Stepanavan rayonu

Vikipediya, azad ensiklopediya
Sabuhi from Baku (müzakirə | töhfələr) tərəfindən edilmiş 22:12, 5 noyabr 2014 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Stepanavan rayonu
İnzibati mərkəz Cəlaloğlu
Tarixi və coğrafiyası
Yaradılıb 9 sentyabr 1930
Ləğv edilib 11 aprel 1995
Əhalisi
Əhalisi
  • 17.500 nəf. (1989)
Stepanavan rayonu xəritədə

Cəlaloğlu rayonuErmənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Rayon Ermənistan SSR-nın Pəmbək-Loru qəzasınin ləğvi ilə onun bir qismi hesabına 9 sentyabr 1930-cu ildə təşkil edilmişdi.[1] İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.[2] Təşkil edildiyi 9 sentyabr 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район, erm. Ստեփանավանի շրջան) adlanırdı.

Coğrafiya

Cəlaloğlu rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.

1 oktyabr 1931-ci il tarixinə rayon 1.365 km² ərazini əhatə edirdi.[3] Bu göstərici ilə o bütün Ermənistan SSR ərazisinin (29.660 km²)[3] 4.60%-ini təşkil edirdi. Rayon 1 oktyabr 1938-ci il tarixinə isə 0.61 min km², 1 yanvar 1941-ci il tarixinə 0.6 min km², 1 yanvar 1948-ci il tarixinə 635[1] km² ərazini əhatə edirdi. 1 yanvar 1948-c il tarixinə rayonda rayon tabeli Cəlaloğlu şəhəri və 20 kənd yerləşirdi.[1]

Əhali

1 yanvar 1931-ci ildə rayonda mövcud olan 33 kənd sovetliyinə daxil olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Cəlaloğlu qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.[3]

1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.

Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:

Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixi
Cəlaloğlu Stepanavan 1924-cü il
Qoturbulaq Katnaxpyur 03.01.1935
Qaraməmməd Aleksandrovka ...
Çubuqlu Pokrovka ...
Heydərbəy Sverdlov 01.08.1940
Ovandərə Ovanadzor 19.04.1950

Xarici keçidlər

İstinadlar

  1. 1 2 3 Информационно-Статистический отдел при секретариате президиума верховного совета Армянской ССР. Армянская ССР: Административно-территориальная деление на 1-ое января 1948 года, Издание первое. Армгосиздать, Ереван, 1948, стр. 51
  2. Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18
  3. 1 2 3 Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административно-территориальное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931, страницы 234-237

Həmçinin bax

Xarici keçidlər

  • "Sovet ensiklopediyası: "Stepanavan rayonunun adı Calaloğlu olmuşdur."" (az.)). tarixiarasdirmalar.wordpress.com. 2014-10-25. İstifadə tarixi: 2014-10-29.