Tatarıstan

Vikipediya, azad ensiklopediya
185.30.89.41 (müzakirə) (Tarixi) tərəfindən edilmiş 15:12, 1 sentyabr 2017 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Tatarıstan Respublikası
Татарстан Республикасы
Rusiya bayrağı
Bayraq
Rusiya gerbi
Gerb
Tatarıstan Himni:
Tuğan yağım (Doğma Ana Vətənim)
Rəsmi dil Tatar diliRus dili
Paytaxt Kazan
Prezident Rüstəm Minnexanov
Baş Nazir
Ərazi 68,000 km²
Əhali
 - Ümumi
- Əhali sıxlığı

 - 3,800,000
-56/km²
Müstəqillik günü
Pul Tatar Altunu (TTA)
Saat qurşağı UTC +4

Tatarstan (rus. Респу́блика Татарста́н; Tatarca: Татарстан Республикасы və ya latın tatar əlifbası ilə: Tatarstan Respublikası) — Şimal-Qərbi Asiyada yerləşən müstəqil respublika.

Ərazisi 68,000 km² əhali sayı isə 3,800,000 nəfərdir ki onların əksəriyəti tatarlardan təşkil olunur.[1] Tatarıstanın paytaxtı Qazan şəhəridir. Qeyri-rəsmi Tatarıstan ideyası: Bez Buldırabız! (Biz Bacarırıq!) adlanır.[2]

Tarixi

80-ci illərin sonunda Volqaboyu və Sibirin türk xalqları milli muxtar qurumlarının siyasi statuslarının artırılması uğrunda mübarizə aparırdılarsa, SSRİ dağıldıqdan sonra Tatarıstanda müstəqillik meylləri güclənməyə başladı. Tatarıstan Başqırdıstan ilə bərabər Rusiya Federasiyası ilə birbaşa müqavilə imzalamaq təklifini irəli sürdü. Tatar xalqının qurultayı Respublika Ali Sovetinə alternativ orqan olan Məclis təşkil edildi. 1991-1993-cü illərdə Tatarıstanda müstəqillik uğrunda kütləvi hərəkat başlandı. Kazanda isə xalq ordusunun yaradılmasına cəhd göstərildi. Muxtar respublikada prezident seçkisi keçirildi. Mentemir Şaymiyev Tatarıstanın prezidenti seçildi. O, milli hərəkatla parlamentin Moskva meylli müxalifəti arasında çox bacarıqla manevr edərək respublikada sabitliyi qoruyub saxlaya bildi. Tatarıstan Rusiyanın muxtar qurumları içərisində ilk olaraq Suverenlik haqqında Bəyannamə qəbul etdi. Referendum keçirildi və respublika beynəlxalq hüquq obyekti kimi, Rusiya Federasiyası ilə assosiasiya olunan xüsusi statuslu suveren dövlət elan edildi. Lakin Rusiya Federasiyasının Konstitusiya məhkəməsi bu qərarı təsdiq etmədi. Tatarıstan mərkəzə heç bir vergi ödəmədən müstəqil iqtisadi siyasət həyata keçirməyə başladı. Neft ehtiyatları və istehsal gücündən istifadə edən respublika iqtisadiyyatın inkişafı sahəsində böyük nailiyyətlər əldə etdi. 1994-cü il fevralın 15-də Rusiya ilə Tatarıstan arasında dövlət idarələrinin səlahiyyətlərinin bölüşdürülməsi haqqında müqavilə imzalandı. Hər iki tərəf müqaviləni münasibətlərin tənzim edilməsi sahəsində nailiyyət kimi qəbul etdi. Federal hakimiyyət bu müqavilə ilə dövlətin bütövlüyünün saxlanması, Tatarıstan isə xüsusi statusunun möhkəmləndirilməsi hüququnu qazandı.

Təbii ehtiyatları

Neft, təbii qaz,gips

Bölgələr

Tatarıstan 43 rayon və 20 şəhərdən ibarətdir. Paytaxtı Kazan şəhəridir. Kazan çox qədim tarixə malikdir və minarəsi ilə tanınır.

İstinadlar

Xarici keçidlər