I Mustafa
I Mustafa | |
---|---|
türk. مصطفى اول | |
| |
Osmanlı sultanı[d] | |
22 noyabr 1617 – 26 fevral 1618 | |
Əvvəlki | I Əhməd |
Sonrakı | II Osman |
Osmanlı sultanı[d] | |
20 may 1622 – 10 sentyabr 1623 | |
Əvvəlki | II Osman |
Sonrakı | IV Murad |
Şəxsi məlumatlar | |
Doğum tarixi |
17 oktyabr 1896 |
Doğum yeri | Manisa, Osmanlı imperiyası |
Vəfat tarixi | 20 yanvar 1639[1] (47 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | rəhbər |
Atası | III Mehmed |
Anası | Həlimə Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
I. Mustafa (Osmanlı türkcəsi: مصطفى الأول) (d. 1591, Manisa – ö. 20 yanvar 1639, Topqapı Sarayı, İstanbul), 15. Osmanlı padşahı və 94. İslam xəlifəsidir.
Atası Sultan III. Mehmeddir. I. Mustafanın Qafqaz əsilli anasının adı bilinməsə də, bəzi qaynaqlarda Həlimə Sultan olaraq göstərilir. Osmanlı tarixində ilk dəfə padşahlığın atadan oğula keçməsi qanunu pozuldu və şahzadə Mustafa qardaşı I. Əhmədin 22 noyabr 1617 tarixində vəfat etməsi ilə taxta oturdu. Müxtəlif illərdə 2 dəfə hakimiyyətdə olmuşdur.
Bəzi tarixi qaynaqlara görə Kösəm Sultan, əri I. Əhmədə təsir edərək qaynı şahzadə Mustafanın həyatda qalmasını təmin etmişdir. Lakin bu, şahzadənin sağ qalmasının əsas səbəbi deyildi. Əsas səbəb I. Əhmədin çox kiçik yaşda taxta oturması və ailədə başqa şahzadənin olmaması idi. I. Əhmədin vaxtsız ölümündən sonra onun ən böyük oğlu olan şahzadə Osman (II. Osman) 13 yaşında olduğundan ailənin ən böyük üzvü olan şahzadə Mustafa, Sultan I. Musafa adı ilə taxta oturdu. 15. Osmanlı sultanı olan I. Mustafa bütün şahzadələr kimi mükəmməl təhsil almışdır. Taxta keçdiyi ilk gündən bəri dövlət məsələləri ilə məşğul olmadı. Bu da dövlət nəznində padşaha qarşı narazılığın yaranmasına gətirib çıxardı və beləliklə, taxta çıxdıqdan 96 gün sonra – 26 fevral 1618-ci ildə baş verən saray çevrilişi ilə Sultan I. Mustafa taxtdan endirildi və qapalı bir otaqda həbs həyatı yaşamağa başladı. Onun yerinə qardaşı oğlu və I. Əhmədin böyük oğlu II. Osman taxta keçdi. Lakin yenilik tərəfdarı olan II. Osman orduda və idarəçilikdə etdiyi dəyişikliklərlə yeniçəriləri özünə düşmən etdi. Bunun nəticəsində 19 may 1622 tarixində baş verən üsyanla II. Osman taxtdan endirildi və faciəvi şəkildə şəhid edildi. Beləliklə, Sultan I. Mustafaya yenidən taxt yolu açıldı. Taxta keçən Sultan I. Mustafa ilk iş olaraq qardaşı oğlunu zindanda gizlincə edam etdirən Sədrəzəm Qara Davud Paşanı vəzirlikdən qovdu və üsyançılara təslim etdi. Buna baxmayaraq üsyan daha da alovlanırdı. İstanbulda baş verən qarışıqlıqlar və Anadoluda alovlanan üsyanlar Osmanlı taxtına dövlət işləri ilə daha yaxından məşğul olan bir sultanın gəlməsini zəruri etdi.
Beləliklə, Sədrəzəm Kəmankeş Əli Paşanın dəstəyi, dövrün Şeyxülislamı Yəhya Əfəndinin razılığı və digər dövlət adamlarının ortaq qərarı ilə I. Mustafa 10 sentyabr 1623 tarixində yenidən devrildi. Yerinə I. Əhmədin və Mahpeykər Kösəm Sultanın oğlu olan 11 yaşlı şahzadə Murad (IV. Murad) taxta keçirildi. Devrilən sultan qalan 16 il ömrünü hərəmxananın qapalı bir otağında məhbus həyatı keçirdi və 20 yanvar 1639 tarixində Topqapı Sarayında vəfat etdi. Cənazəsi Ayasofya Məscidinə dəfn edildi. Ağır dərəcədə sinir xəstəsi, hətta bəzi mənbələrə görə ruhi xəstə olan Sultan I. Mustafa ömrü boyu heç bir qadını özünə yaxın buraxmamış və buna görə də övladı olmamışdır.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #1017599777 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.