Əl-Kəbir

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Əl-Kəbir (ər. الكبير) — Allahın adlarından biri.

Mənası: Ən uca, Onu heç kim və heç nə zəiflədə bilməz, oxşarı olmayan.

Uca Allahın əl-Kəbir adı Qurani-Kərimdə altı dəfə zikr edilir. Uca Allah buyurur: “Həqiqətən, Allah Ucadır, Böyükdür (əl-Kəbir)” (əl-Həcc, 62). Həmçinin buyurur: “Allah qeybi və aşkarı Biləndir, Böyükdür, Ucadır” (ər-Rad, 9).

əl-Kəbir olan Allah böyük və əzəmətlidir, Ondan böyük heç nə yoxdur. O, hər şeydən uca və hər şeydən əzəmətlidir. Müsəlmanlar namaza başlayarkən “Allahu Əkbər” (Allah ən böyükdür) deyərək Onun əzəmətini isbat edirlər. Böyüklük əzəməti əhatə etdiyinə görə namaz qılarkən və azan verilərkən “Allahu Ə`zam” (Allah ən əzəmətlidir) deyil, məhz “Allahu Əkbər” (Allah ən böyükdür) deyilir.

Uca Allahın əl-Mutəkəbbir adının mənası əl-Kəbir adının mənasına yaxındır. əl-Mutəkəbbir hər şeydən böyük və uca olandır. əl-Mutəkəbbir hökmranlığında heç bir tayı-bərabəri olmayandır. Bu ad Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur:

“O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur (əl-Mutəkəbbir) Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır” (əl-Həşr, 23).