Əlirza Ərafi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Əlirza Ərafi
علیرضا اعرافی
Doğum tarixi 1959
Doğum yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayətillah Əlirza Ərafi (fars. علیرضا اعرافی‎; 1959, Meybod, Yəzd ostanı) — İslam alimi, müctəhid.

Həyatı və təhsili

[redaktə | vikimətni redaktə et]

Əlirza Ərafi Yəzd vilayətinin Maybod şəhərində anadan olub. Onun atası Məhəmməd İbrahim Ərafi din xadimlərindən biri və Seyid Ruhullah Xomeyninin yaxın dostu olub. İran İnqilabından illər əvvəl o, İranda cümə namazı qılır və silahla moizə oxuyurdu. Onun tərcümeyi-halı haqqında bir neçə kitab yazılıb. Əlirza Ərafinin anası da Kazem Malek Əfzəli Ərdəkaninin övladlarından olmuşdur.

Qarabağ haqqında fikirləri

[redaktə | vikimətni redaktə et]

Ayətullah Ərafi: Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır Nüfuzlu din xadimi Ayətullah Əlirza Ərafi 07.10.2020 tarixində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bəyanat yayıb. Bəyanatda Dağlıq Qarabağın Azərbaycana aid olduğu və İslam aləminin Azərbaycanı dəstəkləməli olduğu bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycan dünyaya görkəmli elm, mədəniyyət və din xadimləri bəxş edib. Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır.[1]

Roma Papası ilə görüşü

[redaktə | vikimətni redaktə et]

Dini Elmlər hövzələrinin müdiri Ayətullah Əlirza Ərafi İtaliyaya səfəri zamanı Vatikanda Roma Papası Fransisk ilə görüşüb. Tərəflər dinlər arasında qarşılıqlı əlaqənin və sinerjinin qorunub saxlanmasının, eləcə də dünyada məzlum insanlara qarşı zülm və cinayətin pislənməsinin vacibliyini vurğulayıblar. Ərafi elmi mərkəzlərin və din xadimlərinin dəvəti ilə İtaliyada səfərdə olub. Papa tərəfindən çox isti və səmimi qarşılanan İranın dini elmlər hövzələrinin müdiri, müasir insanın intellektual, mədəni və sosial problemlərini həll etmək üçün ilahi dinlər arasında qarşılıqlı əlaqə üçün İslam, şiəçilik və dini elmlər hövzələrinin intellektual və dərketmə imkanlarını vurğulayıb. O deyib: "Allaha inam və onu tanəmaqda tərəddüd, mənəviyyatın və qeyb aləminə bağlılığın azalması, ailənin əsaslarının və qadınların rolu və mövqeyinin zəiflədilməsi, millətlərə qarşı sanksiyalar və təzyiqlər, aclıq və yoxsulluq, ətraf mühitin məhv edilməsi və iqtisadi güclərin ona etinasızlığı və ekstremizmin genişlənməsi yeni dövrün ən böyük çağırışlarından və böhranlarındandır ki, ilahi dinlərin təsirli rolu olmadan, onlara qalib gəlmək mümkün deyil və dini elmlər hövzələri beynəlxalq elmi-dini qurumlar, o cümlədən də Katolik kilsəsi ilə qarşılıqlı əməkdaşlığa hazırdır".[2]

  1. Ayətullah Ərafi: Bütün beynəlxalq sənədlərdə Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz ərazisi kimi tanınır. Tarix: 07.10.2020
  2. "Əlirza Ərafinin Roma Papası ilə görüşü. Tarixi: 31 May, 2022". 2024-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-09.


Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]