Biomolekul

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Biomolekullar — canlı orqanizimlər tərəfindən sintez olunan üzvi birləşmələrdir. Biomolekullara zülal, karbohidrat, nuklein turşularını (DNT, RNT), lipidlər və digər maddələr daxildir. Biomolekullar əsasən karbon, hidrogen, azot, oksigen, fosfor, kükürd atomlarından ibarətdir.[mənbə göstərin]

Sinifləndirmə

[redaktə | mənbəni redaktə et]

Biomolekulların klassifikasiyası:[mənbə göstərin]

  • Kiçik molekullar:
    • Lipidlər(yağlar), fosfolipidlər, qlikolipidlər, sterollar, qliserolipidlər
    • Vitaminlər
    • Hormonlar, neyromediatorlar
    • Metabolitlər
  • Monomerlər,oliqomerlər və polimerlər
Monomerlər Oliqomerlər Biopolimerlər
Amin turşuları Oliqopeptidlər Polipeptidlər,zülallar
Monosaxaridlər Oliqosaxaridlər Polisaxaridlər (kraxmal, sellüloza)
Nukleotidlər Oliqonukleotidlər  Polinukleotidlər

(DNT, RNT)

Nukleozid və nukleotidlər

[redaktə | mənbəni redaktə et]

Nukleozidlər azot qalığının ribozaya birləşərək əmələ gəlirlər. Nukleozidlərə sitidin, uridin, adenozin, quanozin,timidin və inozini aid etmək olar.

Nukleozidlərhüceyrədə kinazalar ilə fosfotlaşdırmaq olar və bu zaman nukleotidlər yaranır. DNT və RNT nisbətən aşağı molekulyar çəkiyə malik, bir birləri ilə fosfodiefir bağları ilə birləşən monomerlərdən ibarət olan xətti polimerlərdir.

Nukleotidlər kimyəvi bağlarda (ATF) saxlanan enerji mənbəyi də ola bilərlər. Nukleotidlər hüceyrənin daxilində siqnalların otürülməsində iştirak edirlər.Həmçinin, fermentlərin kofaktorlarının komponentləridirlər (koferment A, FAD, NAD).

Monosaxaridlər — ən sadə karbohidratlardır. Əsasən aldehid və keton qruplarından təşkil olunurlar. Monosaxaridlərə heksozaları (qlükoza, fruktoza, qalaktoza) və pentozaları (riboza və dezoksiriboza) aiddirlər.

Disaxaridlər iki sadə karbohidratın molekullarının birləşməsindən ibarətdirlər, bu zaman bir su molekulu ayrılır. Disaxaridlər müvafiq monosaxaridlərə (bu monosaxaridlər məhlullarla və ya müvafiq fermentlərlə qatışdırıla bilərlər) qədər hidroliz oluna bilərlər. Disaxaridlərin nümayəndələri saxaroza, maltoza və laktozadır.

Polisaxaridlər mürəkkəb karbohidratlara aiddirlər. Və onlara monosaxaridlərin polimerləri demək olar. Polisaxaridlərin nümayəndələri kraxmal, sellüloza və qlikoqendir. Polisaxaridlərin molekulları, əsasən, şaxəli struktura malikdirlər. Bir qayda olaraq, suda həll olunmurlar və ya az həll olunurlar, lakin onların hidroksil qruplarının hidratasiyası baş verə bilər. Bu zaman polisaxaridi su məhlulunda qızdıranda, o kolloid əmələ gətirir. Daha qısa polisaxaridlər, yəni 2–10 monomerdən ibarət polisaxaridlər oliqosaxaridlər adlandırılır.

Liqnin aromatik halqalardan ibarət olan qeyri-nizamlı biopolimerlərdir. Bu aromatik halqalar bir-birləri ilə qısa karbon zəncirləri ilə birləşirlər (birdən üçə qədər karbon atomu ola bilər). Mahiyyətinə görə liqnin sellülozadan sonra ikinci yeri tutur və bitkilərin struktur komponentidir. Liqnin optik fəallığa malik deyil, işığı polyarlizasiya etmirlər. Bu onunla izah olunur ki, polyarizasiya sərbəst-radikal mexanizmi ilə baş verir.

Lipidlər qliserinin C10-C18 karbon atomu olan turşularla əmələ gətirdiyi mürəkkəb efirləri (qliseridlər) daxildirlər. Hüceyrə membranlarının ən vacib komponentlərindən biridirlər. Həmçinin, lipidlər enerji ehtiyatı funksiyasını yerinə yetirirlər, məsələn, triqliseridlər. Əsasən lipidlər hidrofil başlıqdan və birdən üçə qədər ola bilən, hidrofob quruqdan(yağ turşuları) ibarətdirlər. Buna görə onlara amfifil maddələr deyilir.

Hüceyrə membranlarında lipidlərin aşağıdakı klassifikasiyası verilə bilər:

  • Qlikolipidlər- oliqosaxaridlərdən ibarətdirlər
  • Fosfolipidlər — başlığı müsbət qrupdan ibarətdir və bu başlıq mənfi yüklənmiş fosfat vasitəsi ilə hidrodob quyruğa birləşib.
  • Sterollar- başlığı yastı steroid halqadan ibarətdir,məsələn, xolesterin

Lipidlərə həmçinin prostaqladin və leykotrinləri , molekulu 20 karbon atomundan ibarət olan araxidon turşusunu aid etmək olar.

Aminturşular amin və karboksil qruplarından ibarətdirlər və svitter-iondurlar. Funksional qrupları bir karbon atomu və həmçinin aminturşu olan prolin ilə birləşmiş α-aminturşular bioloji mahiyyətə malikdirlər.

Aminturşular peptidlərin(2–10 aminturşu), polipeptidləri və zülalların monomerləridirlər. Zülalların hüceyrədə bir çox funksiyaları var.

20 aminturşu bioloji mahiyyətə malikdirlər, onlar qenetik kod da kodlaşdırılıblar. Təbiətdə 500-dən çox aminturşu var. Həmçinin translasiya prosesində (zülalların sintezi) iştirak edən ən az iki aminturşu bilinir.

  • selenosistein — UGA stop-kodonu ilə kodlaşdırılıb
  • pirrolizin — UAG kodonu üzrə daxil edilir

Digər bioloji vacib aminturşulara kartinin, ortinin, taurin aid edilir.[mənbə göstərin]

Vitaminlər orqanizm tərəfindən sintez oluna bilmirlər, lakin həyat fəaliyyəti üçün çox əhəmiyyətlidirlər. Bir çox konfermentləri vitamin adlandırmaq olar. Orqanizmə daim vitamin daxil olmalıdır, lakin kiçik miqdarlarda.