İsteriya xəstəliyi
İsteriya xəstəliyi | |
---|---|
XBT-9 | 300.1 |
MeSH | D007046 |
Vikianbarda əlaqəli mediafayllar |
İsterik tutmalar epilepsiya tutmasına çox oxşardır. Adətən o, gündüz vaxtı insanların çox olduğu yerlərdə baş verir. Bu cür isteriyaya tutulan xəstə hansısa psixi zədəyə yaxud cüzi bir hadisəyə cavab reaksiyası verir.[1]
Tutma xəstənin yıxılmasından başlayır, lakin o yıxıldıqda çalışır ki, zədələnməsin. Tutma zamanı şüur itmir, qıcolmalar çox ehtimal qəribə xarakter daşıyır, xəstə başqalarının diqqətini öz hərəkətləri ilə cəlb etməyə çalışır. Xəstə bədənini çox əyərək təkcə peysər və dabanları ilə yerə toxunur. Gözləri bağlı olur, kimsə onları açmaq istəyəndə, o müqavimət göstərərək göz bəbəklərini axıdır. Bəbəklərin işığa reaksiyasını yoxlamaq çətin olur, imkan olduqda bir qayda olaraq, reaksiya normal olur.[2]
Tutma zamanı xəstə dodaqlarını və dilini bərk dişləyir, hətta bəzən qan çıxana qədər, lakin epilepsiya tutmuş xəstələrdən fərqli olaraq, dilin ucunu dişləyir. Xəstənin ağzından bol tüpürcək axır, lakin o epilepsiyadakı kimi çəhrayı olmur. İsteriyaya tutulmuşun üzü göyərmir.[2]
Tutmanın tonik mərhələsindən sonra bəzi hallarda, klonik qıcolmalar başlayır, lakin epilepsiya qıcolmalarından fərqli olaraq qarışıq yaxud müəyyən məqsədə yönəldilmiş olur. Çox vaxt xəstələr paltarını cırır, yaxud saçını yolur, başını yerə vururlar, ağlayır, zarıldayır, dişlərini qıcayırlar. İsteriyaya tutulmuş xəstələr tutmadan sonra koma vəziyyətinə düşmür, onlarda tutmadan sonrakı yuxu olmur və bir qayda olaraq, onlar baş verəni anlayırlar.[2]
Təxirəsalınmaz yardımın effektiv olmasının əsas vacib şərtlərindən biri epilepsiya tutmasının ona oxşar olan isteriya tutmalarından ayırd edilməsidir. Diaqnoz kliniki əlamətlər və elektroensefaloqramma vasitəsi ilə müayinə nəticələri əsasında qoyulur.[2]
İsteriya xəstəliyi zamanı ilk yardım
[redaktə | mənbəni redaktə et]İsteriya xəstəliyi zamanı ilk yardım:[3] Tutma zamanı xəstəni yumşaq bir yerə uzatmaq lazımdır və yaxasında olan düymələri açmaq lazımdır. Onun ətrafında vurnuxmaq lazım deyil, belə hərəkətlər xəstəni daha da coşdurur. Xəstənin yanında artıq adamlar olmamalıdır və onu tez özünə gətirmək üçün xəstəyə naşatır spirti ilə isladılmış pambıq iylətmək yaxud onu gicgahlarına sürtmək lazımdır. Xəstə sakit olandan sonra, yanındakılar özlərini elə aparmalıdırlar ki, ciddi heç nə baş verməyib. Xəstəni inandırmaq lazımdır ki, onu narahat edən dəyişikliklər təhlükəli deyil. Xəstəni tam sakit etmək üçün ona hər hansı bir sedativ dərman vermək lazımdır.[3]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]- Epilepsiya;
- İnsan;
- Yuxu;
- Dərman;
- Tüpürcək.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 141.
- ↑ 1 2 3 4 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2019. 2020. səh. 141.
- ↑ 1 2 R.N.Soltanov, N.İ.Mirzəyev, S.H.Bəbirova, R.Ə.Atakişiyeva. Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Fövqəladə hallarda ilk yardımın xüsusiyyətləri. Bakı: 2017. 2020. səh. 142.