Əhməd Kənan Tanrıkulu
Bu, tənha məqalədir, çünki hansısa məqalədən bu məqaləyə verilmiş keçid yoxdur. |
Əhməd Kənan Tanrıkulu | |
---|---|
türk. Ahmet Kenan Tanrıkulu | |
28 may 1999 – 18 noyabr 2002 | |
Əvvəlki | Metin Şahin |
Sonrakı | Əli Coşqun |
Vəzifədədir | |
22 iyul 2007-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 may 1958 (66 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Əhməd Kənan Tanrıkulu (türk. Ahmet Kenan Tanrıkulu; 17 may 1958, İstanbul) — Türk siyasətçi və iqtisadçı. Milliyyətçi Hərəkat Partiyasından 2007-ci ildən başlayarq İzmirin ikinci seçki dairəsindən Türkiyə Böyük Millət Məclisinin üzvü seçilmişdir. 1999–2002-ci illərdə Bülənt Ecevit koalisiya hökumətində Sənaye və Ticarət Naziri vəzifəsində çalışmışdır.
Həyatı
[redaktə | vikimətni redaktə et]Əhməd Kənan Tanrıkulu, 17 May 1958-ci ildə Osman Necati və Məlahat Tanrıkulunun uşağı olaraq anadan olub. İbtidai və orta təhsilini atasının dövlət qulluğu səbəbiylə Anadolunun müxtəlif vilayətlərində davam etdirib. Burdur Liseyindən məzun olub. Anadolu Universiteti Siyasi Elmlər Fakültəsini bitirmiş və ABŞ-nin Qərbi İllinoys Universitetində Riyaziyyat İqtisadiyyatı üzrə magistr dərəcəsini alıb.
Pensilvaniya Universitetindəki Uorton Biznes Məktəbində Makro Modelləşdirmə, Kolorado Universitetində İqtisadiyyat, Bredford Universitetində Nəqliyyat Planlaşdırması və Türk Milli Təhlükəsizlik Akademiyasında Xalq Diplomasiyası üzrə təhsil alıb.[1][2]
İctimai fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Silahlı Qüvvələr Dil və Kəşfiyyat Məktəbində və Müharibə Akademiyalarında dərs demişdir. Yemlik Gübre Sanayi A. İdarə Heyətinin üzvü vəzifəsini icra etmişdir. Ardından Dövlət planlaşdırma təşkilatında çalışmış, daha sonra nazirin müşaviri olmuşdur. Xalq İşləri və Mənzil Nazirliyində işləmiş, Turizm nazirinin köməkçisi vəzifəsini tutmuşdur. Ölkə daxili və xarici nəşrlərdə bir sıra məqalələri dərc edilmişdir.[3]
Siyasi karyerası
[redaktə | vikimətni redaktə et]Nazir postu
[redaktə | vikimətni redaktə et]1990-cı illərin sonunda Tanrıkulu ictimai fəaliyyətdən uzaqlaşmış və siyasətə yönəlmişdir. 1999-cu o, ildə İzmirdən Milliyətçi Hərəkat Partiyasının nümayəndəsi kimi Böyük Millət Məclisinin üzvü seçildi. Seçkilərdən sonra, heç bir partiyanın tək hakimiyyət qura bilməsi üçün lazımi yer sayına çata bilməyincə, Demokratik Sol Partiya (DSP) Başçısı Bülənt Ecevit tərəfindən MHP, DSP və Ana Vətən Partiyası (ANAP) arasında koalisiya hökuməti quruldu. Bu hökumətdə Əhməd Kənan Tanrıkulu Sənaye və Ticarət naziri postuna sahib çıxdı. O, 1999–2002-ci illərdə bu vəzifəni daşıdı. 2002-ci ildəki seçkilərdən sonra Millyətçi Hərəkat Partiyasının 10%-lik baryeri aşa bilmədiyi seçkilərdən sonra hökumətdəki yerini itirdi. Həmçinin Əhməd Kənan Tanrıkulu parlamentə də düşə bilmədi.[4]
Milliyətçi Hərəkat Partiyası
[redaktə | vikimətni redaktə et]1999-cu ildən bəri MHP-nin üzvü olan Tanrıkulu, Ankara Ülkü Ocakları və Ülkü Ocakları Mərkəzində çalışıb. 2000-ci ildən MHP Mərkəzi İcra Heyətinin (MYK) üzvüdür. 2010-cu ildə MHP Araşdırma və İnkişaf Sektor və Bölgə Siyasətləri Başçılığını icra edir. MHP-nin 4 Noyabr 2012-ci il tarixində keçirilmiş 10-cu Adi Konqresində İqtisadi və Sosial Siyasətlərdən Məsul Sədr müavini vəzifəsinə təyin edilib.
2007-ci ildə yenidən Böyük Millət Məclisinin üzvü seçildi.[5] 2011-ci il iyun seçkilərində millət vəkili statusunu qoruya bildi. Millət vəkili olaraq Türkiyə-Avropa Birliyi KPK və Ekologiya Komissiyasının üzvü olub.[6] 2015-ci il noyabr Türkiyə ümumi seçkilərində MHP İzmir millət vəkili olaraq yenidən parlamentə girən Tanrıkulu, Türkiyə-ABŞ və Türkiyə-İspaniya Parlamentlərarası Dostluq Qruplarının üzvüdür.[7]
Şəxsi həyatı
[redaktə | vikimətni redaktə et]Əhməd Kənan Tanrıkulu evlidir və iki övladı var.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2018-03-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2018-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2016-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
- ↑ "Arxivlənmiş surət". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-07-23.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 17 mayda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Yaşayan insanlar
- İstanbulda doğulanlar
- Milliyətçi Hərəkat Partiyasının üzvləri
- Ankara Universiteti Siyasi elmlər fakültəsinin məzunları
- Uorton Biznes Məktəbinin məzunları
- Kolorado Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- TBMM XXI çağırış deputatları
- TBMM XXIII çağırış deputatları
- TBMM XXIV çağırış deputatları
- TBMM XXV çağırış deputatları
- TBMM XXVI çağırış deputatları