47 ronin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Asano və 47 samurayın dəfn olunduğu Senqakuci qəbiristanlığı.

47 ronin və ya Ako qisasıXVIII əsrin əvvəllərində Yaponiyada baş vermiş tarixi hadisə. Əhvalatın tarixçəsi 47 roninin (ağasını itirmiş samuray) öz ağalarının qisasını almasından bəhs edir.

1701-ci ildə Yaponiyanın Ako bölgəsində yaşayan Asano adlı zədəgan Kira adlı yüksək rütbəli məmurun qəbulunda olarkən təhqirə məruz qalmış, o isə cavabında Kiraya hücum etmişdi. Dövlət məmuru zədəganı məhkəməyə vermiş, lakin ədalət bərpa olunmadan, ilk təqsirkar yox, Asano barədə seppuku hökmü oxunmuşdu. Asano hökmü yerinə yetirir.

Asanonun nahaq ölümündən sonra ronin vəziyyətinə düşmüş 47 vassalı (samuray) nəyin bahasına olur-olsun, hətta hamısını ölüm cəzası gözləsə belə, onun qisasını almağa and içir.

Qisas əməliyyatının həyata keçirilməsi

[redaktə | mənbəni redaktə et]

47 ronin arasında ağlı və qoçaqlığı ilə seçilən Oyşi bu işə rəhbərlik edir. O, heç kimdə şübhə oyanmasın deyə, roninlərə dağılışıb, ayrı-ayrı yerlərdə fərqli həyat tərzi yaşamaq əmri verir. Onlardan bəzisi kahin, bir neçəsi tacir kimi yaşamağa başlayır. Oyşi özü isə arvadından boşanaraq, paytaxt Kiotoya köçüb, cavan bir qızla yaşayır və hər gün sərxoşluq edir.

47 samuray Kiranın sarayına hücum edərkən (qravür müəllifi Kasuyka Hokusay).

Kira roninlərin pərakəndəliyini gördükdən sonra arxayınlaşmış və şəxsi mühafizəsini zəiflətmişdi. Lakin roninlər mütəmadi olaraq görüşür və Edo şəhərindəki etibarlı evə silah yığmaqda davam edir. İz itirmək üçün atılan addımlardan biri Asanonun keçmiş xadiməsinin məmur Kiranın iqamətgahını tikən memar ilə evlənməsi olur. Məqsəd Kiranın yaşadığı evin bütün sirlərinə bələd olmaq idi. 14 dekabr səhəri roninlər güclü baraban sədaları altında iki dəstə halında Kiranın Edodakı sarayına hücum edir. 16 mühafizəçi öldürülür, 20 nəfər yaralanır. Roninlər yataq otağınadək gəlib çıxa bilirlər. Otağın boş olduğunu görən Oyşi yatağın hələ isti olduğunu görüb, Kiranı axtarmağa davam edir. Artıq evə yaxşı bələd olan roninlər divar arxasınakı ehtiyat çıxışa gedərək, tezliklə iki mühafizəçisi tərəfindən qorunan Kiranı böyük bir dolabdan tapırlar. Oyşi Kiraya kim olduqlarını söləyir və adət-ənənəyə uyğun olaraq, harakiri etməsini əmr edir. Lakin Kira bundan imtina etdikdə Oyşi qılıncla onun başını bədənindən ayırmalı olur.

Roninlər kəsilmiş başı xoş xəbər kimi vətənləri Akoya göndərir və Senqakuci məbədindəki senyorlarının qəbri üzərində müvafiq adəti yerinə yetirirlər. Hakimiyyət də pis vəziyyətdə qalmışdı. Bir tərəfdən, roninlər yapon ənənəsinə sadiq qalıb, ağalarının qisasını almaqla busido əmrini yerinə yetirmiş, digər tərəfdən, imperator əmrinə qarşı çıxaraq, Edodakı məmurun evinə basqqın edib onu öldürmüşdülər. Lakin gözlənildiyi kimi, onlar şərəfli harakiri cəzası ilə məhkum edildi. 1703-cü ilin fevralında 46 ronin harakiri etmiş, sonra Asanonun dəfn edildiyi məbəddə basdırılmışlar. Asanoya bəraət verilir, sağ qalan bir ronin isə əfv edilərək 78 yaşınadək ömür sürür.

"Ako qisası" və ya "47 ronin" adı altında anılan bu əhvalat indi də olduqca populyardır. Hədsiz populyarlıq səbəbindən bəzi hissələri xalq ədəbiyyatının nümunələrinə qarışıb, gerçək olmayan hadisələrlə çulğaşsa da, əhvalatın bəhs olunan əsas gedişatı real olaraq, baş vermiş və yapon xalqının tarixində sadiqlik, şərəf və ləyaqət tarixçəsi kimi anılır. Hər il 14 dekabr tarixində Asano və onun qisasını almış 47 samurayın dəfn edildiyi Senqakuci məbədinə xeyli insan toplaşır və onları ehtiramla yad edir.

  • Успенский М.В. Самураи восточной столицы / История преданных вассалов, И. Куниёси и японская гравюра 1840-х годов. — Калининград: Янтарный сказ, 1997. — 128 с.
  • СОРОК СЕМЬ РОНИНОВ // Япония от А до Я. Популярная иллюстрированная энциклопедия. (CD-ROM). — М.: Directmedia Publishing, «Япония сегодня», 2008
  • http://hi-braa.spb.ru/nihhon/engraves/47samurai.php Arxivləşdirilib 2013-01-17 at the Wayback Machine