İran tarixi
İranın tarixi (fars. تاریخ ایران) — dünyanın ən qədim tarixlərindən biri. Əsrlər boyu bu ölkə şərqdə əsas rol oynamışdır .
İranın tarixi çox vaxt iki dövrə bölünür: müsəlmandan əvvəlki və müsəlman. İran cəmiyyətinin islamlaşması onun mədəni, sosial və siyasi strukturunda əsaslı dəyişikliklərə səbəb olub. Ancaq İslamın qəbulundan sonra da keçmiş mənəvi dəyərlər heç də itmədi. Üstəlik, bir sıra alimlərin İran İslamı adlandırdıqları ölkədə yaranmaqda olan yeni mədəniyyətə də onların güclü təsiri olub. Müasir İranda müsəlmanlara qədərki bir çox adət-ənənə və mərasimlər qorunub saxlanılır. İran XVI əsrdən bəri əsasən azərbaycandilli sülalələr və əsgərlər tərəfindən idarə olunur. İranda türk mənşəli sonuncu sülalə Qacarlar sülaləsi idi.[1]
Qədim tarixi
[redaktə | mənbəni redaktə et]Midiya
[redaktə | mənbəni redaktə et]E.ə. 728–e.ə. 549-cu illərdə mövcud olmuş qədim şərq imperiyasi, eləcə də şimalda Araz çayı və Elbrus dağına, şərqdə Dəşti-Kəvir səhrasına, qərbdə isə Zaqros dağlarına qədər uzanan tarixi regiondur.Midiya Mannadan cənub-şərqdə yerləşirdi. Paytaxtı Ekbatan (indiki Həmədan) şəhəri idi. Midiya (Maday, Matay, Amaday) adına ilk dəfə b.e.ə. IX əsr qaynaqlarında rast gəlinmişdir.E.ə. VIII əsrin sonunda Midiyada vahid dövlət yaradılması təşəbbüsü göstərilmişdi. Herodot bunu Deyokun (e.ə. 712–675) adı ilə bağlamışdı. Məlumatlara görə Deyok Midiya tayfalarını birləşdirmiş və vahid dövlət yaratmışdı. O, Ekbatan şəhərini saldırmış, qala divarları çəkdirmiş və bu şəhəri Midiya dövlətinin paytaxtı elan etmişdi.İ. M. Dyakonov qeyd edir ki, e.ə. VII əsrin 50-ci illərində çox güman ki, Midiya yenə də Assur ilə toqquşmalı olur. Herodotun verdiyi məlumata görə Fraorta (Kaştariti) Assura yürüş təşkil etmişdi. Skiflərin digər bir dəstəsi, başda Madiy olmaqla Assurun köməyinə gəlmiş və Kaştaritini məğlub etmişdi. Kaştariti döyüşdə həlak olmuşdu. Beləliklə e.ə. 625–585-ci illərdə Midiya skiflərdən asılı vəziyyətə düşmüş və skiflərin rəhbəri Madiy Midiyanın III hökmdarı kimi hakimiyyətə gəlmişdir.Herodotun verdiyi məlumata görə skiflərin Midiyada ağalığına son qoyulması Kiaksarın (bu Midiya hökmdarı Bisitun yazısında Huvaxıştra, Babil qaynaqlarında Umakiştar adıyla xatırlanır) adı ilə bağlıdır. Kiaksar e.ə. 585-ci ildə altmış illik skif ağalığına son qoyaraq taxt–tacı maday sülaləsinə qaytarmış və hakimiyyətə gələrək Midiyanın IV hökmdarı kimi tarixə düşmüşdür.Halis döyüşündən qısa müddət sonra Midiyanın ən qüdrətli hökmdarı Kiaksar vəfat etdi. Kiaksarın vəfatından sonra hakimiyyətə onun oğlu Astiaq (e.ə. 585–550) gəlir. Pasarqad döyüşündə maday ordusu hökmdarın əmrlərinə tabe olmayaraq dağılır və beləliklə də maday sülaləsi devrilir. Midiya dövlətinin varlığına son qoyulur. Kir Astiaqın hakimiyyətini əlindən alır və onu təhqir edir.
Əhəmənilər
[redaktə | mənbəni redaktə et]- İsgəndər e.ə 331-ci ildə həlledici döyüş olan Qavqamela döyüşündə III Daranın qoşunlarına qalib gəldi.III Dara ölkənin şərqinə qaçdı.E.ə 330-cu ildə III Dara özünün Baktriya satrapı Bess tərəfindən öldürüldü.Beləliklə, İsgəndərin Şərqə yürüşü nəticəsində Əhəməni imperiyası süqut etdi. E.ə 558-ci ildə İran tayfaları ittifaqına başçılıq etmişdir. Bu ittifaqın başçılığı altında e.ə 553-cü ildə dövlətinə qarşı üsyan baş verdi. Üsyanın mərkəzi Parsua (Fars) vilayəti idi. Midiya hökmdarı Astiaq Parsuadakı qiyamın qarşısını ala bilmədi. Nəticədə e.ə 553-550-ci illərdə Midiya-Əhəməni müharibəsi baş verdi. Bəzi Midiya əyanları II Kirin ətrafına yığıldı. Beləliklə, Midiya süqut etdi. Torpaqlarında Əhəməni dövləti yarandı.Əhəmənilər (Haxamanişilər) qədim İran hökmdarları sülaləsi idi.Nümayəndələri: II Böyük Kir, II Kambiz, I Dara, I Kserks, I Artakserks, II Kserks, Soqdian və ya Sekudian, II Dara, III Artakserks, Arses, III Daradır.Misirin fəthindən sonra Əhəmənilərlə yenidən müharibəni davam etdirən
Selevkilər
[redaktə | mənbəni redaktə et]Selevki dövləti, Makedoniyalı İskəndərin imperiyasının süqutu əsnasında yaranan Selevk və onun nəslinin Yunan monarxiyasıdır. Diadokilərin razılığı nəticəsində I Selevk Babil satraplığını aldı və daha sonra bir sıra müharibələr zamanı Böyük İskəndərin Yaxın Şərq ərazilərinin bir hissəsini ona əlavə etdi. Dövlətin müasirləri onu həm imperiya, həm də krallıq adlandırırdılar.Dövlətin özəyi Orta Şərq idi; gücünün zirvəsində Kiçik Asiya, Suriya, Finikiya, Fələstin, Mesopotamiya, İran, Orta Asiyanın bəzi bölgələri və müasir Pakistanı əhatə edirdi. Eramızdan əvvəl I əsrdə Selevki dövlətinin ərazisi azaldı və müasir Suriya və Livanı işğal etdi.Selevkilər dövləti Yunanıstan və Fars mədəni ənənələri arasında əsas əlaqə olan Ellinizmin ən vacib mərkəzi idi. Selevkilər Rimlə e.ə 190-cı ildə Magneziya döyüşündə məğlub oldu.Dövlət e.ə 63-cü ildə süqut etdi.
Parfiya
[redaktə | mənbəni redaktə et](e.ə 247 - b.e 224) Arşakilər dövləti kimi də adlandırılan Parfiya qədim İran və İraqa böyük mədəni və siyasi təsir göstərmiş İran əsilli dövlətdir. Parni tayfasının rəhbəri I Arşak e.ə 3-cü əsrdə İranın şimal-şərqində Selevki dövlətinə qarşı üsyan qaldırmış Parfiya vilayətini işğal edərək dövlətin əsasını qoymuşdur. Mitridat (e.ə 171 - 138) isə Selevkilərlə vuruşmalarda Midiya və Mesapotamiyanı işğal edərək dövləti daha da gücləndirir. Ən qüdrətli zamanlarında imperiyanın sərhədləri Şərqi Anadoludan başlayaraq Şərqi İrana qədər geniş bir ərazini əhatə etmişdir. Böyük İpək Yolu üzərində yerləşən Parfiyada ticarət və iqtisadiyyat böyük sürətlə inkişaf edirdi. Arşaki hökmdarları sələfləri Əhəmənilər kimi "Şahlar Şahı" titulunu daşıyırdılar. İlk dövrlərdə Parfiyalılar qərbdə Selevkilər şərqdə isə İskitlər ilə müharibə aparırdılar. Lakin dövlət qərb istiqamətində genişləyərək nəhayət qədim dövrün digər qüdrətli dövləti olan Roma İmperiyası ilə toqquşmalı oldu.Parfiya Roma qüvvələrini e.ə 53-cü ildə baş verən Karr döyüşündə və e.ə 40-39-cu illərdəki toqquşmalarda məğlub edərək Tir şəhəri istisna olmaqla Aralıq dənizinin şərq sahillərini ələ keçirdilər. Lakin Roma imperiyası Mark Antoni rəhbərliyində uğurlu əks hücuma keçdi, bu yürüş zamanı əsas nailliyyətlər Antoninin leytinantı Ventidi tərəfindən qazanıldı.Daxili çəkişmələr və tez-tez baş verən vətəndaş müharibələri Parfiya dövlətini zamanla zəiflətməyə başladı. Nəhayət İranda İstəxrin yerli hakimi I Ərdəşir üsyan qaldırıb son Parfiya şahı V Artabanusu b.e 224-cü ilində öldürərək Parfiya dövlətinin varlığına son qoydu və Sasanilər dövlətini yaratdı. Sasanilər İran və İraq bölgələrini müsəlmanlar tərəfindən süquta uğradıldıqları 7-ci əsrə qədər idarə etdilər. Arşakilər sülaləsi isə öz varlığını şimalda Albaniya, İberiyada və digər ölkələrdə qoruyub saxlaya bildi.
Orta Əsrlər
[redaktə | mənbəni redaktə et]Sasanilər dövləti
[redaktə | mənbəni redaktə et]- 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu.
226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı.Sasani hökmdarları özlərini şahanşah (yəni şahların şahı) adlandırırdılar. 651-ci ildə şahanşah III Yezdəgirdin Ərəb xilafətinə məğlub olması nəticəsində Sasani İmperiyasına son qoyulmuşdur.
Ərəblərin İranın işğalı
[redaktə | mənbəni redaktə et]Ərəblərin Sasani Farslarını zəbt etməsi 7-ci əsrin ortalarında baş verdi və 651-ci ildə Sasani dövlətinin mövcudluğuna son qoydu , həmçinin Sasanilər sülaləsi nəhayət süqut etsə də İranda Zərdüştilik dininin tənəzzülünə səbəb oldu.651-ci ildə taxtının sonuncu varisi III Yəzdigərd ( 632 - 651 ) xaincəsinə öldürüldü. Bu fəth həm də zərdüştilik dininin Böyük İran adlanan əraziyə təsirinin xeyli azalmasına və sonradan onun demək olar ki, tamamilə yox olmasına səbəb oldu.
Tahirilər
[redaktə | mənbəni redaktə et]821-873-cü illərdə hökmdarlıq etmiş sülalədir.Tahirilərin babası Razik pəhlivan Rüstəmin soyundan idi. VII əsrin sonunda islamı qəbul etmiş, ərəb Xuzaa qəbiləsinə qoşulmuşdu. Razikin oğlu Musabdır, onun oğlu da Hüseyndir.(814-cü ildə ölüb). Hüseynin törəmələri Herat əyalətinin Buşəng şəhərini idarə etmişdilər.
Xəlifə Harun-ər Rəşid öldükdən sonra Xilafətdə dövləti idarə sisteminə Tahirilər nəsli daxil oldu. Tahir ibn Hüseyn adlı birisi Xorasanın varlı əyanlarından idi. O, əslən Herat əyalətindən idi. Tahir Harun ər-Rəşidin oğlu Məmunun xilafətə hakimiyyətə gəlməsinə kömək etmişdi. Ona görə də 813-cü ildə Məmun xilafətin başında olduqda Tahir yüksəldi. O, Cəzirənin canişini və oradakı qoşunların baş komandanı təyin edildi. 821-ci ildə Tahir Xorasana canişin təyin olunduqda Nişapuru özünə mərkəz seçdi. Onun əsas məqsədi canişinliyini müstəqil dövlətə çevirməkdən ibarət idi.
Lakin 822-ci ildə Tahir qəflətən öldü. Onda xilafət canişinliyə onun oğlu Əbülabbas Abdullanı təyin etdi. Lakin canişinliyi onun qardaşı Talxa idarə edirdi. Məhz Abdullanin vaxtında Xorasan canişinliyi müstəqil dövlətə çevrildi.
Səfərilər tərəfindən devrilmişlər.
Ələvilər (Təbəristan)
[redaktə | mənbəni redaktə et]Təbəristan Ələviləri — həmçinin Zeydilər kimi də tanınan İranın Təbəristan regionunda qurulmuş ərəb əsilli və Zeydi Şiə əmirliyi idi. Onlar üçüncü Şiə İmamın İmam Həsən ibn Əlinəslindən idilər və İslamı Xəzərin cənubi regionuna yaydılar.Həsən ibn Zeyd, Daie Kəbir ləqəbiylə Təbəristan Ələviləri silsiləsinin təsisçisidir.Paytaxtı Amul şəhəri idi
Səfərilər
[redaktə | mənbəni redaktə et]Səfərilərin mərkəzi bu gün ki, Əfqanıstan sərhədləri içində qalan Zərənc şəhəridir. Sülalə tarixi haqqında çox bilgi olmayan fəqət Şərqi İranda misgərlik edən Yəqub ibn Leys Əs-Səfər (867-879) tərəfindən qurulmuş və adını ondan almışdır. Əs-Səfər topladığı güc sayəsində sərkərdə olmuş və Sistan bölgəsini, daha sonra da müasir İran və Əfganıstan torpaqlarının böyük bir qismini fəth etmişdir. Əs-Səfər ölümündən öncə Tahirilərin əlində olan Xorasanı ələ keçirərək, onlara son qoydu və Bağdad yaxınlarına qədər çatmışdır.
Səfərilər İmperatorluğunun qurucusu Yaqubun ölümündən sonra çox yaşamadı. Ondan sonra taxta keçən qardaşı Əmr ibn Leys (879-902) 900-cü ildə Samanilər sülaləsinə bir döyüşdə məğlub oldu.Daha sonra Xorasanı vermək məcburiyyətində qaldı. Sonrakı illərdə tamamilə zəifləyən dövlətə 1003-cü ildə Samanilər tərəfindan son qoyuldu.
Samanilər
[redaktə | mənbəni redaktə et]Samanilər sülaləsi (875-999) , Orta Asiya və indiki İranın şərqində Saman Xudat tərəfindən yaradılmış dövlət.İslam ordularının indiki İranı ələ keçirməsinin və Səfəri ağalığının yıxılmasının ardından burada iqtidarı ələ keçirən ilk yerli sülalədir.
Samanîlər dönəmi İran millətinin başlanğıcı olaraq qəbul edilir. Hakimiyyətləri 102 il sürən Samanilər torpaqlarını, Xorasan, Təbəristan, Kirman, Hirkan, Rey və Mavəraünnəhrə qədar yaymışdılar. Hakimiyyətlərini qəbul etdirmək üçün Parfiyalıların davamıymış kimi davranmışdılar. Sulaləni təmsil edənlər öz əcdadlarını Bəhrəm Çubindən yaranmış və Parfiyaların Böyük tayfalarından biri olmuş Mehranilərdən sayırdılar. Paytaxtları Buxara, Səmərqənd və Herat kimi şəhərlər olmuşdur.
Samanilər qədim İran mədəniyyətini canlandırmaq ilə qalmadılar və İslamiyyətin yayılması üçün də böyük səy göstərdilər. Fars-İran mədəniyyətinin bütün təsirlərini Orta Asiyaya yaydılar. Sənətdə çanaq - çömlək düzəldilməsində irəli getdilər və sistemli yazıları olan əsərlər yaratdılar. Torpaqları içindəki bir çox topluluq İslamiyyətə girməyə başladı. Tarixçilərə görə, Samanilərin cəhdləri ilə o dönəmde təxminən 200,000 Türk İslamiyyətə girdi. Türklərin İslama girişi gələcəkdə bölgəni hakimiyyəti altına alacaq olan Qəznəvilərin böyük bir sürətlə güclənməsinə ortam hazırladı. Samanilər dövlətinin varlığına 999-cu ildə Qaraxanlılar tərəfindən son qoyuldu.
Sacilər
[redaktə | mənbəni redaktə et]Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü dövlətlərindən biri. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş Azərbaycanın varisi olduğu dövlətdir. Dövlətin əsasını 889-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur.
Salarilər
[redaktə | mənbəni redaktə et]916–1062-ci illərdə hökm sürmüş müsəlman xanədanlıq.X əsr İran,İraq və Azərbaycanın siyasi tarixində mövcud xanədanlıqların möhkəmlənməsi və yenilərinin yaranması dövrü olmuşdur.Burada hakimlik edən sülalələr müsəlmanların mənəvi-siyasi rəhbəri xəlifəyə zahiri itaətlərini saxlayır,lakin bir sıra hallarda siyasi hakimiyyəti ələ keçirirdilər.Əslən Tarım hakimi Məhəmməd ibn Müsafir Cüstanilərlə ittifaq yaradıb 919-cu ildə Deyləmdə öz dövlətini qurmuşdu.Mərzban ibn Məhəmmədin ölümündən sonra onun oğulları ilə qardaşı Vəhsudan arasında Azərbaycan uğrunda gedən çəkişmələr sülalənin zəifləməsinə səbəb oldu.Azərbaycan Salariləri iki yerə bölündü,Deyləm Salariləri isə bir qədər uzun hökmranlıq sürüb 1062-ci ildə Xaşxaşilərə məğlub oldular.
Ziyarilər
[redaktə | mənbəni redaktə et]928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır
Buveyhilər sülaləsi
[redaktə | mənbəni redaktə et]934-cü ildən 1062-ci ilə qədər əsasən İraq, mərkəzi və cənubi İran üzərində hökmranlıq edən Deylam mənşəli şiə İran sülaləsi idi. Bölgədəki digər İran sülalələrinin yüksəlişi ilə birlikdə Büveyhilərin hakimiyyətinin təqribən əsri İran tarixində bəzən "İran İntermezzo" adlandırılan dövr müsəlmanların Farsları fəth etməsindən sonra Abbasi Xilafətinin hakimiyyəti ilə Səlcuq İmperatorluğu arasında bir fasilə idi.İranda hökm sürən Buveyhilər 945-ci ildə Bağdada suveren oldular. Bundan sonra Abbasi xəlifələri Büveyhilerin icazəsiylə başda qala bildilər. Xəlifə Qaimin (1031–1075) çağırışı üzərinə Böyük Səlcuqlu dövləti hökmdarı Toğrul bəy, 1055-ci ildə Büveyhileri Bağdaddan çıxardı və Abbasilərə yenidən möhtərəmlik qazandırdı.
Rəvvadilər
[redaktə | mənbəni redaktə et]981-1065 ci illərdə cənubi Azərbaycan ərazisində əsası Əbülhica tərəfindən qoyulmuş, paytaxtı əvvəlcə Ərdəbil, sonra isə Təbriz olmuş dövlət.Salarilər hakimiyyətinin zəiflədiyi dövrdə qüvvətlənən Təbriz, Marağa və Əhər hakimi Əbülhica 981-ci ildə Salarilər dövlətinin sonuncu hökmdarı İbrahim ibn Mərzbanı (962–981) taxtdan salıb Rəvvadilər dövlətinin əsasını qoydu.
Bu sülalənin soykökü qədim ərəb nəsillərindən birinə bağlanırdı. Xilafət işğalları zamanı Azərbaycanın Güney bölgələrinə də çoxlu ərəb köçürülmüşdü. Ərdəbil, Təbriz, Marağa, Qaradağ və Əhər bölgələrində müxtəlif ərəb nəsilləri yurd salmışdılar. Onlardan biri də əzdilər nəsli idi. Bu nəslin banisi əslən Yəmənli olan ər-Rəvvad əl-Əzdi idi. Azərbaycanda məskən salmış başqa ərəb nəsilləri kimi Rəvvadilər də yerli əhali ilə qaynayıb-qarışmışdılar. Hələ VIII yüzilin sonlarında yarımmüstəqil dövlətə çevrilmiş Rəvvadi əmirliyi zaman-zaman tamamilə müstəqilləşir, az qala Azərbaycanın bütün cənub torpaqlarını öz nəzarəti altında saxlayırdı.Salariləri məğlubiyyətə uğratdıqdan sonra Rəvvadilər Azərbaycanın Güney torqaqlarını qəti olaraq öz hakimiyyətləri altında birləşdirdilər. Bundan başqa Rəvvadilər Muğan hakimi Sipəhbudu məğlub edib özlərindən asılı vəziyyətə saldılar.
Qəznəvilər dövləti
[redaktə | mənbəni redaktə et]Qəznəvilər — 963–1186-cı illərdə Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş türk məmlük xanədanlığı. Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.
Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi. Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. Lahora çəkilən Qəznəvilər hakimiyyətlərini burada davam etdirməyə başladılar. 1186-cı ildə son Qəznəvi hökmdarı Xosrov Məlikin Qurilər tərəfindən əsir alınması ilə Qəznəvi dövləti tamamilə süqut etdi.
Qurilər
[redaktə | mənbəni redaktə et]1148-1206-cı illərdə Əfqanıstanın Qur əyalətində hökmranlıq etmiş sülalə.
Bunlar müxtəlif zamanlarda Əfqanıstan, İran, Hindistanın müəyyən hissələrini özlərinə tabe etmişdilər.
Qurilər Xarəzmşahlarla mübarizədə hakimiyyətdən məhrum oldular.
Xarəzmşahlar
[redaktə | mənbəni redaktə et]İran ərazisində bir Türk dövləti. Orta əsrlərdə Amudərya bölgəsi “Xarəzm”, hökmdarları isə “Xarəzmşah” olaraq adlanırdı. XI əsrin sonlarına doğru bu bölgədə qurulan dövlətə də Xarəzmşahlar adı verildi.Xarəzmşahlar sülaləsinin nəsli, Səlcuq Sultanı I Məlikşahın saray xidmətində olan Anuş Təkindən gəlir. Səlcuq dövlətinə bağlı olaraq mərkəzdən təyin edilən qubernatorlarla idarə olunan bu əyalət Anuş Təkin zamanında sərbəst yaşamağa başlamışdı. 1128-ci ildə Xarəzm qubernatoru olaraq təyin edilən Atsız dövründə yarı müstəqillik qazanmışdır. 1141-ci ildə Böyük Səlcuq sultanı Əhməd Səncərin Katvan döyüşündə Quru Hıtay tərəfindən məğlubiyyətə uğradılmasından istifadə edən Atsız Səlcuqlulara qarşı üsyan etmiş və 1142-ci ildə Xorasana hücum edərək Mərv və Nişapuru işğal etmişdir. Ancaq 1143 və 1147-ci illərdə Əhməd Səncər Atsıza qarşı səfərləri təşkil etmiş və ikinci səfərdə Atsız dövlətin mərkəzi olan Ürgənci itirərək təslim olmuşdur. Atsız və El Aslan dövrlərində, həm İraq Səlcuqları, həm də Quru Hıtay ilə mübarizə aparılırdı. El Aslan, Sultan Səncərin ölümündən sonra müstəqilliyini elan etdi. Ələddin Təkiş dövründə İraq, Azərbaycan, Qara dənizin şimalı, Xorasan və Şərq Türkistanın bir hissəsi ələ keçirilmişdir. Ələddin Təkiş özünü Səlcuqluların varisi elan etmiş və “Səncər” ünvanından istifadə etmişdir. Abbasilər ilə yaxşı əlaqələr qurmuş və Batinilərə qarşı xəlifəni müdafiə etmişdi. Buna görə Səlcuqların varisi olan Xarəzmşahların Ələddin Təkiş dövründə yüksəlişi başlamışdır. Ələddin Təkiş, əvvəl Quru Hıtayı məğlub etdi və 1194-ci ildə Reydə III Toğrul Bəyin ordusunu məğlubiyyətə uğradaraq İraq Səlcuqlarını yox etmiş və Qərbi İranı ələ keçirmişdir.1220-ci ildə bütün ölkə monqollarının işğalına məruz qaldı və Xarəzm dövlətinin sonu yaxınlaşdı. Bundan sonra Orta Asiyada monqol işğalı başlanmış və türk dünyasında böyük məğlubiyyətlərə gətirib çıxarmışdır. Ələddinin oğlu Cəlaləddin Xarəzmşah Əfqanıstanda monqollarla mübarizə edərək cənuba çəkilmiş və Hind çayını keçərək Hindistana daxil olmuşdur. Çingiz Xan monqol düzənliyinə döndükdən sonra Cəlaləddin İrana dönüb, İraqdan Azərbaycan bölgəsinə daxil olmuş və 1225-ci ildə Atabəyliklərindən olan Eldənizliləri məğlub edərək Təbrizi almışdır. Cəlaləddin Azərbaycandan hərəkət edərək Gürcüstanı işğal etmiş və Cənubi Qafqazdan Şərqi Anadoluya qədər torpaqlarını genişləndirmişdir. Ancaq Cəlaləddinin Şərq Anadolunun suverenliyi səbəbindən Anadolu Səlcuqluları və Suriyanın hökmdarı Əyyubilər ilə ziddiyyəti düşmüşdür. Cəlaləddin Xarəzmşahlar dövlətini yenidən qurmaq istəsə də, müvəffəqiyyət qazana bilmədi.1231-ci ildə kürd qiyamçılar tərəfindən öldürüldü. Ölümündən sonra Xarəzmşahlar dövləti tamamilə məhv olmuşdur
Monqolların Xarəzmə yürüşü
[redaktə | mənbəni redaktə et]1219–1221-ci illərdə baş vermiş monqol fütuhatı.1156-cı ildə Əlaəddin Atsız vəfat etdi. Onun varisləri El Arslan və oğlu Təkəş Xarəzmin müstəqilliyinə nail oldular. Səlcuq sultanlığı və Qaraxanilər dövləti süqut etdiyindən yeganə təhlükə qoşununun El Arslanı öldürdüyü Kidan dövləti idi. 1174-cü ildə Təkəş Cənubi Xorasanı tutdu və onun hakimi Müəyyid Ay-Abanı öldürdü. Onun oğlu Təkəşin vassalığını qəbul etdi.
Təkəş 1187-ci ildə Nişapura, 1192-ci ildə Reyə, 1193-cü ildə Mərvə yürüş etdi. O, 3 iyul 1200-cü ildə vəfat etdi və hakimiyyətə oğlu Əlaəddin Məhəmməd gəldi. O, dövlətin ərazisini genişləndirib Xorasanın bir hissəsini geri qaytardı, Buxaranı Xarəzmə birləşdirdi, 1212-ci ildə qarakitaylara son qoyub Sistanı, Kirmanı, Təbəristanı, Azərbaycanı, Arranı özünə tabe etdi.
Çingiz xan Xarəzmin işğalını planlaşdırırdı. O, əvvəlcə Xarəzmlə ticarət əlaqələri qurdu. Ona tabe olmayan merkit tayfaları Xarəzmşahların ərazisinə qaçdılar. Monqol qoşunu onları təqib edərək Xarəzmin sərhədini keçdi. Xarəzmşah Əlaəddin Məhəmmədin komandanlığı ilə silahlı dəstələrin monqolları dayandırmaq cəhdləri baş tutmadı. Əlaəddin Məhəmməd əsir düşsə də, oğlu Cəlaləddin onu azad etdi.
Müharibəyə bəhanə Otrar faciəsi oldu. Monqollarla sərhəd qalası olan Otrarın hakimi Yanal xan Xarəzmə gedən monqol tacirlərini qarət etdirdi və Xarəzmşahların ərazisinə buraxmadı. Çingiz xan Yanal xanı tələb etsə də, Ələddin Məhəmməd rədd cavabı verdi və qasidi öldürmək əmri verdi. 1219-cu ilin sentyabrında Çingiz xan 200 minlik qoşunla Mərkəzi Asiyaya yürüş etdi. Xarəzmşah Əlaəddin Məhəmməd Xəzər dənizindəki Abaskun adasına qaçdı, sətəlcəm olub 1220-ci ilin dekabrında vəfat etdi. Xarəzmşahlar dövləti tədricən zəiflədi və süquta uğradı.
Hülalkülər və ya Elxanilər dövləti
[redaktə | mənbəni redaktə et]1258-cı ildə Çingiz xanın nəvəsi Hülakü xan (1258-1265) tərəfindən yaradılmış dövlət.Onun hakimləri Elxan adlandırıldığına görə bu dövlətə, həmçinin Elxanilər dövləti də deyilir. "Elxan" adı "tabe olan xanlıq" mənasını verir. Aptalliq,dəlilik titulu qazanmışdır..1231-ci ildə monqollar Çormoqun noyonunun başçılığı ilə Azərbaycana yürüş təşkil etdilər. Onun ordusu Cəlaləddin Məngburnini məğlub edərək torpaqlarını ələ keçirdi. Azərbaycan və İran 1256-cı ilədək Böyük Monqol imperatorluğunun canişini tərəfindən idarə edildi
Müzəffərilər
[redaktə | mənbəni redaktə et]1314-1393-cü illərdə İranın Yəzd, Fars və Kirman əyalərlərində qurulan Müzəffərilər dövlətini idarə etmiş sülalə.
Çobanilər
[redaktə | mənbəni redaktə et]XIV əsrdə Azərbaycanda və İranda hakimiyyət uğrunda mübarizə aparmış monqol sülaləsi.Elxanlı İmperiyasının son zamanlarında hakimiyyət uğrunda mübarizələr nəticəsində Çobanilər sülaləsi hakimiyyəti ələ keçirib dövləti Elxanlılar adına bir müddət idarə etdi. Çobanilər sülaləsi türk-monqol mənşəli olduğu tahmin edilən "Sulduz" boyundandı.
Dövləti hələ Əbu Səidin dövründə güclənmiş Əmir Çobanın varisləri Çobanilər bir müddət idarə edirdilər. Lakin 1357-ci ildə Qızıl Orda xanı Canıbəy (1341-1357) Şirvanşah Kavusla (1345-1372) birləşərək Təbrizi ələ keçirir. Beləliklə, Hülakü dövlətinin mövcudluğuna son qoyulur. Hülakü dövlətinin əvəzinə Cəlarilər dövləti (1336-1432) meydana gəlir. Dövlətin mərkəzi Azərbaycan, baş şəhəri isə Təbriz idi.Nəticədə Hülakülər dövlətinin ərazisində qoşa və çoxpadşahlılıq meydana çıxdı.Sonralar Hülakü səltənətini mühafizə etmək bəhanəsi ilə aparılan mübarizələrdə Çobanilər,Cəlairlər və Xorasan əmirlərinin başçılıq etdikləri feodal qrupları daha fəal iştirak etdilər.
Sərbədarlar üsyanı
[redaktə | mənbəni redaktə et]XIV əsrdə Elxanlılar dövləti və Cığatay ulusuna qarşı baş verən xalq hərəkatı.Feodal zülmü və monqol hökmranlığı [Xorasan]da Sərbədarlar üsyanına (XIV əsrin 30-80-cı illərində) səbəb olmuşdu.
1353-cü ildə Tuğa-Teymur sərbədarlar tərəfindən öldürülmüşdü və onun torpaqları (Curcan, Mazandaran və Xorasanın bir hissəsi) Vəli adlı əmirinin əlinə düşdü. Teymur 1384-cü ildə Vəliyə qalib gəldi. Tuğa-Teymur isə ondan qaçanda öldürüldü.Sərbədarların yaratdığı qurum 1381-ci ildə Teymurilər dövləti tərəfindən qaldırıldı.
Cəlairilər sultanlığı
[redaktə | mənbəni redaktə et]1336-cı ildən 1432-ci ilədək Azərbaycanda, İranda və İraqda iqtidarda olmuş monqol əsilli türk xanədanı.Cəlairilər el, ulus şəklində monqol yürüşləri dövründə Azərbaycana gəlmişlər. Tərkibinə İraqi Ərəb, İraqi Əcəm, Kürdüstan , Gürcüstan, Ermənistan, Deyləm, Xorasan, Cəzirə, Luristan, Xuzistan və digər ərazilər daxil idi. Paytaxtı Bağdad, sonra isə Təbriz şəhərləri olmuşdur. Şeyx Həsən Cəlairi 1341-ci ildə Bağdadda Cahan Teymuru taxtdan salaraq Cəlairilər dövlətinin əsasını qoydu. Onu əvəz edən Şeyx Üveys 1359-cu ildə Azərbaycanı Cəlairilər dövlətinin tərkibinə qatdı və Təbrizi paytaxt etdi.
Sultan Əhməd Cəlairinin dövründə Cəlairilər dövlətinin daxilində hakimiyyət uğrunda mübarizə gücləndi, dövlət tənəzzülə uğradı və sonra Teymurun və Qızıl Orda xanı Toxtamışın hücumlarına məruz qaldı. Teymurun yürüşləri dövründə Əlincəqala Cəlairilərin əsas müdafiə istehkamına çevrildi. 1386-cı ildə Teymurun qoşunu Təbrizi tutduqdan sonra Naxçıvan ərazisində onlara qarşı vuruşan Sultan Əhməd Bağdada, onun əmirlərinin bir hissəsi isə Əlincəqalaya çəkildi. Qalada Cəlairilərin xəzinəsi, Sultan Əhmədin ailəsi, oğlu Sultan Tahir və yaxın adamları, 300-ə yaxın cəngavər var idi. Teymurun yürüşləri dövründə Cəlairilərin Azərbaycanda nüfuzu bilavasitə Əlincəqaladakı hökmranlıqları ilə həyata keçirildi. Qalanın müdafiəsinə Xacə Cövhər, Altun və Əhməd Oğulşayi başçılıq etmişlər.Qaladakı cəlairi əmirləri 1386-1391-ci illərdə 6 dəfə Təbrizə yürüş etmiş və hakimiyyətlərinin bərpasına cəhd göstərmişlər. 4 yürüş nəticəsində Təbriz tutulsa da, şəhərdə möhkəmlənmək mümkün olmamışdır. 1405-ci ildə Sultan Əhməd Azərbaycanda hakimiyyətini bərpa etdi. 1410-cu ildə onun ölümü ilə Cəlairilər dövləti süquta uğrasa da, başqa ərazilərdə öz fəaliyyətini bir müddət davam etdirdi.
Qaraqoyunlar
[redaktə | mənbəni redaktə et]1375–1468-cu illərdə Azərbaycan, Ermənistan, şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş oğuz tayfalarından ibarət tarixi tayfa ittifaqı. Van gölünün cənubunda məskən salmış Qaraqoyunlular XIV əsrin 70-ci illərindən Ərzincanda, Sivasda, ümumən Şərqi Anadolunun şimal-şərq torpaqlarında möhkəmlənib, Ağqoyunlulara, Cəlairilərə və Teymurilərə qarşı mübarizə aparmışlar.
Qaraqoyunlu sülaləsinin banisi Bayram Xoca olmuşdur. Onun xələfi Qara Məhəmməd Cəlairilərlə ziddiyyəti aradan qaldırmaq üçün Cəlairi Sultan Əhmədlə qohum oldu. Bu da Azərbaycanın Təbriz də daxil olmaqla qərb hissəsinin Qaraqoyunluların əlinə keçməsinə səbəb oldu.
Qaraqoyunluların böyük bir imperiyaya çevrilməsi Qara Yusifin dövründə olmuşdur. Teymurilər və Cəlairilərlə gərgin mübarizədə Qara Yusif Azərbaycandan Şərqi Gürcüstan, Ərəb İraqı və Əcəm İraqını öz sərhədləri daxilində birləşdirən nəhəng bir dövlət yaratmağa nail olub.
Qara Yusifin oğlu Qara İsgəndər 1421-ci ildə Qaraqoyunlu hakimiyyətini bərpa etdi və Sultan Şahrux Təbrizi tərk etdikdən sonra şəhərə daxil oldu. 1421-ci ildə Alaşkert vadisindəki İsgəndərlə Şahruxun qoşunları arasında döyüş İsgəndərin məğlubiyyəti ilə nəticələnmişdir. Lakin Şahrux geri qayıdandan sonra onun tutduğu bütün torpaqlar Qara İsgəndər tərəfindən yenidən ələ keçirildi.
Qara İsgəndərdən sonra hakimiyyətə Cahan şah gəldi. Cahan şah Qaraqoyunluların güclü hökmdarlarından olmuşdur. Onun dövründə Qaraqoyunlu mədəniyyəti inkişaf etmişdir. Cahan şah "Həqiqi" təxəllüsü ilə Azərbaycan türkcəsində və Fars dilində şeirlər yazırdı. Böyük fəthlər edərək Qaraqoyunlu imperiyasının ərazisini genişləndirmişdir.
Alman Türkolog Gerhard Doerfere görə Ağqoyunlu və Qaraqoyunlu Türkmanları "Türkmən" sözünün hələ də qarmaqarışıqlara yol açması çox qəribədir, Leninqradda iraq Oğuz ədəbiyyatının oğuz "Türkmən" adı girdiyini gördüm; Türkmân sözü əslində "köçəri oğuz mənasını daşıyır. Ağqoyunlu və Qaraqoyunlu "Türkmənləri" hər halda azərbaycanlılardır.
Cahanşahın 1467-ci ildə ölümündən sonra hakimiyyətə gələn Həsənəli mirzə Uzun Həsən tərəfindən öldürüldü beləliklə Qaraqoyunlu imperiyası süqut etdi.
Ağqoyunlu
[redaktə | mənbəni redaktə et]Ağqoyunlular (azərb-ərəb. آغقویونلولار; fars. آق قویونلو, translit. Āq Quyūnlū; türk. Ak Koyunlu) və ya Bayandurilər — 1378–1508-ci illərdə şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oğuz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət. Ağqoyunlular Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamaqla yanaşı, Azərbaycan dövlətçilik tarixində də əhəmiyyətli yer tutmuşlar.
Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından olan Pəhləvan bəy idi. Qara Yuluq Osman bəy isə mərkəzi Diyarbəkir olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Qara Yuluq Osman bəy böyük yürüşlər edərək Şərqi Anadolunun çox hissəsini ələ keçirmişdi. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy Bayandur başçılıq etmişdir. 1467-ci ildə Muş döyüşündə Qaraqoyunluların məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Həsənəlini də məğlub edərək Ağqoyunlu imperiyasının əsasını qoyur.
Uzun Həsənin hakimiyyəti illərində Ağqoyunlu imperiyası bütün Yaxın və Orta Şərqdə qüdrətli hərbi-siyasi amilə çevrildi. Uzun Həsən güclü mərkəzləşdirilmiş dövlət yaratmaq siyasəti yeridirdi. O, bu məqsədlə xüsusi "Qanunnamə" hazırlatmışdı.
Ağqoyunlu hökmdarları Uzun Həsən, Sultan Xəlil və Sultan Yaqubun dövründə Ağqoyunlu imperiyasında elm, incəsənətin inkişafının pik nöqtəsi idi. Hökmdarın şəxsi kitabxanasında 60-a qədər alim çalışırdı. Uzun Həsən sarayında dövrün görkəmli alimlərindən ibarət elmi məclis fəaliyyət göstərirdi. Böyük hökmdar Qurani-Kərimi Azərbaycan türkcəsinə çevirtmiş, dövrün görkəmli elm adamı Əbu Bəkr əl-Tehraniyə "Kitabi-Diyarbəkriyyə" adlı Oğuznamə yazdırmışdı.
Sultan Rüstəmin ölümündən sonra Ağqoyunlular daxili çəkişmələr nəticəsində tədricən tənəzzülə uğradılar. 1499-cu ildə Ağqoyunlu dövləti artıq iki hissəyə bölündü. 1501-ci ildə qızılbaşlara Şərur məğlubiyyətindən sonra Ağqoyunluların Azərbaycandakı hakimiyyətlərinə son qoyuldu.1508-ci ildə qızılbaşlar tərəfindən İraqdakı hakimiyyətlərinə də son verildikdən sonra Ağqoyunlular tamamilə süqut etdi və yerini I Şah İsmayılın yaratdığı Səfəvi imperiyasına verdi.
Səfəvilər
[redaktə | mənbəni redaktə et]1501-ci ildən 1736-cı ilə qədər bugünkü Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, qərbi Pakistan, Türkmənistan, şərqi Türkiyə, şimal-şərqi Hindistan və Özbəkistan və Rusiya ərazilərini əhatə etmiş, tarixi Azərbaycanın varis olduğu dövlət. Dövlətin əsasını I İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan etməklə qoymuşdur. İsmayılın tərəfdarlarından ibarət olan qızılbaşlar ordusunun nüvəsini türk tayfaları təşkil etmişdir. Səfəvi dövlətinin yaranmasına dəstək verən Qızılbaş tayfaları bunlardır: Şamlı, Rumlu, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat, Xınıslı, Təkəli, Baharlı, Qaramanlı, Sədlu, Bayburtlu, Varsaq, Evoğlu, Qaracadağlı, Ustaclı, Zülqədər, Əfşar, Qacar. Səfəvilər dövləti, həmçinin müasir Azərbaycan milli və dini kimliyinin formalaşmasında böyük tarixi rol oynamışdır.1736-cı ildə Səfəvi dövləti Əfşarlarla əvəz olundu.
Əfşar imperiyası
[redaktə | mənbəni redaktə et]Səfəvilər dövləti dağıldıqdan sonra meydana gəldi. Nadir şah Əfşar dövlətin banisi olduğu tarixi Azərbaycan dövləti. II Təhmasib Nadir xanın nüfuzunun dövlətdə artdığını görüb öz nüfuzunu artırmaq məqsədi ilə 1731-ci ildə Osmanlılara qarşı yürüşə keçdi. Lakin döyüşdə məğlub olduqdan sonra İrəvan Osmanlıların əlinə keçdi. Nadir xan 1732-ci ildə II Təhmasibi hakimiyyətdən uzaqlaşdıraraq onun yerinə oğlu III Abbası hakimiyyətə gətirdi.Nadirqulu xan Əfşar 1730–1736-cı illərdə Səfəvi İmperiyasının ali baş komandanı, 1732–1736-cı illərdə isə şahın qəyyumu idi. 1732–1736-cı illərdə Səfəvilər dövlətinin itirilmiş bütün ərazilərini geri qaytaran Nadir 1736-cı ilin əvvəllərində özünü şah elan etmək üçün münasib şərait yaratdı. Əvvəlcədən hazırlanmış plana görə III Şah Abbasın qəflətən ölümündən istifadə edərək, 1736-cı ilin martın 21-də Suqovuşan adlanan yer olan Qalaqayında (indiki Sabirabad şəhərində Kürlə Arazın qovuşduğu yer) toplanmış Muğan qurultayında Nadir xan özünü şah elan etdi. Beləliklə, əslində Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyuldu və İranla Azərbaycanda yeni türk-müsəlman sülaləsi olan Əfşarlar sülaləsi hakimiyyətə gəldi.
Qacar dövləti
[redaktə | mənbəni redaktə et]XVIII–XX əsrlərdə indiki İran və Azərbaycan ərazilərində mövcud olmuş, türk mənşəli Qacarlar sülaləsi tərəfindən qurulmuş dövlət.Qacar boyları, 18. əsrdə dəvəli qolu və Qoyunlu (Qovanlı) qolu olmaqla iki qoldan ibarət olan boylar birliyi olub iki qol arasında güc mübarizəsi yaşanmaqda idi. Bu mübarizəni qazanan Koyunlu qolundan Məhəmməd Həsən xan, Əfşar Xanədanının kurcusu Nadir Şahın ölümündən sonra Gilan, Mazandaran və Curcan olmaqla Xəzər dənizi sahilini alaraq Güney İranda Zənd xanədanını quran Kərim xan Zənd ilə mübarizə etməyə başlamışdır.
Kərim xan Zənd Qacarların daxili mübarizəsindən istifadə etmək üçün Məhəmməd Həsən xanın oğlu Ağa Məhəmmədi Şirazdakı sarayında əsir götürərək Develilere dəstək vermişdir. 1758-ci ildə Məhəmməd Həsən Xan Koyunlu qolunun başına keçmiş və Zənd Xanədanı içində iştirak etmişdir.
Ağa Məhəmməd, Kərim xan Zəndin ölümündən sonra 1779-da Şiraza qaçmağı bacarmış və 1778-ci ildə Çar Rusiyasını geri çevirərək Astarabadda dəvəli qolunu məğlub edərək Qacar Konfederasiyasının birləşdirmişdir.
1796-cı ildə İranı birləşdirərək Tehranın paytaxtı Kaçar sülaləsini qurdu.
Ağa Məhəmməd bir tərəfdən Güney İrandakı Zend Xanədanı ilə mübarizə edərək digər tərəfdən Şimali İranda hakimiyyətini genişləməyə davam etmişdir. 1785-ci ildə Xəzər dənizinin sahilini əldə etdi və mərkəzini Tehrana köçürdü.
1923-cü ildə Sultan Əhməd şah İranı həmişəlik tərk etmişdir və 1925-ci ildə Məclisin qərarı ilə Qacar hökmdarlığının sonu qoyulmuşdur. 1925-ci ildən 1979-cu ilə qədər İrana Pəhləvi sülaləsinin şahları hökmdarlıq etmışlər.
Yeni dövr
[redaktə | mənbəni redaktə et]İngiltərə və Fransa XIX əsrin əvvəllərində İranın daxili işlərinə fəal surətdə müdaxilə etməklə Yaxın Şərqdə öz təcavüzkarlıq məqsədləri üçün onun ərazisini əməliyyat meydanına çevirməyə çalışırdılar. 1804-1813-cü illər Rusiya-İran müharibəsinin gedişi zamanı İran şahı İngiltərənin köməyinə ümid bağlayırdı. Lakin 1805-ci ildə İngiltərə Napoleona qarşı bir neçə dövlətin İttifaqında Rusiyanın müttəfiqi olduğuna görə İrana açıq kömək etməkdən çəkinirdi. Bu, İngiltərə-İran münasibətlərinin pisləşməsinə səbəb olmuş və Napoleon dərhal bundan istifadə etmişdi. Napoleon Rusiyaya qarşı Fransa, Türkiyə və İrandan ibarət Üçlər ittifaqı yaratmağı təklif etmişdi. 1807-ci il mayın 9-da Fingenşteyndə bağlanmış Fransa-İran müqaviləsinə görə Fransa İrana fəal hərbi yardım göstərməyə başlamışdı. Ancaq Fransa və Rusiya arasında bağlanmış Tilzit sülhündən sonra Fransa da İrana kömək etməkdən imtina etdi. Belə bir vəziyyət İngiltərənin İrana yenidən yaxınlaşmasına şərait yaratdıarşı qoymağa çalışırdılar. 1814-cü il noyabrın 25-də İngiltərə ilə İran arasında bağlanmış Tehran müqaviləsindən sonra İngiltərənin İranda mövqeyi xeyli möhkəmləndi. Bu müqavilə hə. 1810-cu ilin avqustunda İran ilə Türkiyə arasında Rusiyaya qarşı hərbi ittifaq bağlansa da, bunun İrana real köməyi olmadı. Rusiya-İran müharibəsi nəticəsində Gülüstan müqaviləsinin bağlanması, İranı özünə tabe etməyə çalışan İngiltərənin planlarını demək olar ki, pozdu. İranda Rusiya təsirinin güclənməsindən ehtiyat edən ingilislər İranı Rusiyaya qr şeydən əvvəl, İranı Rusiyaya qarşı yeni müharibəyə təhrik etmək məqsədi güdürdü. Həmin müqavilənin imzalanması İranın yuxarı dairələrində Rusiyadan qisas almaq əhval-ruhiyyəsini qızışdırırdı. Lakin 1826-1828-ci illər Rusiya-İran müharibəsində İranın yenidən məğlub olması İngiltərənin Cənubi Qafqaza dair planlarını alt-üst etdi.
Müasir tarix
[redaktə | mənbəni redaktə et]Pəhləvilər
[redaktə | mənbəni redaktə et]1925-ci ildən 1979-cu ilə qədər İranda hakim sülalə. 400 il davam edən Azərbaycan monarxiyasının devrilməsi və İran inqilabı nəticəsində ləğv olunmuşdur. Xanədan 1925-ci ildə Rza Şah Pəhləvi tərəfindən qurulmuşdur. Onun oğlu Məhəmməd Rza Şah Pəhləvi İranın son şahı idi. Qacar sülaləsinin son hökmdarı Əhməd Şah Qacar hakimiyyətdə olduğu, İran hökumətinə Britaniya və Sovet hücumlarını dayandırmaq iqtidarında olmadığı, hərbi zərbə ilə çox zəiflədiyi və parlamentdən hakimiyyətdən çıxarıldığı dövrdə Pəhləvilər hakimiyyətə gəldi. 12 dekabr 1925-ci ildə təsis yığıncağı olaraq çağırılan Məclis olaraq bilinən Milli Məclis gənc Əhməd Şah Qacarı hakimiyyətdən devirdi və Fars imperatorluğunun yeni hökmdarı Rza Şahı elan etdi. 1935-ci ildə Rza Şah xarici nümayəndələrdən endonim İrandan rəsmi yazışmalarda istifadə etməsini və İranın İmperatorluğunun rəsmi adı qəbul olunmasını istədi. 1953-cü ildə Birləşmiş Krallıq və ABŞ tərəfindən dəstəklənən dövlət çevrilişindən sonra Məhəmməd Rza Şah Pəhləvi hakimiyyəti daha otokratik olub və Sovet İttifaqı dövründə Qərb bloku ilə bərabər olmuşdur. 1978-ci ildən etibarən artan ictimai narazılıq və xalq üsyanı ilə qarşı-qarşıya gələn Pəhləvi 1979-cu ilin yanvarında ailəsi ilə sürgün olundu və bir çox hadisələrə səbəb oldu və 11 fevral 1979-cu ildə dövlətin ləğvi ilə nəticələndi. 27 iyul 1980-ci ildə Məhəmməd Rza Şah Pəhləvinin ölümündən sonra oğlu Rza Pəhləvi Pəhləvi xanədanlığının rəhbəri oldu.
İkinci Dünya müharibəsi
[redaktə | mənbəni redaktə et]13 sentyabr 1943-cü ildə Müttəfiqlər İranlılara bütün xarici əsgərlərin ölkəni 2 mart 1946-cı ilədək tərk edəcəyini əmin etdi. O vaxtdan etibarən nüfuzlu və parlament təmsilçiliyinə malik kommunist partiyası İran Tudə Partiyası, ölkədə xüsusən də Şimalda getdikcə cəngavər olmuşdu. Bu, İranın Silahlı Qüvvələrinin Şimal əyalətində səylərini bərpa etməyə cəhdləri də daxil olmaqla hökumət tərəfinin hərəkətlərini təbliğ etdi. Tehrandakı Tudə qərargahı işğal olundu və İsfahan şöbəsi əzildi, ölkənin şimal hissəsində olan sovet qoşunları İran qüvvələrinin girilməsinə mane oldu. Beləliklə, 1945-ci ilin noyabrına kimi Azərbaycan Tudə tərəfinin kömək etdiyi muxtar dövlət olmuşdur. Sovet İttifaqının bu kukla hökuməti yalnız 1946-cı ilin noyabrına qədər davam etdi
İran İslam Respublikasın tarixi
[redaktə | mənbəni redaktə et]İran İslam İnqilabı
[redaktə | mənbəni redaktə et]1979-cu ildə İranda Şah Məhəmməd Rza Pəhləvinin devrilməsi ilə nəticələn inqilab. İnqilab nəticəsində İranda Ruhullah Musəvi Xomeyni öndərliyində islam respublikası yaradılmış və şiəlik dövlət səviyyəsinə qaldırılmışdır. İran İslam İnqilabının baş verməsinin səbəbləri arasında şahın hərəkətlərinin xalqda böyük qəzəbə səbəb olması və son zamanlar Məhəmməd Rza Pəhləvinin ABŞ-la çox isti münasibətlərə malik olması göstərilmişdir. Görünməmiş xalq etirazlarında İran xalqı inqilaba çağırdı. İran xalqı Ruhullah Xomeyninin rəhbərlik etdiyi bir İslam Respublikası çağırışı etdi.Məşrutə inqilabının liderlərindən olan Səttar xan və Bağır xanın Təbriz şəhərindən Tehran şəhərinə hərəkət etməsi nəticəsində İranda şəriətin yaradılmasının tələb edən mollalar saxlanılmış və Şeyx Fəzullah Nuri edam edilmişdir. Bu hadisələrdən sonra İranda şəritə üsullunun yaradılması barədə olan tələblər bir az səngimişdir. Rza şah Pəhləvinin hakimiyyəti dövründədə mollalara qarşı olan sərt münasibət davam etmişdir. Ancaq Məhəmməd Rza Pəhləvinin hakimiyyəti zamanı mollalarla qarşı olan bu sərt münasibət nisbətən yumşalmışdır.
İran İslam Respublikası
[redaktə | mənbəni redaktə et]İrana qayıtmış Xomeyni dini və siyasi rəhbər kimi qarşılandı. Müvəqqəti hökumətin lideri Mehdi Bazarqanın iştirakı ilə 15 nəfərdən ibarət İslam İnqilabı Şurası yaradıldı. 1979-cu ilin 1 aprelində ölkə İran İslam Respublikası, daha sonra isə Xomeyni ömürlük lider elan edildi.
1980-cı ildə Məclisə keçirilmiş seçkilər nəticəsində İslam Respublikası Partiyası (Xomeyni və onun tərəfdarları) qalib gəldi. Tezliklə ölkə prezidenti Əbülhəsən Bənisdar və İRP arasında açıq mübarizə başladı. Bəndisar və İran Mücahidləri təşkilatı ölkənin klerikal (din ölkə siyasətinə təsir) idarə metodunun əksinə çıxırdılar. 1981-ci ilin iyununda mücahidlər üsyana qalxdı, Xomeynin göstərişi ilə Məclis ölkə prezidentinə impiçmnet elan etdi, prezident vəzifəsindən getdi. Yeni prezident keçmiş baş nazir Rəcai oldu, Baş nazir postuna Məhəmməd Cəvar Bəhonar gəldi. İlyarımdan sonra mücahidlərin üsyanı yatırıldı. Avqustda Rəcai və Bəhonar bomba partlaması nəticəsində həlak oldu. Yeni prezident Seyid Əli Xameneyi oldu, Baş nazir postuna Mir Hüseyn Musavi seçildi. 1984-cü ildə məclisə keçirilən seçkilərdə İRP yenidən qalib gəldi. 1985-ci ildə keçirilmiş seçkilərdə Xameneyi yenidən prezident seçildi. Ölkədə gedən proseslər yüzlərlə zadəgan ailəsini xaricə emiqrasiya etməyə məcbur etdi.
İran-İraq müharibəsi
[redaktə | mənbəni redaktə et]İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olmuş, çoxlu sayda insan və maddi itkilərlə nəticələnmişdir.
Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlamışdır. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınmış və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdir. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdır. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdır.
- ↑ Doerfer, G. "Azeri Turkish". Encyclopaedia Iranica, viii, Online Edition. : On the other hand, many Azeri words (about 1,200) entered Persian (still more in Kurdish), since Iran was governed mostly by Azeri-speaking rulers and soldiers since the 16th century (Doerfer, 1963-75); these loanwords refer mainly to administration, titles, and conduct of war. This long-lasting Iranian-Azeri symbiosis must be borne in mind if one is to understand the modern history of Iran and its language correctly.