Mariya Malibran
Mariya Malibran | |
---|---|
fr. Maria Malibran | |
Ümumi məlumatlar | |
Doğum adı | María-Felicia García Sitches |
Ləqəbləri | La Malibran, Maria Malibran |
Doğum tarixi | 24 mart 1808[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1836[1][2][…] (28 yaşında) |
Vəfat yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi, bəstəkar, aktrisa, teatr aktrisası |
Janr | opera |
Səs tembri | soprano, messo-soprano[4] |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Malibran (isp. María Malibrán (24 mart 1808[1][2][…], Paris[3] – 23 sentyabr 1836[1][2][…], Mançester, Lankaşir[3]) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin əfsanəsi.
Bioqrafiyası
[redaktə | mənbəni redaktə et]Mariya Malibran 24 mart 1808 ci ildə musiqiçı ailəsində, Parisdə dünyaya gəlmişdir. Atası — bəstəkar, tenor və pedaqoq Manuel del Populo Visente Qarsiya (Coakkino Rossininin Sevilya bərbəri operasındakı Qraf Almaviva partiyasını məhz onu nəzərdə tutub yazmışdır), anası — opera sopranoçu müğənnisi Xoakina Briones, bacısı — mezzo-sopranoçu Polina Viardo, qardaşı — bariton və pedaqoq Manuel Qarsiya. 1811 ci ildən ailəsi Neapola köçür. Mariya ilkdəfə 6 yaşında ikən valideynləri ilə səhnəni bölüşmüş olur. Mariya musiqi və oxuma dərslərini atasından alır. 1815 ci ildə ailəsi Parisə, daha sonra Londona köçür. Mariya London ətrafında, Hammersmitdə monastır kollecində təhsil alır. 1824 cü idə beş dil bilən Mariya kolleci bitirir. 1825 ci ildə London Kral Operasında Coakkino Rossininin Sevilya bərbərində Rozina rolunda çıxış edir. Mövsümün sonunda atası ilə Nyu-Yorka gələrək, atasının rəhbərliyi ilə tamaşaya qoyulmuş Mosartın Don Covanni operasında Çerlina partiyası ilə çıxış edir. Nyu-Yorkda Maria özündən 26 yaş böyük bankir Ejen Malibranla tanış olur və tezliklə ona ərə gedir. Evliliklərindən bir neçə ay sonra əri müflisləşir. Beləki, Mariya çıxışlarından əldə etdiyi qazancı ilə ərinə yardım etmək məcburiyyətində qalır. Bir il sonra ərindən ayrıldıqdan sonra Avropaya dönür. Parisdə özünə yer tapa bilməyən Mariya İngiltərə və Belçika bir qədər qonaq qismində qaldıqdan sonra 1832 ci ildə İtaliyaya gəlir. Burada o, Roma, Neapol, Milan, Venesiya və Boloqna opera səhnələrini fəth edir. Maiya Malibran belçikalı viyola ustası və bəstəkar Şarl Ogüst de Beriota (1802–1870) aşiq olur və 6 il birgə yaşayışdan sonra 1836 cı ildə ona ərə gedir. 1833 cü ildə onların bir oğlu, sonralar pianoçu kimi tanınacaq Şarl Çarls Vlfrid Beriot (1833–1914) dünyaya gəlir. 1836 cı ilin aprel ayında Londonda Hayde parkında ov zamanı atdan düşərək Mariya bərk zədə alır. Ayağının amputasiya olunacağından ehtiyatlanaraq, müalicədən imtina edən hamilə Mariya qəzadan 5 ay sonra İngiltərədə, Mançesterdə vəfat edir. Mariya Malibran tək qeyri adi opera müğənnisi deyildi. O, bəstəkar , məharətli pianoçu, arfa ifaçısı, rəssam, eyni zamanda dərzi idi. Öz libaslarını demək olar ki bir hissəsini özü tikmişdir. Mariya həm də zəkalılığı, dərrakəliyi və gözəl ifadə etmə qabiliyyəti ilə xüsusi seçilirdi. Mariya Malibran dəfnində vidalaşmaq üçün 50 000-də çox pərəstişkarı iştirak etmişdir. Mariya Brüsseldəki Notre-Dame de Laeken kilsəsinin həyətindəki məzarlıqda dəfn edilmişdir. Məzarının üsündə bu sözlər yazılmışdır: "Gözəllik, dahi və məhəbbətdir bu qadının adı."
Xatirəsi
[redaktə | mənbəni redaktə et]- Barselona Baş teatrında mariya Malibanın barelyefi vurulmuşdur.
- Venesiyadakı Malibran teatrı məhz Mariya Malibranın şərəfinə adlandırılmışdır.
Mənbələr
[redaktə | mənbəni redaktə et]- Howard Bushnell: Maria Malibran. A Biography of the Singer. 1980 (ing.)
- April Fitzeyon: Maria Malibran. Diva of the Romantic Age. Indiana University Press 1989, ISBN 0-253-32408-4 (ing.)
- Maria Malibran (alm.)
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Maria Malibran // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
- ↑ Grove Music Online (ing.). OUP. doi:10.1093/GMO/9781561592630.ARTICLE.17547