Əlibala Xudaverdiyev
Naviqasiyaya keç
Axtarışa keç
Əlibala Xudaverdiyev | |
---|---|
Əlibala Murtuza oğlu Xudaverdiyev | |
Doğum tarixi | |
Doğum yeri |
Navahı, Cavad qəzası, Bakı quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | ? |
Xudaverdiyev Əlibala Mürtəzaqulu oğlu (1901, Navahı k. - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri.[1]
Həyatı
[redaktə | vikimətni redaktə et]1919-cu ildə 1-ci Bakı kişi gimnaziyasını bitirmişdi. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini kənd təsərrüfatı sahəsində davam etdirmək üçün Bonn (Almaniya) İnstitutuna göndərilmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923–1925-ci illər üçün məlumatında onun təhsilinin bitməsinə 6 ay qaldığı göstərilirdi.
Sonrakı taleyi haqqında məlumat aşkar olunmamışdır.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Cümhuriyyət tələbələri Fransada". 2023-04-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-14.