XIV Lüdovik
XIV Lüdovik (fr. Louis XIII de France; 5 sentyabr 1638[1][2][…], Sen-Jermensk sarayı[d] – 1 sentyabr 1715[2][3][…], Versal sarayı) — Fransa kralı. 1643–1715-ci illərdə hakimiyyətdə olmuşdur. Günəş Kral kimi də tanınır.
XIV Lüdovik | |
---|---|
fr. Louis XIV | |
Fransa həmşahzadəsi[d] | |
14 may 1643 – 1 sentyabr 1715 | |
Əvvəlki | XIII Lüdovik |
Sonrakı | XV Lüdovik |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 sentyabr 1638[1][2][…] |
Doğum yeri |
|
Vəfat tarixi | 1 sentyabr 1715[2][3][…] (76 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | qanqren |
Dəfn yeri | |
Atası | XIII Lüdovik[4] |
Anası | Avstriyalı Anna[4] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
Monoqram | |
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Daxili siyasəti
redaktə1643-cü ildə XIII Lüdovik öləndən sonra taxta 4 yaş 8 aylıq olan XIV Lüdovik və ya əsl adı ilə Louis çıxmışdı. O 1638-ci ildə XIII Lüdovik və Anna Avstriyalının oğlu kimi dünyaya gəlmişdi. Onun yaşı çatmadığından isə dövləti İtalyalı olan Kardinal Culio Mazarini idarə edirdi. Bu zaman Fronda kimi məşhur olan üsyan başvermişdi. Bu üsyan 1648–1653-cü illərdə baş vermişdi. Üsyanın səbəbi isə Kardinal Rişelyenin zadəganların nüfuzunu qıraraq məclisin gücünü məhdudlaşdırma siyasətinin Kardinal Mazarini tərəfindən davam etdirilməsi idi. Üsyana təkan verən səbəblərdən digərləri isə bu zaman yaşanan qiymət artımı, qıtlıq və sair kimi səbəblər oldu. Üsyana həm də bir sıra dövlət adamları da dəstək verdi. Üsyancılar Mazariniyə nifrət edir onun italyan olmasına görə Fransaya xəyanət etdiyini idda edirdilər. Lakin bu üsyan ümumiyyətlə Krala qarşı deyildi. O 1660-cı ildə İspanya kralının qızı Mariya Tereza ilə evləndi ki, iki ölkə arasında sülh bərqərar olsun. XIV Lüdovik uşaqlığı sona çatanda heçkim onun dövləti idarə edə biləcəyinə inanmırdı.
1661-ci ildə Mazarinin ölümü ilə idarəni XIV Lüdovik tam əla keçirə bilmişdi. O ölkəni tam mütləqiyyətçi kimi idarə etmişdir. O yalnızca Fransanı hərbi güc mərkəzinə yox həm də sənət və diplomatiya mərkəzinə çevirmək istəyirdi. Məhz elə buna görədə O Versal sarayını formalaşdırmışdı. Bu saray üçün xərclənən pullar mübahisəyə səbəb olmuşdu. Saray ancaq 1682-ci ildə hazır oldu. O saray həm də "Günəş Kral"ın gücünü göstərməli idi. Onun dövrü Fransa tarixində "Grand Siecle" (Böyük Yüzil) olaraq düşmüşdür. 72 il taxta qalmışdır.
XIV Lüdovikin hökmranlığı ilə "dövlət" irəliyə doğru böyük addım atdı. Sadəcə olaraq dövlət ədalət və hakimiyyət ərintisini təmsil edirdi. Özəl şəxslər heç vaxt digərləri üzərində qanuni ədaləti tətbiq etmirdilər, özlərinin özəl ordularına da nəzarət etmirdilər. Bu köhnə feodal təcrübəsi ilə əkslikdə idi, feodal lordlar mülk məhkəmələrinə dəstək verir və öz tərəfdarlarını döyüşü aparırdılar. Ölkə daxilində qanun və hakimiyyətn qanunpərəst kral tərəfindən inhisara alınmasına nəzərdə tutan idea mütləqiyyət barədə XVII əsr doktrinasının mahiyyətini təşkil edirdi.
XIV Lüdovik burjuaziya sinifdən olan adamlardan istifadə etməyə üstünlük verirdi, onlar kraldan maaşlarına və karyerelarına görə aslı idilər, kübarlardan fərqli olaraq özləri üçün heç bir müstəqil siyası təsir əldə etməyə can atmırdılar. O heç vaxt Baş Ştatlar toplamadı. O inzibati koordinasiyasının möhkəm sistemini inkişaf etdirdi, onu bir neçə dövlət şurasında mərkəzləşdirdi. Vergilərin yığılması metdu baha başa gələn və səmərəsiz idi. Birbaşa vergilər çox sayda aralıq qulluqçuların əlindən keçirdi, birbaşa olmayan vergilər isə vergi fermerləri adlanan özəl şəxslər tərəfindən yığılırdı, onlar da yaxşı gəlir əldə edirdilər. XIV Lüdovik aramsız apardığı müharibələrin xərclərini və öz xərclərini ödəmək üçün vergilərin miqdarını qaldırırdı.
Onun qurduğu dövlətin iqtisadiyyatı da güclü olmalı idi. Lakin fransız maliyyəsi "Otuz il müharibələri" və ondan sonra İspanya ilə aparılan müharibələrə görə böhranlı vəziyyətdə idi. XIV Lüdovik problemi aradan qaldırmaq üçün maliyyə naziri Nicolas Fouqueti vəzifədən kənarlaşdırdı və yerinə Jean-Baptiste Kolberti gətirdi. O özünün merkantelizm siyasəti ilə Fransada məşhur oldu. İqtisadiyyatı dövlətin yönləndirməsi ilə planlı bir şəkildə inkişaf etməsini, bu zaman ixracatı çoxaltmaq və pulu Fransa içində tutmaqla iqtisadiyyatı düzəltməyi planlamışdı. Colbertin siyasəti nəcitəsində Fransa maliyyə böhranından çıxdı və Avropadaki ən güclü dövlətlərdən birinə çevrildi. XIV Lüdovikin dövründə həm də IV Henrinin dövründə verilmiş Nant edikti də ləğv edildi. Bu edikt kalvinistlərə azadlıqlar verirdi və XIV Lüdovik "bir inanc, bir qanun, bir kral" şüarı ilə çıxış etdiyi üçün buna imkan verə bilməzdi. Kalvinistlər dövlət idarələrindən uzaqlaşdırıldı. Kalvinist bölgələrə əskərlər yerləşdirildi. Nəticə etibarilə 38 min nəfər katolikliyə keçdi. 1685-ci ilin 2 sentiyabrında Fontainebleau fərmanı verildi. Fransız kalvinistlər ölkəni tərk edirdi. Bütün bunlar protestant ölkələrin narazıçılığına səbəb oldu.
1688–1697-ci illərdə Doqquz illik müharibə oldu. Onun dövründə mütləqiyyət gücləndirildi. Hətta belə rəvayət edilirki XIV Lüdovik "dövlət mənəm"(l'etat c'est moi) demişdir. Amma bunun nə qədər düz olması şübhəlidir. Rəvayətə görə XIV Lüdovik 1655-ci ildə Paris Ali məhkəməsinə gəlmiş və hakimin sözünü " dövlət mənəm" deyə kəsmişdir. Lakin bir çox tarixciyə görə belə birşey olmamışdır. Tarixci Stephen Lee onun heçvaxt belə birşey demədiyini bunun yalnızca Volter tərəfindən uydurulduğunu irəli sürür. XIV Lüdovik ölüm zamanı " İndi mən gedirəm lakin dövlət hərzaman ayaqda qalacaq" demişdir.
Onun dövründə Fransada sənət inkişaf etmişdir. O kral rəqs akademyasını da qurmuşdur. Molyer də onun sarayında olurdu. XIV Louis onu və Jan Rasini himayə edirdi.
Xarici siyasəti
redaktəXVII əsrdə fransızlar Hindistan və Madaqaskarda ticarət aparmağa başladılar, Kanadanın əsasını qoydular, Böyük Göllərə və Missisipi vadisinə daxil oldular, Vest-Hindiyada plantasiyalar təsis etdilər, Levant ilə öz qədim kommersiyalarını genişləndirdilər, öz ticarət dənizçiliyini böyütdülər və bir müddət Avropada aparıcı donanmaya malik oldular. Fransız ordusunun başında olan XIV Louis güclü bir ordu qurdu. O möhkəm nəzarət birliyi yaratdı, artilleriyasnı ordunun üzvi tərkibinə daxil etdi, hərbi rütbələri və dərəcələri sistemləşdirdi.
XIV Lüdovik Fransız ordunusu böyütdü, onun tərkibini 100 mindən 400 minə çatdırdı. Ordunun heyəti də güclü idi. Marşal Turenne, Şahzadə Conde və Sebastien Vauban da fransız ordusunda idi. Mareşal Tuerenn Charleroi, Mons, Namur və Lille şəhərlərini tutdu və İspanya hollandiyasın ələ keçirdi. XIV Louis bu işğalları öz arvadına çatacaq irs kimi qiymətləndiriyi Niderlanda müdaxilə ilə başladı. Fransanın İspanya üzərindəki bu uğurları Hollandiyanı narahat edirdi. Onlar yaxınlıqlarında İspan qüvvələrini güclü Fransız ordusundan üsttün tuturdular. Onlar əvvəlcə iki dövlət arasında barışdırıcı rol oynamaq istəsədə XIV Louis buna razı olmadı və beləliklə Hollandiya İspanya tərəfdən müharibəyə qoşuldu. İngiltərə də Fransaya qarşı olaraq müharibəyə girdi. Fransızlar Kondenin başcılığı ilə Besançonu və Doleni tutdular. Lakin Fransa sonra sülh danışıqlarına getməli oldu.
XIV Lüdovik 1668-ci ildə Aix-la-Şapel (Aachen) müqaviləsin imzaladı. 1670-ci ilin iyunda II Çarlz ilə Dovet sazişi imzaladı. Bu razılığa görə Fransa Hollandiyaya hücm etdikdə İngiltərə öz donanmasını Holandiyaya göndərməyi və bunun əvəzində də Fransa İngiltərəyə 225 min sterlinq verməyi qəbul etdi. Həm də Fransa Münster və Kölnlə də razılaşma imzaladı. Bunlara qarşı isə Hollandiya İspanya ilə ittifaq qurdu. 1672-ci ilin martında Fransa Holandiyaya müharibə elan etdi. Fransa bu zaman həm də İsveç ilə 1672-ci ilin aprelində saziş imzaladı. Bu razılaşmaya görə İsveç pulu verilmək şərti ilə Holandiyaya hücm etməli idi. Ordunun başında XIV Louis, Conde şəhzadısi və Mareşal Turenn dururdu. Ümumiyyətlə bu il Hollandiyada "Rampjaar"(fəlakət ili) adlanırdı. Amsterdam su anbarın açmaqla bu işğaldan xilas oldu lakin 1672-ci ilin iyununda sülh ətklif etdi. XIV Louis bu təklifi rədd etdi. Holland hökmətində böhran yaşandı. De Vitt həmin ildə istefa verdi və öldürüldü.
Ondan sonra dövlətin başına 22 yaşlı III Villiam gəldi. O idarəyə gələn kimi Fransaya qarşı diplomatik danışıqlara başladı.1673-cü ildən Avstriya və İspanya Hollandiya tərəfinə keçdilər. Eləhəmin ildən də Fransa öz torpaqlarını müdafiə etməli oldu. Bu zaman Fransanın qalan tək yaxşı müttəfiqi olan İngiltərə də dala çəkilməli oldu. Beləki İngiltərə hökməti II Çarlzın əhalisi protestant olan Hollandiyaya qarşı vuruşmasını da istəmirdi. İngiltərə və Hollandiya arasında 1673-cü ilin fevralında Westminster sazişi imzalandı. Bununlada İngiltərə müharibədən çıxdı. Bu zaman həm də Fransanın daxilində problem yarandı. Müharibədən əvvəl gəlirlər gedən puldan çox idi lakin müharibə zamanı vəziyyət dəyişmişdi. Ölkədə həm də kəndli üsyanları olurdu. Beləliklə 1678-ci ildə Holllandiyada, Fransa da və İspanyada sülh bağlamaq istəyirdi.1678-ci il 10 avqustda Hollandiya ilə,1678-ci ilin sentiyabrın 17-sində İspanya ilə və 1679-cu ilin 5 fevralında müqavilələr imzaladı . Bu üç müqavilə sonradan " Nijmegen razılaşması" adlandı. XIV Louisin Papa ilədə arası yaxşı deyildi. Kral 1681-ci ildə rahiblər məclisini yığdı. Məclis Papanın əleyhinə qərar qəbul etdi. Lakin XII İnnokendinin gəlməsi ilə Kral və papa arasında münasibətlər yaxşılaşdı. Kral Rahiblər Məclisinin qararını ləğv etdi. Onun ən son İspanlarla girdiyi müharibə ölkə büdcəsini iflasa uğratdı. Hətta o xələfinə deyirdi "müharibə etməyi həddindən çox lap çox sevdim"
Mənbə
redaktə- Anselme de Sainte-Marie, Père. Histoire généalogique et chronologique de la maison royale de France [Genealogical and chronological history of the royal house of France] (fransız). 1 (3rd). Paris: La compagnie des libraires. 1726.
- Ashley, Maurice P. Louis XIV And The Greatness Of France (1965) excerpt and text search
- Beik, William. Louis XIV and Absolutism: A Brief Study with Documents (2000) excerpt and text search
- Bély, Lucien. The History of France. Paris: Editions Jean-Paul Gisserot. 2001. ISBN 978-2-87747-563-1.
- Bluche, François, Louis XIV, (Franklin Watts, 1990) ISBN 0531151123
- Bryant, Mark. Partner, Matriarch, and Minister: Mme de Maintenon of France, Clandestine Consort, 1680-1715 // Campbell Orr, Clarissa (redaktor). Queenship in Europe 1660-1815: The Role of the Consort. Cambridge University Press. 2004. 77–106. ISBN 978-0-521-81422-5.
- Buckley, Veronica. Madame de Maintenon: The Secret Wife of Louis XIV. London: Bloomsbury, 2008. ISBN 9780747580980
- Wolf Burchard: "The Sovereign Artist: Charles Le Brun and the Image of Louis XIV", Paul Holberton Publishing, 2016, ISBN 1911300059
- Burke, Peter. The Fabrication of Louis XIV (1994) ISBN 0300051530
- Cambridge Modern History: Vol. 5 The Age Of Louis XIV (1908), old, solid articles by scholars; complete text online
- Cowart, Georgia J. The Triumph of Pleasure: Louis XIV and the Politics of Spectacle U of Chicago Press, 2008. ISBN 9780226116389
- Cronin, Vincent. Louis XIV. London: HarperCollins, 1996. ISBN 9781860460920
- Dunlop, Ian. Louis XIV (2000), 512pp excerpt and text search
- Engerand, Fernand, editor (1899). Inventaire des tableaux du Roy rédigé en 1709 et 1710 par Nicolas Bailly. Paris: Ernest Leroux. Copy at Gallica.
- Erlanger, Philippe, Louis XIV Praeger, 1970.
- Fraser, Antonia. Love and Louis XIV: The Women in the Life of the Sun King. London: Weidenfeld & Nicolson, 2006 (hardcover, ISBN 0-297-82997-1); New York: Nan A. Talese, 2006 (hardcover, ISBN 0-385-50984-7)
- Goubert, Pierre. Louis XIV and Twenty Million Frenchmen. social history from Annales School. 197. ISBN 978-0394717517.
- Hatton, Ragnhild Marie. Louis XIV and His World. New York: Putnam. 1972.
- Jones, Colin. The Great Nation: France from Louis XIV to Napoleon (1715–1799) (2002)
- Lewis, W. H. The Splendid Century: Life in the France of Louis XIV (1953) excerpt and text search; also online complete edition
- Le Roy Ladurie, Emmanuel. The Ancien Régime: A History of France 1610–1774 (1999), survey by leader of the Annales School excerpt and text search
- Lynn, John A. The Wars of Louis XIV, 1667–1714. New York: Longman. 1999.
- McCoy, Bernard J. "St. Vincent De Paul's Letters on Jansenism". The Catholic Historical Review. 27 (4). 1942: 442–449.
- Mitford, Nancy. The Sun King (1995), popular excerpt and text search
- Nolan, Cathal J. Wars of the Age of Louis XIV, 1650–1715: An Encyclopedia of Global Warfare and Civilization . (2008) 607pp; over 1000 entries; ISBN 978-0-313-33046-9
- Petitfils, Jean-Christian. Louis XIV (fransız). Paris: Perrin. 2002. OCLC 423881843.
- Shennan, J. H. Louis XIV (1993) online edition
- Sonnino, Paul. Prelude to the Fronde: The French Delegation at the Peace of Westphalia // Heinz Duchhardt, ed. (redaktor). Der Westfälische Friede: Diplomatie–Politische Zäsur–Kulturelles Umfeld–Rezeptionsgeschichte. München: Oldenberg Verlag GmbH. 1998. ISBN 3-486-56328-9. ([[:Category:|link]])[[Category:]]
- Thompson, Ian. The Sun King’s Garden: Louis XIV, André Le Nôtre And the Creation of the Gardens of Versailles. London: Bloomsbury Publishing, 2006 ISBN 1-58234-631-3
- Treasure, Geoffrey. Louis XIV (London, 2001). ISBN 0582279585
- Wilkinson, Rich. Louis XIV Routledge, 2007. ISBN 9780415358156
- Wolf, John B. Louis XIV. W.W. Norton & Company, Inc. 1968.
- Ranum, Orest, ed. The Century of Louis XIV (1972) documents; online
İstinadlar
redaktə- ↑ 1 2 Encyclopédie Larousse en ligne (fr.).
- ↑ 1 2 3 4 Erlanger P. Louis XIV // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 Louis XIV de France // RKDartists (nid.).
- ↑ 1 2 3 4 5 Kindred Britain.