Aksum krallığı

Vikipediya, azad ensiklopediya
ZéroBot (müzakirə | töhfələr) (r2.7.1) (Bot redaktəsi əlavə edilir: sr:Краљевство Аксум) tərəfindən edilmiş 14:55, 25 noyabr 2012 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç

Aksum padşahlığıEfiopiyanın şimalında qədim dövlət. İndiki Sudan ərazisi də Aksum padşahlığına aid olmuşdur. Adı Aksum şəhərindən götürülmüşdür. Aksum padşahlığı haqqında ilk məlumat II əsrə aiddir. Əsasən II — XI əsrlərdə aid olmuşdur. Hindistandan və Şərqi Afrikadan Aralıq dənizinə gedən ticarət yollarının Aksum padşahlığından keçməsi onun iqtisadi inkişafına yardım etmişdir.

III əsrin axırlarında Aksum padşahlığı çox güclənmişdir. Padşah Ezanın dövründə (IV əsrin əvvəlləri) Aksum padşahlığı Nubiyanı işğal etmişdi. IV-VI əsrlərdə Cənubi Ərəbistanda ağalıq uğrunda Himyəri dövləti ilə gərgin mübarizə aparmışdır. Bir qrup alimlər Aksum padşahlığını quldar, digərləri isə feodal dövlət hesab edirlər. Aksum mədəniyyəti Cənubi Ərəbistan mədəniyyəti ilə sıx əlaqədə olmuşdur. IV əsrdə Aksum padşahlığında xristianlıq yayılmağa başlamışdır. IV əsrədək Aksum padşahları səba yazısı və dilindən, III-IV əsrlərdə həmçinin yunan, sonralar isə qədim efiop dilindən istifadə etmişlər. İranın Cənubi Ərəbistanı işğal etməsi (VI əsrin sonu)xüsusilə Aksum padşahlığını Aralıq dənizindən ayıran Ərəb xilafətinin əmələ gəlməsi Aksum padşahlığının tənəzzülünə səbəb oldu.

Xarici keçidlər