İlanbalığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlanbalığı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
İnfratip:
Sinifüstü:
Cins:
İlanbalığı
Beynəlxalq elmi adı

İlanbalığı (lat. Petromyzon) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin i̇lanbalığıkimilər dəstəsinin i̇lanbalıqları fəsiləsinə aid heyvan cinsi.

Skeleti xorda-dan və qığırdaqdan ibarətdir. O, ox skeletə, kəllə skeletinə və tək üzgəc skeletinə ayrılır. Ox skeleti xordadandır. Xordanı birləşdirici toxuma qatı əhatə etmişdir.

Kəllə skeleti qığırdaqdan olub çox sadə quruluşdadır. Bu skelet natamam beyin qutusundan, ağız qıfı skeletindən və visseral skeletdən ibarətdir. Beyin qutusu beyni altdan və yanlardan əhatə edir, qutunun üstünü birləşdirici toxuma qatı örtür.

Ağız qıfı skeleti ağız qıfını üstdən və yanlardan, dili isə altdan saxlayan bir neçə qığırdaqdan ibarətdir. Bunların ən vaciblisi ağız boşluğu divarlarını və dili saxlayan qığırdaqlardır.

Visseral skelet uzununa, eninə yerləşən və kəsişmə yerlərində bir-biri ilə birləşən çərçivədən və gözaltı qövsdən əmələ gəlib. Tək üzgəc skeleti uzun, nazik qığırdaq şüalardan ibarətdir. Bu şüalar üzgəc pərdəsini saxlayır.

Həzm orqanları

[redaktə | mənbəni redaktə et]

Bu orqanlar ağızönü qıfdan, ağız boşluğundan, udlaqdan, qida borusu və bağırsaqlardan ibarətdir. Bağırsaq xaricə anal dəliklə açılır. Qara ciyər və mədəaltı vəzi də həzm orqanıdır.

Tənəffüs orqanları

[redaktə | mənbəni redaktə et]

Bu orqanlar tənəffüs borusundan və qəlsəmə aparatından ibarətdir. Tənəffüs borusu kor qurtarır. Bu boruya başın yanlarından hər tərəfdən 7 dəlik açılır. Bunlar həm də xariclə ələqələnir. İlanbalığına ən yaxın olan miksinin qəlsəmə dəlikİərinin ümumi boşluğu var. Bu boşluq xaricə yalnız bir dəlikİə açılır. Bu, miksinin parazitliyi ilə əlaqədardır. Qəlsəmə dəlikİərinin divarı əzəzləli olduğu üçün yığılıb açıla bilir. Bu zaman su tənəffüs borusuna, oradan qəlsəmə dəliklərinə gəlir və xaricə çıxır. Su qəlsəmə dəliklərində olduqda suda həll olmuş oksigen qana keçir və heyvan tənəffüs edir.

Qan-damar sistemi

[redaktə | mənbəni redaktə et]

Bu sistem ürəkdən, arteriya və vena damaralarından ibarətdir. Ürəkdə bir qulaqcıq və bir mədəcik var. Qarın qan damarının genişlənmiş hissəsi orta soğanacağı adlanır. Arteriya ürəkdən gedən, vena ürəyə gələn damarlara deyilir. Arteriyalarla təmiz və ya arterial, venalarla oksigensiz və ya venoz qan axır. Bir qan dövranı var, ürəkdə venoz qandır.

İfrazat orqanları

[redaktə | mənbəni redaktə et]

İfrazat orqanları bir cüt böyrəkdir. Rüşeymində baş böyrək, yaşlısında bədən böyrəyi olur, Bu böyrək bədən boşluğunda yerləşir. Hər böyrəkdən bir sidik axarı çıxır. Sidik axarları sidik-cinsi dəliklə xaricə açılır.

Cinsiyyət sistemi

[redaktə | mənbəni redaktə et]

Erkəyi və dişisi var. Dişinin yumurtalığı, erkəyin toxumluğu olur. Yumurtalıq və toxumluq bədən boşluğunda yerləşir. Bunların axarları yoxdur. Yetişmiş cinsiyyət hüceyrəsi (kürü və ya toxum mayesi) bədən boşluğuna düşür. Oradan xüsusi dəliklə xaricə çıxır, mayalanma suda gedir.

Sinir sistemi baş-beyindən və onurğa beynindən ibarətdir. Baş beyin kiçikdir. O, 5 hissədən ibarətdir: ön beyin, aralıq beyin, orta beyin, uzunsov beyin və beyincik. Baş beyinin ənsə hissəsi inkişaf etməyib. Onurğa beyni lentvaridir. Ondan bel və qarın sinir telləri çıxır. Bu sinirlər sonrakı onurğalılardan fərqli olaraq bir-biri ilə birləşir. Hiss orqanları da var. Bunlara qoxu, görmə, eşitmə, yan xətt orqanları, dəridə olan sinir ucları daxildir.

Elə yerlərdə yaşayır ki, orada digər balıqlar, demək olar ki, olmur. O, həm də xüsusi qida obyektlərini yeyir, onları insan üçün xeyirli məhsula çevirir. Yüksək keyfiyyətli əti var. Əvvəllər Xəzər dənizində çox idi. Onun tutulması ilə məşğul olan xüsusi vətəgə var idi. Balıqlara yapışaraq onları sorur və zərər verir. Son vaxtlarda ehtiyatı azalmışdır. Ona görə də Azərbaycan Qırmızı Kitabına daxil edilib.

Nisbətən az rast gələn, sayca getdikcə azalan növdür.

Keçici balıqdır. Yalamadan Astaraya kimi hər yerdə rast gəlinir.

Yaşayış yeri

[redaktə | mənbəni redaktə et]

Ən çox Xəzər dənizinin sahillərində olur və qidalanır. Çaylara yalnız çoxalma məqsədilə girir, bu müddətdə qidalanmır. Elə buna görə də çoxalmadan sonra hər iki cins halsızlıqdan ölür. Hazırda Kürdə təkcə Əlincəçayda kürüləmə yeri vadır.

Kürüləmənin aşağı olması və cəmi bir dəfə nəsil verməsi ilə əlaqədar azsaylıdır.

Çoxalma məqsədilə çaylara girir. Çayagirmə qışda, adətən dekabrdan fevrala qədər davam edir. Bu vaxt onun cinsi vəziləri III-IV yetginlik mərhələsində olur. Çoxalması mayda başlayır, iyulda qurtarır. Kürüsünü qumlu-çınqıllı yerlərdə tökür. Kürülərin sayı orta hesabla 31 min olur.

Sayının dəyişilmə səbəbləri

[redaktə | mənbəni redaktə et]

Xəzər dənizinin səviyyəsinin dəyişilməsi, neft, kimya sənayesi və məişət tullantıları ilə çirklənməsi nəticəsində ekoloji şəraitin pisləşməsi.

Qorunması üçün zəruri olan tədbirlər

[redaktə | mənbəni redaktə et]

Kür çayı hövzəsində təkcə çoxalma yeri olan Əlincəçayı qorumaq. Onun süni surətdə artırılması biotexnikasını işləyib hazırlamaq, körpələrini süni yolla yetişdirib təbii sulara buraxmaq lazımdır.