Aksum krallığı
krallıq | |
Aksum krallığı | |
---|---|
Mangiśta Aksum | |
|
|
Paytaxt | Aksum |
Dövlət dini | İudaizm, Politeizm |
İdarəetmə forması | monarxiya |
{{{rəhbər_titulu}}} | |
• | Zoskales |
• | Dil Naod |
Vikianbarda əlaqəli mediafayllar |
Aksum Krallığı — Efiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum padşahlığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum padşahlığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II-XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum padşahlığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir.
Tarixi
III əsrin axırlarında Aksum padşahlığı çox güclənmişdir. Padşah Ezanın dövründə (IV əsrin əvvəlləri) Aksum padşahlığı Nubiyanı işğal etmişdi. IV-VI əsrlərdə Cənubi Ərəbistanda ağalıq uğrunda Himyəri dövləti ilə gərgin mübarizə aparmışdır. Bir qrup alimlər Aksum padşahlığını quldar, digərləri isə feodal dövlət hesab edirlər. Aksum mədəniyyəti Cənubi Ərəbistan mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. IV əsrdə Aksum padşahlığında xristianlıq yayılmağa başlamışdır. IV əsrədək Aksum padşahları səba yazısı və dilindən, III-IV əsrlərdə həmçinin yunan, sonralar isə qədim efiop dilindən istifadə etmişlər. İranın Cənubi Ərəbistanı işğal etməsi (VI əsrin sonu)xüsusilə Aksum padşahlığını Aralıq dənizindən ayıran Ərəb xilafətinin əmələ gəlməsi Aksum padşahlığının tənəzzülünə səbəb oldu.
Aksum Krallığı, e.ə. I minillikdə Cənubi Ərəbistanda qurulan Sami mənşəli bir Sah krallığından əmələ gəldi. Ən parlaq dövründə (III-VI əsrlər) Afrikanın şimal-şərqindəki ən böyük bazar vəziyyətinə gəldi. İsgəndəriyyəcən uzanaraq Nilin kənarına keçən ticarətlə bağlantı qurdu. Aksum IX əsrin sonuna gəlindiyində Qırmızı dəniz sahillərinə hakim olmuşdu. Əhali Ədən Körfəzi sahillərindən Somalinin şimal sahilindəki Zeylaya (Seylac) qədər uzanırdı. Aksumun ticarət sahəsində böyük bir dövlət olaraq inkişafı,II və III əsrlərdə Mero Krallığının gücünü sarsıtdı və bu krallıq IV əsrdə Aksumun zəbti nəticəsində yıxıldı.
Aksum Kralı IV əsrdə xristianlığı qəbul edərək, Bizans hakimiyyətində olan Misirlə həm siyasi, həm də dini baxımdan yaxın bağlar qurdular. Eyni dövrdə ərazilərini Cənubi Ərəbistana qədər genişlətdilər. VI əsrdə Yəmən də Aksu Krallığına bağlandı. Ərəb yazıçılar, əsərlərində Aksumun bundan sonrakı tarixindən çox az yazdılar Bu əsərlərin birində Efiopiya ilə Nubiya arasında 687-ci ildə bir döyüş çıxdığı və Esato (Judith) adındakı Yəhudi kraliçanın, 976-cı ildə bölgədəki xristian xalqı təzyiq altına aldığı ifadə edilər. Esato, Aksu xanədanını yıxmağı bacarsa da, xanədanın bir başqa xristian qolu olan Zegueler qısa müddətdə nəzarəti yenidən ələ keçirmişlər.