İstifadəçi müzakirəsi:Elvin Bağışov

Vikipediya, azad ensiklopediya
Ən son rəy:13 il öncə, Acategory tərəfindən "Məqalələrinizin stili barədə" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç
   Vikipediya Xoş gəldiniz, Elvin Bağışov!
Tez-tez soruşulan suallar Salam, Elvin Bağışov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə düyməsinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edə bilərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Yardım masasında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--Cekli829 10:55, 8 dekabr 2010 (Sumqayıt vaxtı ilə)

Salam

[vikimətni redaktə et]

Salam Elvin Bağışov. Bir daha Azərbaycan dilində olan Vikipediyaya xoş gəlmisiniz. Fəaliyyətinizi maraqla izləyirəm. İnanıram ki, uğurlu fəaliyyət göstərəcəksiniz. Yaratdığınız məqalələrə mütləq kateqoriya əlavə edin. Yaradılan məqalələr kateqoriyalar üzrə qruplaşdırılır. Məsələn: Sizin yaratdığınız Xiliazm məqaləsinə mən [[Kateqoriya:Din]] əlavə etdim. İşlərinizdə sizə yeni-yeni uğurlar. Hörmətlə:--Sultan11 14:06, 4 yanvar 2011 (UTC)Cavabla


Mənbə

[vikimətni redaktə et]

Salam, Elvin. Mümkünsə, yaratdığınız məqalələrdəki materialların mənbəsini də göstərəsiniz. Bu, gələcəkdə materialların silinməsi baxımından problem yaratmamaq üçün çox önəmlidir. Hörmətlə, --Vago 10:20, 27 yanvar 2011 (UTC)Cavabla

Təşəkkür edirəm. Mümkünsə "Fəlsəfə Ensklopedik Lüğəti." kitabının nəşr ili, nəşriyyatı və harada buraxıldığını (eləcə də məqalənin götürüldüyü səhifə nömrələrini) da qeyd edərdiniz (Məsələn. Bakı, Azərbaycan nəşriyyatı, 2007. səh. ???).Hörmətlə, --Vago 11:28, 27 yanvar 2011 (UTC)Cavabla

Salam Elvin Bağışov. Yuxarıda göstərildiyi kimi mənbə əlavə edərkən istifadə etdiyiniz kitabın nəşr ili nəşriyyatı və harada buraxıldığını (eləcə də məqalənin götürüldüyü səhifə nömrələrini) da qeyd etmənizi bir daha xahiş edirəm. Məsələn; məqalələrə mənbə və kateqoriyanı aşağıdakı qayda da əlavə edin:

* Səməd Vurğun, Seçilmiş əsərləri. "Maarif nəşriyyatı", Bakı-1986. səh.45.

[[Kateqoriya:Şəxslər]]

Deməli siz məqalədə istifadə etdiyiniz "Fəlsəfə Ensklopedik Lüğəti" kitabının 1-ci səhifəsində olan məlumatları yuxarıda göstərdiyim nümunəyə uyğun doldurmalısınız. Sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 17:03, 31 yanvar 2011 (UTC)Cavabla

Suallar

[vikimətni redaktə et]

Salam Elvin Bağışov. Hər hansı sualnız olarsa bu səhifədə və ya idarəçiləriin, yaxud da fəal istifadəçilərin müzakirə səhifələrinə yaza bilərsiniz. Eləcə də suallarınızı mənim istfadəçi müzakirəsi səhifəmədə yaza bilərsiniz. Əgər sualınız konkret bir mövzu ilə əlaqədar olarsa bu zaman həmin mövzunun müzakirə səhifəsinə keçir, sualınızı ora yazarsınız. Fəaliyyətinizdə uğurlar arzusu ilə: --Sultan11 09:39, 3 fevral 2011 (UTC)Cavabla


Salam Sultan müəllim.Bir az öncə yazdığım kimi yenə də yazıb sizdən xahiş edirəm ki,Mən yazdığım iki məqaləmi("Tale harmoniyası""Tale nəzəriyyəsi")burada tapa bilmirəm,bu nə ilə əlaqədardır.Birdəki göndərdiyim "Təbii zonalar" məqaləsinə (özüm qoya bilmədiyim üçün) zəhmət olmasa şəkil qoyun.Əvvəlcədən minnətdarlığımı bildirirəm.

Salam Elvin, haqqında söhbət açdığınız məqalələr Ensiklopedik məqalə olmadığı üçün silinib. Şəkil yükləmək üçün ekranın sol tərəfində "Alətlər sandığı"da "Fayl yüklə" düyməsi var. Ondan istifadə etsəniz sonrası aydın olacaq. --Vago 10:19, 3 fevral 2011 (UTC)Cavabla

Salam

[vikimətni redaktə et]

Salam Sultan 11.Xahiş edirəm şəkilin necə yükləndiyini ətraflı mənə yazasınız.(Alətlər sandığındakı Fayl yükləmələrinə girirəm amma nəsə başqa şeylər tələb olunduğu üçün başa düşə bilmirəm).Çox sağ olun minnətdaram. — Bu imzasız yazı Elvin Bağışov (mt) adlı istifadəçi tərəfindən əlavə edilib;

Salam, Elvin Bağışov. Fayıl yükləmək üçün ən yaxşı üsul yükləmək istədiyiniz fayılı kompyuterinizin "iş stolu"na (raboçiy stola) yerləşdirin (faylı düzgün adlandırmağa çalışın). Sonra Alətlər sandığındakı Fayl yükləmələrinə daxil olduqdan sonra sizdən faylın harada yerləşdiyi tələb olunur. Bu zaman Faylın başlanğıc adı sətrinin sonundakı Обзор düyməsinə daxil olmalısınız. Bundan sonra sizə yeni pəncərə açılacaq. Açılmış yeni pəncərənin sol tərəfindəki bölmələr qrafasından "iş stolu"na daxil olduqdan sonra daxil etmək istədiyiniz faylın üzərinə çıqqıldadın. Sonra pəncərənin aşağısında Открыть düyməsinə daxil olun. Sonda səhifənin sonundakı Faylı yüklə düyməsinə daxil olun. Fayl yüklənəcək. Fəaliyyətinizdə uğurlar. --Sultan11 12:32, 9 fevral 2011 (UTC)Cavabla

109.127.25.96

[vikimətni redaktə et]

Salam Sultan müəllim.Mən 1 gün öncə "Aksum Padşahlığı" adlı məqalə yaratmışam.Amma,məqaləni axtarışa verməyimə baxmayaraq həmin məqaləni tapa bilmirəm.Nə ilə əlaqədar olduğunu zəhmət olmasa yazardın.Elvin Bağışov — Bu imzasız yazı 109.127.25.96 (m) tərəfindən əlavə edilib;

Sultan müəllim,Bu gün dünən yaratdığım bir məqalənidə("Appalaç platosu")axtarışa verdim bu məqaləni yarat cavabı gəldi.Niyə belə cavab gəldiyini zəhmət olmasa yazın.Elvin Bağışov — Bu imzasız yazı 109.127.25.96 (m) tərəfindən əlavə edilib;

Salam Elvin Bağışov. Yaratdığınız Aksum padşalığı (Aksum Padşalığı) adlı məqalənin adındakı qramatik səhv düzəldilmiş, ona görə də axtarış zamanı həmin məqaləni tapa bilməmişsiniz.

"Appalaç platosu" məqaləsi isə Appalaç dağları adlı mövcud məqalənin surəti olduğundan silinmişdir. Əlavə məlumatları həmin məqalədə yerləşdirə bilərsiniz.

Onuda qeyd edim ki, redaktələrə başlamazdan əvvəl sayıta pəncərənin yuxarı sol küncündə ki, "Daxil ol və ya hesab aç" linkindən öz adınızla daxil olduğunuzu dəqiqləşdirin.

Müzakirə səhifələrində ismarıc yazarkən səhifənin əvvəlinə yox, sonuna yazmaq lazımdır. Müzakirə səhifələrində etdiyiniz dəyişikliklərin sonunda imza atın. Fəaliyyətinizdə sizə uğurlar arzulayıram. Hörmətlə: --Sultan11 06:03, 7 mart 2011 (UTC)Cavabla

Qaydaları bir daha nəzərdən keçirin

[vikimətni redaktə et]

Salam Elvin Bağışov. Yaratdığınız məqalələri vikipediya qaydalarına uyğun qurmağınızı xahiş edirəm. Onun üçün indidən böyük məqalələrdən başlamayın. Hələki redaktələr edin, hazır məqalələri nəzərdən keçirin. Ehtiyat edirəm ki, qaralama məqalələriniz vikipediya qaydalarına uyğun yaradılmadığına görə silinə bilər. Həmçinin məqalələrin ensiklopedik dildə olmasına çalışın, yaratdığınız materiallar qəzet məqalələrini xatırladır. Hörmətlə --Acategory 18:09, 15 iyun 2011 (UTC)Cavabla

Məsləhət

[vikimətni redaktə et]

Hörmətli Elvin Bağışov! Hər-hansı istifadəçiyə müraciət etmək istədikdə, şərhi onun istifadəçi səhifəsində deyil, müzakirə səhifəsində [1] yazmağınızı məsləhət görürəm. Bir də ki, kimə isə müraciət edirsizsə, sonda imza qoyun, yəni --~~~~ işrəsi yazsanız və ya redaktə səhifəsindəki "imza" düyməsini vursanız imzanız görünəcək. Hörmətlə, --Irada 17:48, 6 oktyabr 2011 (UTC)Cavabla

Məqalələrinizin stili barədə

[vikimətni redaktə et]

Hörmətli Elvin Bağışov. Yaratdığınız məqalələr ensiklopedik yox, qəzet məqalələri stilində işlənir. Məsələn, Ontoloji sübut məqaləsində yazırsınız : " Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında zehni təsəvvürlərə əsaslanıradı. Belə ki,"ən mükəmməl varlıq" barədə təsəvvürü mümkün və düzgün sayırıqsa, o həqiqi və xarici aləmdə mütləq varlığa malik olmalıdır. Axı xarici aləmdə "var" olmayan bir şey necə "ən mükəmməl varlıq" sayıla bilər? Anselmin müasirlərindən olan Qalino adlı bir keşiş,Anselmin müddəalarını rədd edir və deyir: "Öncə bunu nəzərə almaq lazımdır ki,biz insan olaraq "ən mükəmməl varlıq" məfhumunu düzgün dərk etmək iqtidarında deyilik. Məsələn, mən "insanlar" məfhumunu təsəvvür edirəm...".

Qəzet səhifələrində bu stildə gedə bilər, vikipediyada isə o verilməlidir :" Anselmin təqdim etdiyi ontolji sübut "ən mükəmməl varlıq" haqqında fəlsəfi nəticələrə əsaslanırdı. "Ən mükəmməl varlıq" formasının həqiqi və xarici aləmdə mütləq varlığa malik olması ideyası irəli sürülür. Anselmin müasirlərindən olan Qalino adlı keşiş, Anselmin müddəalarını qəbul etməyərək bildirirdi ki, cəmiyyət "ən mükəmməl varlıq" məfhumunu düzgün dərk etmək iqtidarında deyildir..." və s.

Və yaxud Pitekantrop məqaləsində yazırsınız :"Adından göründüyü kimi,pitekantrop-avstralopitek adlanan və inkişaf etmiş meymunlarla ən ibtidai insan arasındakı keçid formasının bir nümunəsidir..."

Vikipediyada isə belə yazılır : "Pitekantrop-avstralopiteklər meymunlarla ən ibtidai insan mərhələsi arasında bir keçid formasıdır..."

Ona görə də hansısa materialı sadəcə məqaləyə köçürməyin, onu mütləq ensiklopediya tələbləri formasına gətirin. Ona görə də təcrübə toplayana qədər sadə məqalələr işləməyinizi təklif edirəm. Fəaliyyətinizə uğurlar arzu edirəm. Azərbaycan vikipediyasının idarəçilərindən biri --Acategory 18:32, 6 oktyabr 2011 (UTC)Cavabla