Əbdi bəy Şirazi
Əbdi bəy Şirazi | |
---|---|
Doğum tarixi | 19 avqust 1515 |
Doğum yeri | |
Vəfat tarixi | 1580 |
Vəfat yeri |
|
Fəaliyyəti | şair |
Əbdi bəy Şirazi (fars. عبدی بیگ شیرازی) və ya Xacə Zeynalabidin Nəvidi (fars. خواجهزینالعابدینعلی; 19 avqust 1515, Təbriz – 1580, Ərdəbil) — Səfəvi şairi və tarixçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Xacə Zeynalabidin 1515-ci ildə Təbrizdə anadan olmuşdur.[1] "Ruzi-Rövşən"ə görə, ailəsi əslən İsfahandandır, lakin "İranika Ensiklopediyası"nda Şirazdan olduğu qeyd edilmişdir. Gürcüstan və Ərməniyyəyə səfərlər etmişdir.[2] Təbrizdə Şah Təhmasibin saray dəftərxanasında qulluq etmişdir. Şeirlərinin böyük əksəriyyətini onun istəyi ilə və onun adına yazmışdır. Şeir külliyyatının 55 min beytə yaxın olduğu bildirilir. Məsnəvi janrında daha məharətli olmuşdur. Nizamiyə cavab olaraq üç "Xəmsə" yaratmışdır (birinci: "Məzhəri-əsrar", "Cami-Cəmşidi", "Məcnun və Leyli", "Həft əxtər", "Ayini-İsgəndəri"; ikinci: "Cövhər-i fərd", "Dəftəri-dərd", "Firdövs ül-arifin", "Ənvari-təcəlla", "Xəzain ül-muluk" (yaxud "Xəzain ül-mələkut"); üçüncü: "Rövzət üs-sifat", "Dövhət ül-əzhar", "Cənnət ül-əsmar", "Ziynət ül-övraq", "Səhifət ül-ixlas"). İslam ölkələrində 1570-ci ilə qədərki hadisələri əhatə edən "Təkmilət ül-əxbar" tarixi əsəri, Şeyx Səfiəddin Ərdəbilinin mülkləri və imarətləri barədə "Sərih ül-mülk" kitabı var. "Təkmilət ül-əxbar" daha çox ədəbi xarakter daşıyır. "Səlaman və Əbsal", "Tərəbnamə", "Dibaçət ül-bəyan" əsərlərinin, üç lirik şeirlər divanının əlyazmaları tapılmamışdır. 1580-ci ildə Ərdəbildə vəfat etmişdir.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 Əbdi bəy Şirazi // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 8-ci cild: Enollar – Fedin. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2018. 598 səh.
- ↑ Dabīrsīāqī, M.; Fragner, B. Abdi Sirazi // Encyclopædia Iranica (ingilis). I/2. 1982. 209–210.