İrza bəy Hacıbəylinski

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İrza bəy Hacıbəylinski
rus. Ирза-бек Гаджибеклинский
İrza bəy Hacıbəylinskinin kapitan olduğu dövrdə çəkilmiş fotosu. (1914)
İrza bəy Hacıbəylinskinin kapitan olduğu dövrdə çəkilmiş fotosu. (1914)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (63 yaşında)
Vəfat yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Rusiya İmperiyası
AXC
Qoşun növü Kavaleriya
Hərbi hissə Tatar süvari alayı
Xidmət illəri 18961920
Rütbəsi Polkovnik
Komandanlıq edib
Döyüşlər Birinci Dünya Müharibəsi
Təltifləri Müqəddəs Stanislav ordeni
Müqəddəs Anna ordeni

İrza bəy Hacıbəylinski (rus. Ирза-бек Гаджибеклинский) — Azərbaycanın hərbi xadimi, polkovnik. İrəvan şəhər zadəganlarının nəslinə mənsubdur.

Hərbi karyerasının başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Xidmətə Yelisavetqrad süvari yunker məktəbində sıravi rütbəli yunker kimi başlamışdır. Məktəbi bitirdikdən sonra 27 aprel 1898-ci ildə kornet rütbəsinə keçirilməklə İmperator Əlahəzrətləri Böyük Knyaz Mixail Mixayloviçin 21-ci draqun polkuna təyin edilmişdir. 19 mart 1902-ci il tarixində poruçik rütbəsi almışdır. 1 sentyabr 1905-ci il tarixindən ştabs-rotmistr. 25 aprel 1912-ci il tarixində rotmistr rütbəsi verilmişdir.

Birinci dünya müharibəsi

[redaktə | mənbəni redaktə et]

Birinci Dünya müharibəsiinin iştirakçısıdır. 23 oktyabr 1914-cü il tarixində yaralanmışdır. Döyüşdə fərqləndiyinə görə 3-cü dərəcəli Müqəddəs Anna ordeninə əlavə olaraq üzərində Cəsurluğa görə sözləri yazılmış, qılınclı 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. İki dəfə, 1915-ci ilin 12 mart31 avqust tarixlərində kontuziya almışdır. Döyüşdə fərqləndiyinə görə 1915-ci ildə 7-ci Belarus qusar polkunun rotmistri Hacıbəylinski qılınclı II dərəcəli Müqəddəs Anna ordeni və qılınclı II dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif olunmuşdur.[1]. 20 iyul 1916-cı il tarixində podpolkovnik rütbəsi almışdır. 31 avqust 1916-cı il tarixində İrza bəy Hacıbəylinski Qafqaz ordusunun etap-nəqliyyat hissəsinin müdiri yanında tapşırıqlar üzrə qərargah zabiti təyin edilmişdir.

AXC silahlı qüvvələrində xidmət

[redaktə | mənbəni redaktə et]

1918-ci ildən podpolkovnik İrza bəy Hacıbəylinski Zaqafqaziya Komissarlığının qərarı ilə yeni yaradılmış AXC Müsəlman korpusunda (26 iyul tarixindən əlahiddə Azərbaycan korpusu[2]) xidmət etmişdir. Polkovnik rütbəsi verilmişdir. 1918-ci ilin iyul ayının əvvəllərində korpus ləğv edilmiş və onun hissələri daxil olmuş 5-ci Qafqaz15-ci Çanaqqala türk diviziyaları ilə birlikdə Nuru Paşanın yeni yaradılmış Qafqaz İslam Ordusunun tərkibinə keçmişdir. Polkovnik Hacıbəylinski 1918-ci ilin payız aylarına qədər Qarayazı süvari polkuna komandirlik etmişdir.

Noyabr ayından I süvari Tatar polkunun komandiri olmuşdur. 1919-cu ilin sentyabr ayında Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi təyin edilmişdir. Hərbi nazir Səməd bəy Mehmandarovun 128 saylı, 2 mart 1920-ci il tarixli əmri ilə Bakı möhkəmləndirilmiş müdafiə rayonu qərargahının rəisi 1 mart 1920-ci il tarixindən Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi təyin edilmişdir.[3] 3 aprel 1920-ci il tarixində polkovnik Hacıbəylinski hərbi şöbə rəisi qismində Könüllü ordunun tərksilah edilmiş hissələrinin əmlak qəbulu üzrə idarələrarası komissiyasının tərkibinə daxil edilmişdir.

  1. "Каспий" 4 марта 1916 г., №51
  2. Собрание узаконений и распоряжений правительства Азербайджанской Республики. — Баку, 1919 — выпуск 1, ст. 23
  3. Elşad Qoca. "Kəşfiyyat və əks-kəşfiyyat öz işinə uğurla başlamışdı". 2014-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-30.
  • Мехман Сулейманов. Кавказская исламская армия и Азербайджан. — Баку, 1999
  • Мехман Сулейманов. Армия Азербайджана (1918—1920). — Баку, 1998
  • Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). — Баку, 1998