Stepanavan rayonu
Stepanavan rayonu | |
---|---|
İnzibati mərkəz | Cəlaloğlu |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 9 sentyabr 1930 |
Ləğv edilib | 11 aprel 1995 |
Əhalisi | |
Əhalisi |
|
Cəlaloğlu rayonu — Ermənistan SSR-da və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Rayon Ermənistan SSR-nın Loru-Pəmbək qəzasının ləğvi ilə onun bir qismi hesabına 9 avqust 1930-cu ildə təşkil edilmişdi. İnzibati mərkəzi Cəlaloğlu şəhəri idi. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanununa əsasən ləğv edilən rayonun ərazisi yeni təşkil edilmiş Loru mərzinə qatılmışdır.[1] Təşkil edildiyi 9 avqust 1930-cu ildən ləğv edildiyi 7 noyabr 1995-ci il tarixinədək rayon rəsmən Stepanavan rayonu (rus. Степанаванский район) adlandırılmışdır.
Coğrafiya
Cəlaloğlu rayonunun ərazisindən Tona çayı axır. Rayon bir tərəfdən Bazum dağ silsiləsi ilə əhatə olunur.
Əhali
1 ynavar 1931-ci ildə rayonda mövcud olan 60 yaşayış məntəqəsində 47.012 nəfər əhali yaşayırdı. Onlardan 4.316 nəfəri Cəlaloğlu qəsəbəsində, qalanları isə 59 kənddə məskunlaşmışdı.[2]
1988-ci ilə qədər azərbaycanlıların yaşamaqda davam etdikləri və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Gərgər, Nikolayevka, Çubuqlu, Qaraməmməd, Kələkürək və s.
Ermənistan SSR Ali Soveti Rəyasət heyətinin müxtəlif fərmanları ilə rayon üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı | İndiki adı | Dəyişdirilmə tarixi |
---|---|---|
Cəlaloğlu | Stepanavan | 1924-cü il |
Qoturbulaq | Katnaxpyur | 03.01.1935 |
Qaraməmməd | Aleksandrovka | ... |
Çubuqlu | Pokrovka | ... |
Heydərbəy | Sverdlov | 01.08.1940 |
Ovandərə | Ovanadzor | 19.04.1950 |
Xarici keçidlər
- Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə
- Qərbi Azərbaycanın türk mənşəlli toponimləri
- Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh.
- İndiki Ermənistan qədim türk yurdu idi
- Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
İstinadlar
- ↑ Национальное Собрания Республики Армения: Закон Республики Армения «Об административно-территориальном делении Республики Армения». Принят 07.11.1995. Подписан Президентом Республики Армения Л. Тер-Петросяном 04 декабря 1995 года, гор. Ереван С-062-1.-ЗР-18
- ↑ Центральный Исполнительный Комитет Союза ССР, Всероссийский центральный исполнительный комитет. Административное деление союза ССР (Районы и города СССР). Издательство "Власть Советов" при Президиуме ВЦИК Москва, 1931.