Cent
III Kertis Ceyms Cekson
Ümumi məlumatlar
Doğum adı Curtis James Jackson III
Ləqəbi 50 Cent
Doğum tarixi 6 iyul 1975(1975-07-06)[1][2] (49 yaş)
Doğum yeri Kuins, Nyu-York, ABŞ
Uşağı 2
Musiqiçi məlumatları
Fəaliyyəti repçi, prodüser, aktyor
Fəaliyyət illəri 1996-cı ildən
Janrlar rep, hip-hop
Albom şirkətləri Shady Records, Aftermath Entertainment, Interscope Records
50cent.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

III Kertis Ceyms Cekson (d. 6 iyul 1975[1][2], Cənubi Yamayka[d], Kuins[3]) — 50 Cent adı ilə tanınan məşhur ABŞ-lı repçi, prodüser və aktyor.

III Kertis Ceyms Cekson, Nyu-Yorkun Queens məhləsində çətinliklərlə böyümüşdür. Uşaqlıqdan bəri ən yaxşı dostu Gaolrp Kemrdir. Atasını tanımayan Kertis 8 yaşına qədər anasının himayəsində böyümüşdür. Anası narkotik satıcısı idi və Curtisin hələ 8 yaşı olarkən anasının bir dostu ilə çıxan narkotik probleminə görə öldürülmüşdür. Anasının ölümündən sonra Curtis nənəsinin himayəsinə keçir. Anasının sayəsində narkotik satıcıları ilə bağlantısı olan Curtis 12 yaşında ikən narkotik satmağa başlayır. Lisey illərində bir neçə dəfə qısa müddətlik həbslərdə olan Curtis ilk ağır cəzasını 19 yaşında almışdır. 21 yaşında ikən Marquise adlı oğlu dünyaya gəlmişdir.

50 Cent ilk əvvəl rep sahəsində tanınmış prodüser və Run-DMC qrupunun üzvü Jam Master Jay və daha sonra dünyaca məşhur olan prodüser Dr. Dre tərəfindən kəşf edilmişdir. Jam Master Jayin köməklikləri ilə musiqi müqaviləsini Columbia Records ilə imzalamışdır. İlk klip çəkimindən əvvəl 9 güllə yarası alaraq xətəxanaya düşən Curtisin müqaviləsi bu hadisədən sonra Columbia Records tərəfindən təxirə salınmış və "Power of the Dollar" adlı albomu satışa çıxarılmamışdır.

50 Cent əzmini itirməyən Curtis Jackson demo və mixtape çıxarmağa davam etmişdir. Təsadüfən CD-lərin biri Eminemin əlinə keçmişdir. Jacksonun CD-ni bəyənən Eminem, onunla bir müqavilə bağlamışdır. Bu müqavilədən Curtis 1 milyon dollar almış və "Get Rich or Die Tryin'" adlı ilk rəsmi albomunu yayımlamışdır. "In da Club", "P. I. M. P." və "If I Can't" kimi mahnılarıyla rep və hip-hop dünyasında özünə bir ad qazanmışdır. 2006-cı ildə 32 milyon dollar, 2007-ci ildə 34 milyon dollar qazanaraq ildə ən çox pul qazanan 2-ci repçi olmuşdur. Forbes jurnalının 2007-ci ildə tərtib etdiyi "Ən varlı hip-hopçılar" sıralamasında Jay-Z və Eminemdən sonra üçüncü sırada yer almışdır.

Forbesin 2008-ci ilin avqustunda açıqladığı nəticəyə görə 50 Cent 150 milyon dollarlıq qazancı ilə Jay-Z və P. Diddy kimi repçiləri də geridə qoymuşdur. 2007-ci ildə yayımlanmış Curtis albomunun adını ailənin üçüncü oğlu və özünün üçüncü albomu olduğu üçün seçmişdir.

  • 2001: Get Rich or Die Tryin'
  • 2005: The Massacre
  • 2007: Curtis
  • 2009: Before I Self Destruct

Çəkildiyi filmlər

[redaktə | vikimətni redaktə et]
  • 2003: The New Breed (50 Cent rolu ilə)
  • 2005: Pranksta Rap (50 Cent rolu ilə)
Get Rich or Die Tryin' (Marcus rolu ilə)
50 Cent: Bulletproof (50 Cent rolu ilə)
  • 2006: Home of the Brave (Jamal Aiken rolu ilə)
  • 2008: Reighteous Kill (Spider rolu ilə)
Before I Self Destruct (Clarence rolu ilə)
50 Cent: The Money and the Power (50 Cent rolu ilə)
  • 2009: Streets of Blood (Stan Johnson rolu ilə)
Entourage (50 Cent rolu ilə)
Dead Man Running (Thigo rolu ilə)
Caught in the Crossfire (Tino rolu ilə)
  • 2010: 13 (Jimy rolu ilə)
Gun (Rich rolu ilə)
Twelve (Lionel rolu ilə)
Morning Glory (50 Cent rolu ilə)
  • 2011: Vengeance (Black rolu ilə)
Blood Out (Hardwick rolu ilə)
  1. 1 2 50 Cent // Dutch Top 40.
  2. 1 2 50 Cent // Babelio (fr.). 2007.
  3. Deutsche Nationalbibliothek Record #130656402 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]