Barbados
Barbados — Karib hövzəsidə yerləşən dövlət. Kiçik antil adaları qurupunda eyni adlı ada da yerləşir. Sahəsi 431 kvadrat kilometrdir. Əhalisi 290 min nəfərdir. Dövlət dili ingilis dilidir.
Barbados | |||||
---|---|---|---|---|---|
Barbados | |||||
| |||||
Pride and Industry, Гордост и усърдие, Tự hào và Công nghiệp, Brilliant Barbados, Barbados Wych | |||||
Rəsmi dili | İngilis | ||||
Paytaxt | Brictaun | ||||
Ən böyük şəhər | Brictaun- 122 min nəfər (2011-ci il) | ||||
İdarəetmə forması | Konstitusiya Monarxiyası | ||||
Sahəsi | Dünyada 199-cu | ||||
• Ümumi | 430 km² | ||||
• Su sahəsi (%) | çox az | ||||
Əhalisi | |||||
• Əhali | 288 min nəfər (181-ci) | ||||
• Siyahıyaalma (2.V.2010) | 277 821 nəf. | ||||
• Sıxlıq | 670 nəf./km² | ||||
• Ümumi | 4.843.800.000 $[1], 5.637.914.515 $[1] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 7 169 million dollar | ||||
Valyuta | Barbados dolları | ||||
İnternet domeni | .bb | ||||
ISO kodu | BB | ||||
BOK kodu | BAR | ||||
Telefon kodu | +1246 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Etimologiyası
Ölkəyə bu adı məşhur ispan tədqiqatçısı Pedro Kampos vermişdir. Tədqiqatçı bu torpağa ayaq basarkən burada olan çoxlu əncir ağacları onun diqqətini çəkmiş və o, ağacları formaca “saqqallı adamlar”a bənzətmişdir. Bu torpağı o “los – barbados” adlandırmışdır, bu da ispan dilindən tərcümədə “saqqallılar” deməkdir.
Tarix
Avropalılar Barbodos adasına gələnə qədər, ada da hind tayfalarından olan aravaklar və kariblər yaşayırdı. 1518-ci ildə adada olmuş ispanlar adanı Barbados adlandırmışdılar. Barabdos ispan dilində saqqal mənasını verir. 1605-ci ildə adaya gələn ingilislər 1625- ci ilə qədər ada da öz kaloniyalarını yaratmışdılar. 1628-ci ildə isə Barbadosun müasir paytaxtı olan Brictun şəhərinin əsası qoyulmuşdur. Şəkər qamışı plantasiyalarının salınması sürətlə artırdı. Kənd təsərüffatı işlərində çalışmaq üçün afrikadan xeyli sayda qul adaya gətirilmişdir. Tarixən Barbadosda müstəmləkə əlehinə üsyanlar olmuşdur. Lakin bu üsyanlar kor təbii təşkil edildiyindən heç biri uğur əldə edə bilməmişdir. 1838-ci ildə Barbadosda quldarlıq ləğv edildi. XX əsrin 30-cu illərində Barbadosda milli azadlıq hərəkatı güclənmişdir. İkinci dünya müharibəsindən sonra Barbodos adasına siyasi müstəqilik verilməsi məsələsi müzakirə edilirdi. Barbadosda müstəqillik uğurunda mübarizə aparan bir neçə təşkilat yaranmışdır. Böyük Britaniya adaya müstəqillik verilməsində maraqlı deyildi. Əvəzində Barbados Ali Müxtariyyəti adlı Böyük Britaniya tabeliyində olan qurumun yaradılmasını təklif edirdi. Bu məqsədlə 1958-ci ildə Barbados Vest Hind Federasiyasına daxil edildi. 1961-ci ildə Barbados özünü idarə hüququ alır, 1966-ci ilin noyabrın 30-u tarixində Barbadosun rəsmən müstəqil olduğu elan edildi. Bir aydan sonrada Barbados müstəqil ölkə kimi BMT-yə qəbul edildi.[2]
İqtisadiyyat
Becərilən torpağların 50%-ə qədəri şəkər qamışı əkinlərinə ayrılmışdır. Digər bitkilər - pambıq, maniok və meyvə-tərəvəz də becərilir. Turizm sferasında əmək qabiliyyətli əhalinin 1/3-i çalışır. Adada tapılan neft ölkənin energetika tələbatının 1/2-i təmin edir. 2010-cu ildə Barbadosda 1 037 million kWt-saat elektrik enerjisi istehsal edildi.
Demoqrafiya
Barbadosun 281,968 nəfər əhalisi var və regionda sayına görə 10-cu ada dövlətidir.
Dil
Ölkənin rəsmi dili ingilis dilidir və bu dil adanın müxtəlif dövlət idarələrində, ictimai yerlərində istifadə edilir. İstifadə britaniya ingilis lahçəsi kimi deyil.
Din
Əksər Afrika və Avropa mənşəli barbadoslular xristian (95%) dininə sitayiş edir və onlardan çoxu katolik məzhəbinə qullluq edirlər.
Mədəniyyət
Günümüzdə bu ölkənin adı çəkiləndə mütləq "Grammy" mükafatını qazanmış Rihanna yada düşür.
İstinadlar
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ Azərbaycan Sovet Ensiklopediyası II hissə 26-cı səhifə.