II Ariobarzan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
II Ariobarzan
Ariobarzan
Atropatena hökmdarı
b.e.ə. 20[1] – 2[2]
ƏvvəlkiI Artavazd
SonrakıII Artavazd
Şəxsi məlumatlar
Doğum tarixi e. ə. 40-cı illər və ya bilinmir[3]
Vəfat tarixi 2-ci il
Fəaliyyəti suveren[d]
Atası I Artavazd[3]
Uşağı
Ailəsi Atropatena

II Ariobarzan b.e.ə. 20-eramızın 2-ci illərində Atropatenanın Atropatilər sülaləsindən olan hökmdarı.[4]

Digər Atropatena hökmdarı I Ariobarzanın oğludur. Şəxsi həyatı haqqında məlumatlar çox azdır. Ariobarzan on ildən artıq Romada yaşamış, Roma tərbiyəsi almışdır. O, Romaya səmimi dostluq münasibətləri bəsləyirdi. Tasit II Ariobarzanı belə təqdim edirdiː

" fiziki gözəlliyi və gözəl mənəvi keyfiyyətləri ilə fərqlənən midiyalı. [5] "

Hakimiyyəti illəri

[redaktə | vikimətni redaktə et]

Hakimiyyətinin ilk illərində Atropatena xeyli zəifləyərək mövqeyini itirir. Hətta atası I Artavazdın dövründə idarəçiliyi Atropatenaya tapşırılmış Armeniya (həmin dövrdə Fərat çayının yuxarı axarında yerləşən ərazi) taxt-tacı da itirilmişdi. Lakin daha sonra II Ariobarzanın həyata keçirdiyi uğurlu siyasət nəticəsində Roma imperiyasının imperatoru Oktavian Avqust Armeniya taxtını yenidən Atropatenaya hədiyyə edərək oranın idarəsini də Atropatena hökmdarına tapşırdı. O bizim eranın 2-ci ilində vəfat etdi. [6]

  1. Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992
  2. Fazili, Abdulla Həsənalı oğlu. Atropatena er. əv. IV-er VII əsri: Ulusunu tanımayan tanrısını tanımaz /A. H. Fazili ; elmi red. S. M. Onullahi ; AEA, Tarix İn-tu. Bakı: Elm, 1992
  3. 1 2 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  4. Abdulla Həsənalı oğlu Fazili. Ulusunu tanımayan tanrısını tanımaz. (Atropatena e. ə. IV – e. VII əsri) – Bakı: E 1992, s. 114
  5. Алиев И. Г. Очерк истории Атропатены. Б.: Азернешр, 1989, с. 101
  6. Алиев И. Г. Очерк истории Атропатены. Б.: Азернешр, 1989, с. 101-103