Molibden

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
42 niobiummolibdentexnesium
Cr

Mo

W
Ümumi
Ad, İşarə, Nömrə molibden, Mo, 42
Qrup, Dövr, Blok 6, 5, d
Xarici görünüşü
Atom kütləsi 95.96(1) q/mol
Elektron formulu [Kr] 5s1 4d5
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 2623 °C
(2896 K, 4753 °F)
Qaynama temperaturu 4639 °C
(4912 K, 8382 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1


Molibden (Mo) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 42-ci element. İstiliyə və aşınmağa qarşı müqavimətli olan müəyyən nikel əsaslı ərintilər istehsalında istifadə edilir. Nüvə enerji tətbiqlərində, elektrik qızdırıcılarının incə tellərində, rakethava nəqliyyat vasitəsilərinin parçalarının istehsalında da istifadə olunur. Neftin ayrılması əməliyyatlarında əhəmiyyətli bir katalizatordur. Bitkilər üçün əhəmiyyət daşıyan bir əsər elementdir. Molibden sülfit, xüsusilə yağların pozulmağa məruz qaldığı yüksək temperaturda, rahat bir yağlayıcı maddədir. Ultra-yüksək gücdəki çəliklərin demək olar hamısı, % 8-25 arası nisbətdə molibden ibarətdir. Bitkilərdə molibdenin miqdarı 0,0001-dən 0,001 % (kütlə ilə) qədər intervalda dəyişir. O əsasən cavan, böyüyən orqanlarda (xüsusən bitkilərin toxumaları onunla zəngin olur) toplanır. O, elə fermentlərin tərkibinə daxildir ki, onların təsiri ilə hüceyrələrdə azotun reduksiyası baş verir. Azot mübadiləsində və zülal maddələrinin sintezində böyük rol oynayır, suda həll olmuş azotun mənimsənilməsinə kömək edir, nuklein turşularının sintezində iştirak edir. Molibdenin təsiri ilə bitkilərdə karbohidratların, askarbin turşusunun, zülal maddələrinin, xlorofillin miqdarı artır və fotosintezin intensivliyi artır.

Bitkilərdə molibden çatışmadıqda çoxlu miqdarda nitratlar toplanır. Köhnə və orta yaşlı yarpaqlarda ləkələr əmələ gəlir, onların kənarları xırda damarlar yaşıl rəngini itirir, damarlar arasında parlaq sarı ləkələr əmələ gəlir. Molibden paxlalı bitkilər üçün xüsusi əhəmiyyətlidir. Belə ki, paxlalırarın kökləri üzərində kök yumrusu bakteriyalarında toplanır ki, onlar da kökün inkişafına səbəb olur.

Molibdenin böyük dozaları bitkilər üçün olduqca zəhərlidir. Molibdenin artıq miqdarı pomidroların yarpaqlarında ləkəlilik yaradır, gül kələmində isə yarpaqların sapabənzər olmasına səbəbdir. Heyvanların orqanizmində molibdenin miqdarı 0,000001-0,00001% (kütlə ilə) insan orqanizmində isə (kütləsi 70 kq olan) 0,8-1,0 mq olur.

Molibden başlıca olaraq qara ciyərdə, böyrəklərdə, daxili sekresiya vəzilərində və dəridə toplanır. Qanda o, forma elementləri və plazma arasında bərabər paylanır. Purinlərin mübadiləsində, sidik turşusu mübadilsinin tənzimlənməsində iştirak edən ksantinoksidazanın tərkibinə daxildir. B12 və E vitaminlərinin sintezində oksidləşdirici –reduksiyaedici proseslərdə iştirak edir. Dişlərdə kariesin inkişafına mane olur. Ammonium tiomolibdat (molibdenin həll olan duzu) misin antoqonistidir və onun orqanizmdə utilləşməsini pozur. Məməlilərin orqanizmində molibdenin toplanması baş vermir. Qida məhsullarında molibdenin az dozası toksinlərin (zəhərlərin) zərərsizləşdirilməsinə kömək edir, onun böyrəklərdə və qida məhsullarında artıq miqdarda anemiyanın, padaqranın, endemik zobun (eyni zamanda yod çatışmadıqda) oynaqların xəstəliklərinin yaranmasında, bağırsağın işinin pozulmasına səbəb olur.

Molibdenin orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır.

Bitki mənşəli məhsullar: noxud, paxlalılar, qarabaşaq, cəfəri, ispanaq, kartof, kök, baş soğan, pomidor, dənli bitkilər, turp.

Molibdenin daha çox məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

H2MoO4 – molibdat turşusu.

(NH4)6Mo7O24 ∙ 4H2O – ammonium molibdat

MoS2 – molibden sulfid, molibdenit

Pb[MoO4] – vulfenit

Təmiz molibden 1817-ci ildə İ.Berselius tərəfindən alınmışdır. Onun adi yunan sözü “molyubdos” sözündən olub kağız üzərində qara iz qoyan istənilən material mənasındadır. Onun alındığı əsas mineral molibdenitdir MoS2.

İnsan bədənində molibden atomlarının sayı 0,32∙1020, bir insan hücerəsində 0,32∙106 ədəddir.

Yaşlı adamın orqanizminin molibdenə sutkalıq tələbatı 0,075-0,250mq, uşağın isə 0,06mq təşkil edir.

Ammonium molibdat (NH4)6 Mo7O244H2O mikroorqanizmlər üçün öldürücüdür və ondan dezinfeksiyaedici maddə kimi istifadə olunur.

Tibbdə molibden baş beyinin şişlərinin müalicəsində və kişi dölsüzlüyünün müalicəsində istifadə olunur.

Vulfenit qeyri-adi strukturlu kristal olub 56% qurğuşuna və 26% molibdenə malik olur. Avstriya mineroloqu Frans fon Vulfenin (1728-1805) şərəfinə adlandırılmışdır. Mineralın formulu Pb [MoO4] – dür. Tərkibində qurğuşun nə qədər çox olarsa bu daş bir o qədər ağır olur.

Yaponiyada XIV əsrdən tərkibində molibden olan poladdan qılınclar hazırlanırdı. Samuray qılınclarını hazırlamaq üçün istifadə olunan poladın tərkibi uzun müddət gizli saxlanılırdı. Bu qılıncların sirri məhz poladın tərkibindəki molibdendə idi. Molibden qılınca möhkəmlik verir və poladın keyfiyyətini yaxşılaşdırır.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]