Sturmtiger
Sturmtiger (Hücum pələngi) | |
---|---|
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1944-1945 |
İstismara başlanması | 1944 |
İstismar edənlər | Almaniya |
İstifadə edilən döyüşlər | İkinci Dünya müharibəsi |
İstehsal tarixçəsi | |
Konstruktor | Alkett |
Konstruksiya tarixi | 1943-1944 |
İstehsalçı | Alkett |
İstehsal illəri | Oktyabr1943-Yanvar 1945 |
İstehsal sayı | 18 ədəd |
Xüsusiyyətləri | |
Ağırlığı | 68 ton |
Zireh | 150 mm |
Sürət | 40 km/saat |
Güc nisbəti | 10.77 PS/tonne |
Əsas silah | 380 mm-lik RW61 L/5.4 raket topu. |
Köməkçi silah | 90 mm-lik NbK 39 piyadalar əleyhinə silah, 7.92 mm-lik MG-34 pulemyotu. |
Uzunluğu | 6.28 metr |
Eni | 3.57 metr |
Hündürlüyü | 2.85 metr |
Ekipaj | 5 nəfər (sürücü, komandir, 3 topçu) |
Vikianbarda əlaqəli mediafayllar |
Sturmtiger (Hücum pələngi) İkinci Dünya müharibəsi zamanı istifadə olunan Tiger şassisi üzərinə konstruksiya edilən və böyük bir raket atanla təchiz edilmiş alman hücum topudur. Rəsmi adı Sturmmörserwagen 606/4 mit 38 cm RW 61-dir. Piyadalara döyüş meydanında dəstək vermək məqsədilə istehsal edilmişdi. İstehsalında cəbhədə ağır xəsarət görmüş Tiger tanklarından istifadə edilmişdir.
Bu texnikanın istehsalında məqsəd döyüş meydanında piyadalara dəstək vermək üçün düşmən mövqelərində yerləşən çox möhkəm qorunan bina və xəndəkləri tək bir zərbə ilə yox etmək idi. Bu fikir ilk dəfə 1942-ci ildə Stalinqrad mühasirəsi sırasında ortaya çıxmışdır. O zamanlar Wermachtın əlində sadəcə olaraq üzərində 150 mm-lik ağır piyada topu olan StuG III hücum topu var idi. Bu texnikanın da 12 ədədi bu mühasirə zamanı itirilmişdi.
Xələfi olan Brummbär 1943-cü ildə istehsal edilmişdi. Lakin buna baxmayaraq Almaniya bu silahla qane olmurdu. Almaniya bundan daha ağır və güclü silaha ehtiyac duyurdu. Sonunda istehsalında Tiger tank şassisi və 210 mm-lik haubitsa istifadə olunacaq bir texnikanın istehsalına qərar verildi.
Ancaq o zamanlar belə bir top olmadığı üçün, bunun yerinə bir bənzəri olan Kriegsmarine tərəfindən sualtı raket atan kimi istifadə olunan 380 mm-lik mortarda qərar verildi.
İlkin prototip 1943-cü ilin oktyabr ayında Hitlerə göstərildi. 1944-cü ilin aprel ayında istehsalına razılıq verilən texnikanın sınaqlarına başlanıldı. Avqust-noyabr ayları ərzində 18 ədəd Sturmtiger istehsal edildi. Bu qədər zəif istehsal olunmasının səbəbi yeni şassi istehsal etmək əvəzinə vurulmuş və yaxud da xidmətdən çıxarılmış Tiger tanklarının gözlənilməsi idi.
Dizaynı
Sturmtiger texnikasının istehsalında Tiger tanklarının gövdə və süspansion sistemləri saxlanılmışdı. Tiger tanklarına məxsus üst hissə sökülərək bunun yerinə mortarın yerləşdirilə biləcəyi üst hissə yaradılmışdı. Bu üst hissə texnikanın ön tərəfindən başladığından texnikaya uzaqdan baxılanda qutuya oxşayırdı.
Sturmtiger Tiger tanklarından daha qısa idi. Sturmtiger 6.28 metr uzunluğa sahib olduğu halda, Tiger tankları 8.45 metr uzunluğunda idi. Bunun əsas səbəbi uzun bir topa sahib olmaması idi. Tiger tanklarından 15 sm daha hündür idi.
Zireh
Sturmtiger şəhər daxilində savaşacağı üçün bu texnikanın ağır xəsarət almaması üçün qalın zireh ilə qorunması lazım idi. Öndən 150 mm qalınlığında bucaq altında zireh ilə qorunurdu. Yan tərəflərindən isə 80 mm-lik panellər vasitəsilə qorunurdu. Tiger çəkisi 57 ton olarkən, Sturmtiger 68 ton çəkiyə malik idi.
Silahları
Əsas silahı 380 mm-lik Raketenwerfer 61 L/5.4, arxadan doldurulmalı raketatan/mortar idi. Bu silah qısa mənzilli raketatan quruluşunda idi. Mortarın diametri 1.5 metrə yaxın idi. 125 kq yüksəkpartlayıcılı raket ata bilirdi. Bu mərmi 2.5 qalınlığında olan beton maneələri də dağıtmağı bacarırdı.
Bu silahın mənzili 5650 metrə bərabər idi. Raketin ümumi ağırlığı 345-351 kq arasında dəyişirdi. Normal bir barıt ilə mərmi 45m/s sürətlə hərəkət edərkən, 40 kq-lıq raket ilə 250m/s-yə qalxırdı.
Raketatan bəzi problemlərdə yaradırdı. Ən önəmlisi raket yanacağının yanması ilə yaranan qazı texnikanın içindən çölə çıxartmaq olmurdu.
Mərmilər çox böyük olduğu üçün sadəcə olaraq 14 mərmi daşımaq mümkün idi. Bir dənəsi topda, digəri isə yükləmə qabında olurdu. Digərləri texnikanın arxa hissəsində olan barmaqlıq rəflərdə daşınırdı. Sursat yükləmək üçün texnikanın üst hissəsinə bir kran bağlanılırdı və bu kranın köməyi ilə mərmilər yüklənilirdi. Yükləmək üçün 5 nəfərlik ekipakın hamısı calışmalıydı.
Yükləmə qapağının yanında 90 mm-lik NbK 39 Nahverteidigungswaffe (“Yaxın müdafiə silahı”) yerləşdirilmişdi. Bu silah yaxın məsafədə yerləşən düşmən texnika və piyadalarından maşını qoruyurdu. Bu silah 360 dərəcəlik bir istifadə sahəsinə sahib olan sadə bir qumbaraatan idi. Piyada hücumlarına qarşı isə 7.92 mm-lik MG-34 pulemyotundan istifadə olunurdu.
Xidmət tarixi
Sturmtiger-in əsas vəzifəsi piyada qüvvələrinin gücləndirilmiş düşmən mövqelərinə və ya binalara hücumları zamanı həmin piyadalara ağır topçu dəstəyi vermək idi. Lakin müharibədə Almaniyanın vəziyyəti gündən-günə pisləşirdi. Almaniyanın silahlı qüvvələri olan Wermacht artıq hücumdan çox müdafiəyə meyl edirdi.
Üç yeni Panzer bölüyü (Tank bölmələri) Sturmtiger modelindən istifadə edirdi: Panzer Sturmmörser Kompanien (PzStuMrKp) 1000, 1001 və1002. Əslində ədəd texnikadan formalaşmağı lazım olarkən əldə yetərli sayda texnika olmadığından hər bölüyə 4 ədəd bu texnikadan paylanılmışdı. Bu 4 texnikada öz aralarında ikili qruplara ayrılırdı.
PzStuMrKp 1000 birliyinə aid olan 2 texnika 13 avqust 1944-cü ildə Varşavanın SSRİ tərəfindən azad edilməsinə qarşı ilk dəfə olaraq istifadə edilmişlərdi. PzStuMrKp 1001 və PzStuMrKp 1002 isə sentyabr və oktyabr aylarında xidmətə başlamışdır. PzStuMrKp 1001 və 1002 birliklərinə aid olan 7 texnika daha sonralar Ardenna əməliyyatında istifadə edilmişlərdi.
Ardenna əməliyyatından sonra bu texnikalar bir daha cəbhələrdə istifadə edilmədilər. Bu texnikalardan daha çox Almaniya torpaqlarına hücumlardan müdafiə məqsədi ilə istifadə olunmağa başlanılmışdı. Bunlar çox güclü müdafiə silahı idilər. Düşmənin döyüş təyyarələrindən başqa heç bir düşmən piyada qüvvəsi və ya topçu qüvvəsi bu texnikanı sıradan çıxarda bilmirdi. Sadəcə olaraq bir neçəsi düşmən tərəfindən məhv edilmişdir. Qalanları isə texniki qüsurları və ya yanacaq çatışmazlığı ucbatından ekipajı tərəfindən tərk edilməzdən öncə məhv edilmişdi.
İki ədəd cəmi Sturmtiger dövrümüzə qədər gəlib çatmışdır: Bir Deutsches Panzermuseum Münster də, Kubinka Tank Muzeyində (Rusiya) sərgilənir.