İdigən
İdigən xaqan | |
---|---|
牟羽可汗 | |
Uyğurların III xaqanı Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə Xaqan | |
759 – 780 | |
Əvvəlki | Bayan Çur xaqan |
Sonrakı | Tun Bağa Tarxan |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | Ordu-Balıq |
Atası | Bayan Çur xaqan |
Həyat yoldaşları |
Quantsin (Puqu Xuanyenin qızı) Li Han (Puqu Xuanyenin qızı) ) |
Dini | Manilik |
Vikianbarda əlaqəli mediafayllar |
İdigən xaqan - Uyğurların üçüncü xaqanıdır. Taxta çıxarkən adını Tarxan Bögü xaqan olaraq dəyişdirdi. Daha sonra isə Alp Külük Bögü xaqan adını qəbul etdi. Tam titulu isə Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə Xaqandır.[1]
Taxta çıxması və Çindəki üsyanı yatırması
[redaktə | vikimətni redaktə et]Atasının ölümündən sonra taxta çıxan İdigən xaqan Çində vətəndaş müharibəsi çıxması ehtimalına qarşı hücumlara hazırlıq görməyə başladı. 762-765-ci illər ərzində Çində imperatora üsyanı yatırmağa kömək edən İdigən, Daninq şahzadəsi, əslən Uyğur olan Puqu Xuanyenin qızı Quantsin ilə evləndi.
Manilik
[redaktə | vikimətni redaktə et]763-cü ildə Tenqriçilik dinini tərk edib Manilik dini qəbul edən İdigən, dörd Maniheist rahib müşaiyətində dövlətin rəsmi dinini Maniheizm elan etdi. 768-ci ildə İdigən imperatora göndərdiyi səfirlərlə Çində Maniheist dini mərkəzlərinin açılmasını istəyirdi, imperator istəməsə də 771-ci ildə buna məcbur oldu.
Tibetlilərlə müharibə
[redaktə | vikimətni redaktə et]765-ci ildə qaynatası Puqu Xuanyenin çağırışı üzərinə Tan sülaləsinə qarşı Tibetlilər və Uyğurların birgə yürüşü başladı. Puqu Xuanyenin ölümündən sonra isə Uyğurlar çinlilərlə sülh bağlayıb Tibetə hücum etdilər. 765-ci ildin qışı Çinli general Bay Yuanquan ilə 50.000 Tibetli öldürüldü, 10.000 əsir alındı, əsir saxlanılan Uyğur və Çinli ailələr isə sərbəst buraxıldı.
Çinlilərlə müharibə
[redaktə | vikimətni redaktə et]768-ci ildə xaqanın Quantsinin ölümündən sonra 769-cu ildə imperator ona Quantsinin bacısı Li Hanı 20.000 top ipəklə birgə göndərdi. Çinli quldur qruplarının daima Uyğur torpaqlarına girməsi xaqanı əsəbləşdirdi və imperatora xəbərdarlıq göndərdi. Çinlilər çox böyük məbləğdə bac verməyə məcbur oldular. 778-ci ildə xaqan xəbərdarlıq vermədən Taiyuana hücum edərək 10.000 çinli əsgəri öldürdü. Müharibənin davam etməməsini istəyən Tun Bağa Tarxan adlı bir Uyğur sərkərdə xaqanı öldürdü və özünü xaqan elan etdi.[2]
İstinad
[redaktə | vikimətni redaktə et]- ↑ Ahmet Taşağıl, "Uygurlar", Türkler, Cilt 2, Yeni Türkiye, Ankara, 2002, ISBN 975-6782-35-8, s. 218.
- ↑ D. I. Tikhonov. Economy and social system Uighur Khanate X-XIV centuries. "Nauka", Moscow-Leningrad, 1966. Pp. 27
SƏLƏF Bayan Çur xaqan |
İdigən 759 - 780 |
XƏLƏF Tun Bağa Tarxan |