Çingiz Axundov (dirijor)
Çingiz Axundov | |
---|---|
Çingiz Məmməd oğlu Axundov | |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | dirijor |
Mükafatları |
Axundov Çingiz Məmməd oğlu (03.09.1959, Naxçıvan şəhəri) — Azərbaycan Respublikasının Xalq artisti[1], Naxçıvan Dövlət Universitetinin "Orkestr alətləri və dirijorluq" kafedrasının professoru[2], Naxçıvan Dövlət Filarmoniyası kamera orkestrinin bədii rəhbəri və dirijoru.[3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Çingiz Axundov 1959-cu ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu, 1983-cü ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının "Orkestr alətləri" fakültəsini bitirib. 1982-ci ildə I "Zaqafqaziya kamera musiqisi" festivalının laureatı olmuş və I dərəcəli diploma layiq görülmüşdür. 1976-cı ildən orkestr ifaçısı kimi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı və Azərbaycan Dövlət Filarmoniyasında işləmişdir. 1996-cı ildən Naxçıvan Dövlət Universitetində işləyir. "İncəsənət" fakültəsində ilk xalq çalğı alətləri orkestri, skripkaçılar ansamblı, kiçik tərkibli simfonik orkestrini təşkil etmişdir. Fakültənin "Opera studiyası"nda Ü.Hacıbəyovun "Leyli və Məcnun" operası, "Arşın mal alan" operettasını tələbə orkestri üçün orkestrləşdirmiş və orkestrə rəhbərlik etmiş, bu əsərlərlə Türkiyənin Qars, Trabzon, Samsun, Rusiyanın Novosibirsk şəhərlərində çıxış etmişdir. Pedagoji fəaliyyətlə yanaşı 1985-ci ildən ifaçılıq fəaliyyətilə də məşğul olmuş Naxçıvan Dövlət Filarmoniyasının Kamera orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışır.[4] Bu kollektiv ilə Ü. Hacıbəyovun "Koroğlu" operasını tamaşaya qoyub Türkiyənin Ordu və Türkmənistanın Aşqabad şəhərində konsertlər vermişdir. 2006-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin fərmanı ilə "Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti" fəxri adına, 2007-ci ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adına, 2009-cu ildə Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə "Azərbaycan Respublikasının Xalq Artisti" fəxri adına layiq görülmüşdur. 2 dəfə Prezident mükafatı ilə təltif olunmuşdur.
Elmi fəaliyyətlə də məşğul olaraq "Simli alətlərin tədrisi metodikası", "Orkestr sinfi" fənləri üzrə proqram, "Alətşünaslıq" fənni üzrə metodiki vəsait, "Valtorna məktəbi" adlı dərsliklərini yazmışdır.[5]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- ↑ "Arxivlənmiş surət". 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- ↑ "Arxivlənmiş surət". 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- ↑ "Arxivlənmiş surət". 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.
- ↑ "Arxivlənmiş surət" (PDF). 2023-11-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-11-08.