36°18′25″ şm. e. 139°58′59″ ş. u.HGYO

Çikusey

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çikusey
yap.
Bayraq
Bayraq
36°18′25″ şm. e. 139°58′59″ ş. u.HGYO
Ölkə  Yaponiya
Region [[Kanto regionu]]
Prefektura [[İbaraki prefekturası]]
Tarixi və coğrafiyası
Əsası qoyulub 28 mart 2005
Sahəsi 205,30 km²
Saat qurşağı UTC+9
Əhalisi
Əhalisi 104,136 nəfər (2015)
Sıxlığı 507 nəf./km²
Milli tərkibi yaponlar
Rəsmi dili yapon dili
Digər
city.chikusei.lg.jp  (yap.)
Xəritəni göstər/gizlə
Çikusey xəritədə
Çikusey
Çikusey
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çikusey (筑西市, Chikusei-shi?)Yaponiyanın Kanto regionunun şimalında, İbaraki prefekturasında yerləşən şəhər. Şəhər 28 mart 2015-ci ildə qurulmuşdur.

2015-ci ilin sentyabrının məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır. Şəhərin sahəsi 205,3 km²-dir.

Edo dövründə müasir Çikusey şəhərinin ərazisi Tokuqava şoqunatının hanlarından biri olan Şimodate hanı tərəfindən idarə olunurdu. 1 aprel 1889-cu ildə Meyci islahatı nəticəsində bələdiyyə sisteminin işə düşməsindən sonra İbarakinin Makabe qəzasında Şimodate qəsəbəsi yaradılmışdır. 15 mart 1954-cü ildə Şimodateyə şəhər statusu verilmişdir.

Müasir Çikusey şəhəri 28 mart 2005-ci ildə Şimodate şəhəri ilə Akeno, Kyova və Sekico qəsəbələrinin (hamısı Makabe qəzası) birləşdirilməsi nəticəsində yaranmışdır.

Şəhər Yaponiyanın Honşu adasında, Kanto regionununda, İbaraki prefekturasının cənub-qərbində, Tsukuba dağının qərbində yerləşir. Şimaldan Toçiqi prefekturası ilə həmsərhəddir. Şəhərin içi ilə Kinuqava və Kokayqava çayları axır. Tokionun işgüzar hissəsinindən 70 km şimalında yerləşir.

Həmsərhəd bələdiyyələr

[redaktə | vikimətni redaktə et]
  • İbaraki prefekturası
    • Yuuki
    • Şimotsuma
    • Tsukuba
    • Sakuraqava
    • Yaşiyo
  • Toçiqi prefekturası
İbaraki xəritəsində.

2015-ci ilin məlumatına görə şəhərin əhalisi 104.36 nəfərdir, hər km² ərazidə 507 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi:[2]

1980 110.846 nəfər.
1985 114.906 nəfər.
1990 117.805 nəfər.
1995 118.078 nəfər.
2000 116.120 nəfər.
2005 112.581 nəfər.


Şəhərin becərdiyi əsas məhsullar koşihihikari (düyü), naşi (şaftalı), kiçik yemiş, xiyar, çiyələk və pomidordur.

Çikusey şəhərində 20 ibtidai məktəb, 7 orta məktəb və 4 lisey var.

  • JR East — Mito xətti
    • Kavaşima - Tamado - Şimodate - Niihari
  • Kanto dəmiryolu — Coso xətti
    • Kuroqo - Otaqo - Şimodate
  • Mooka dəmiryolu
    • Şimodate - Şimodate-Nikomae - Orimoto - Hiquçi
  • Kita-Kanto sürətli avtomagistralı
  • Yaponiya Milli Yolu 50
  • Yaponiya Milli Yolu 294
  • Yaponiya Milli Yolu 408

Görməli yerlər

[redaktə | vikimətni redaktə et]
  • Seki qəsri
  • İsa qəsri
  • Funatama kofunu
  • Koqeta qəsri
  • Şimodate qəsri
  • Şimodate Qion festivalı

Şəhərin simvolik ağacı sakura, simvolik gülü Pyrus pyrifolia və kosmeya, simvolik quşu kənd qaranquşu hesab olunur.[3]

Tanınmış şəxslər

[redaktə | vikimətni redaktə et]
  1. "国土数値情報 行政区域データの詳細" (jp). Counsellor, National and Regional Planning Bureau. 2012-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2016.
  2. Əhalinin sayı buradakı mənbəyə əsaslanır: 1980, 1985, 1990, 1995, 2000 və 2005 illəri üçün.
  3. "市の花・木・鳥" (jp). Администрация города Тикусей. 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 avqust 2016.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]