Sualtı kommunikasiya kabeli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Müasir sualtı kommunikasiya kabelinin daxilindəkilər:
1     Polietilen
2     Maylar lent
3      – Qapalı polad məftillər
4     Alüminium su baryeri
5     Polikarbonat
6     Mis və ya alüminium boru
7     Petrolatum
8     Optik liflər
Sualtı kabellər xüsusi gəmilər istifadə etməklə çəkilir.

Sualtı kommunikasiya kabelitelekommunikasiya siqnallarını okean və dəniz boyunca daşımaq üçün quruda yerləşən stansiyalar arasında okean yatağına çəkilmiş kabel. 1850-ci illərdən başlayaraq çəkilmiş ilk sualtı kommunikasiya kabelləri (məsələn, 1858-ci il avqustun 16-da fəaliyyətə başlayan ilk transatlantik teleqraf kabeli) teleqraf trafikini daşıyaraq qitələr arasında ilk ani telekommunikasiya əlaqələrini yaradıb.

Sualtı kabellər ilk dəfə 1871-ci ildə, Yavanın Darvinə qoşulması zamanı bütün dünya qitələrini (Antarktidadan başqa) birləşdirdi. 1872-ci ildə Avstraliya Yerüstü Teleqraf Xəttinin tamamlanması ilə Adelaidaya və oradan da Avstraliyanın qalan hissəsinə qoşuldu.[1]

Kabellərin sonrakı nəsilləri telefon trafikini, daha sonra isə məlumat kommunikasiya trafikini daşıyırdı. Bu ilk kabellər öz nüvələrində mis məftillərdən istifadə edirdilər, lakin müasir kabellər telefon, internet və şəxsi məlumat trafiki daxil olmaqla rəqəmsal məlumatları daşımaq üçün optik lif texnologiyasından istifadə edir. Müasir kabellərin diametri təxminən 25 mm-dir və çəkilişin böyük hissəsini təşkil edən dərin dəniz hissələri üçün hər kilometri təxminən 1,4 ton ağırlığındadır. Baxmayaraq ki, sahilə yaxın dayaz su hissələri üçün daha böyük və daha ağır kabellər istifadə olunur.[2][3]

İlk uğurlu sınaqlar

[redaktə | vikimətni redaktə et]

Vilyam KukÇarlz Vitston 1839-cu ildə üzərində işlədikləri teleqrafı təqdim etdikdən sonra Atlantik okeanında sualtı xəttin çəkilməsi ideyası gələcəyin mümkün zəfəri kimi düşünülməyə başladı. Samuel Morze buna inandığını hələ 1840-cı ildə elan etmişdi. O, 1842-ci ildə qatranlı çətənə və Hindistan kauçuku[4][5] ilə izolyasiya edilmiş teli Nyu-York limanında suyun dibinə endirərək onun vasitəsilə teleqraf xətti çəkdi. Növbəti payızda Vitston Suonsi körfəzində oxşar təcrübə həyata keçirdi. Uzun sualtı xəttin uğurlu alınması üçün teli örtmək və elektrik cərəyanının suya sızmasının qarşısını almaq üçün yaxşı bir izolyator lazım idi. Hindistan kauçuku hələ XIX əsrin əvvəllərində Prussiyalı elektrik mühəndisi Boris Yakobi tərəfindən sınaqdan keçirilmişdi.

İstilik ilə əriyə bilən və məftillərə asanlıqla tətbiq oluna bilən başqa bir izolyasiya metodu 1842-ci ildə ortaya çıxdı. "Palaquium gutta" ağacının yapışqan şirəsi olan qutta-perça, Ost-Hind şirkətində çalışan Şotlandiyalı cərrah Vilyam Montqomerie tərəfindən Avropaya gətirildi.[6]:26–27 Montqomeri iyirmi il əvvəl Sinqapurda qutta-perçadan hazırlanmış qamçılar görmüşdü və bunun cərrahi aparatların hazırlanmasında faydalı olacağına inanırdı. Maykl Faradey və Vitston qutta-perçanın izolyator kimi üstünlüklərini tezliklə kəşf etdilər və daha sonra 1845-ci ildə Duvrdan Kaleyə çəkilməsi təklif olunan teli örtmək üçün istifadə edilməsini təklif etdilər.[7] 1847-ci ildə Prussiya ordusunda zabit olan Vilhelm Simens, DoyçKöln arasında Reyn çayı boyunca qutta-perça izolyasiyasından istifadə edərək ilk uğurlu sualtı kabel çəkdi.[8] 1849-cu ildə Cənub-Şərqi Dəmiryolunun elektrikçisi Çarlz Volker Folkston sahilindən qutta-perça ilə örtülmüş 3 km uzunluğunda məftilləri suya batırdı və uğurla sınaqdan keçirtdi.[6]:26–27

  1. Huurdeman, Anton A. The worldwide history of telecommunications. Hoboken, NJ: Wiley-Interscience. 136–140. ISBN 0471205052.
  2. "How Submarine Cables are Made, Laid, Operated and Repaired", TechTeleData
  3. "The internet's undersea world" (PDF). The Guardian. 2023-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 18 dekabr 2023.
  4. "[Heroes of the Telegraph – Chapter III. – Samuel Morse]". Globusz. 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-02-05.
  5. "Biography of Samuel F.B. Morse, Inventor of the Telegraph". 2020-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-04-25.
  6. 1 2 Haigh, Kenneth Richardson. Cable Ships and Submarine Cables. London: Adlard Coles. 1968. ISBN 9780229973637.
  7. Guarnieri, M. "The Conquest of the Atlantic". IEEE Industrial Electronics Magazine. 8 (1). 2014: 53–56/67. doi:10.1109/MIE.2014.2299492.
  8. "C William Siemens". The Practical Magazine. 5 (10): 219. 1875.

Əlavə ədəbiyyat

[redaktə | vikimətni redaktə et]
  • Charles Bright. Submarine Telegraphs: Their History, Construction, and Working. Crosby Lockward and Son. 1898. ISBN 9780665008672.
  • Vary T. Coates and Bernard Finn. A Retrospective Technology Assessment: The Transatlantic Cable of 1866. San Francisco Press. 1979.
  • Bern Dibner. The Atlantic Cable. Burndy Library. 1959.
  • Bernard Finn; Daqing Yang, redaktorlar Communications Under the Seas:The Evolving Cable Network and Its Implications. MIT Press. 2009.
  • K.R. Haigh. Cableships and Submarine Cables. United States Underseas Cable Corporation. 1968.
  • Norman L. Middlemiss. Cableships. Shield Publications. 2000.
  • Nicole Starosielski. The Undersea Network (Sign, Storage, Transmission). Duke University Press. 2015. ISBN 978-0822357551.
  • John Steele Gordon. A thread under the Ocean. World of Books. 2000. ISBN 978-0743231275.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]