Go to the page content

Piylənmə həqiqətən xəstəlikdirmi?

Bir çox ekspert piylənməni xəstəlik kimi qəbul edir. Bu, bəziləri üçün təəccüb, digərləri üçün isə rahatlıq hissi doğurdu, xüsusilə piylənmədən əziyyət çəkənlər üçün. Bəs niyə piylənmə xəstəlikdir, sadəcə iradəsizlik və ya həyat tərzi nəticəsi deyil?  Cavabın bir hissəsi piylənmənin görünməyən faktorları ilə əlaqəlidir.

2018-ci ildə Londonda Ekspertlər qrupu piylənmənin xəstəlik olub-olmadığını müzakirə etmək üçün “Royal College of Physicians” (RCP) - nin iclasında iştirak edir. Dr. Endryu Qoddard diqqətlə dinləyir. Bundan cəmi bir neçə ay əvvəl o, RCP - nin 400 il ərzində ən gənc 121-ci prezindenti seçilmişdi.

Onun üçün həmin görüş əhəmiyyətli idi. Cünki bu, insanların piylənməyə baxışını və onun müalicəsini dəyişdirəcək ciddi bir məsələ idi. Görüşün sonunda ekspertlər piylənmənin xroniki xəstəlik olduğu qənaətinə gəldilər. Xroniki, lakin müalicə olunan və yalnız bizim genlərimiz deyil, həm də yaşadığımız müasir mühitin təsirinə məruz qalan xəstəlik.

"Piylənmə ilə bağlı stiqmanı aradan qaldırmaq hər kəsin sağlamlığı üçün vacibdir. Bu, insanın həyat tərzi seçimi deyil, daha çox fərdi qeyri-sağlamlıq xüsusiyyətlərin, genetik və sosial faktorların səbəb olduğu bir xəstəlikdir", - deyə doktor Endryu Qoddard bildirir.

Öz BKİ-nizi hesablayın

sm
ft
in
kq
st
lb

Sizin BKİ-niz:

__

Sizin çəki təsnifatınız:

__

@




A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.

Piylənmə haqqında elm

Həkim  Endryu Qoddardın komandası piylənməni müzakirə edən ilk komanda deyil. Dünya üzrə müxtəlif ekspertlərdən ibarət işçi qruplarının eyni nəticəyə gəlməsi mətbuatda qızğın müzakirələrə səbəb olub.

Geniş ictimaiyyət hələ də piylənməni çox yemək və az hərəkət etmək kimi sadə bir həyat tərzi olaraq görür.

Sadə dildə desək, alınan və xərclənən enerjinin disbalansı. Amma elmə əsaslansaq bu düzgün deyil.

Bunun səbəbini anlamaq üçün gəlin fərz edək. Bir xəstəlik təsəvvür edin ki:

  • İnsanları ürək-damar xəstəliyi, tip 2 diabet, yüksək qan təzyiqi, yüksək xolesterol, obstruktiv yuxu apnoyesi, bəzi xərçəng növləri, narahatlıq və depressiya kimi ciddi xəstəliklərin yüksək inkişaf və ya pisləşməsi riski qarşısında qoyur
  • Orqanizmin müalicələrə cavabını dəyişir. Əvvəllər təsir edən müalicə üsulları artıq təsir etmir
  • Gündəlik mühitimiz bu xəstəliyin daha çox artmasına səbəb olur
  • İnsanların həyat keyfiyyətinə təsir edir. Ancaq, bu xəstəliklə yaşayan insanlar nadir hallarda peşəkar tibbi yardıma müraciət edirlər, çünki, onlar hesab edirlər ki, bunların hamısının öhdəsindən özləri gəlməlidirlər.

Beləliklə, siz hələ də bu xəstəliyi ciddi tibbi problem hesab etmirsiniz?

"Hətta beş faiz arıqlama çəkiyə bağlı yüksək qan təzyiqi kimi bəzi ağırlaşmalar riskini azaltmaq üçün kifayətdir."

-Warkentin et al. Effects of weight loss on health-related quality of life: a systematic review and meta-analysis of randomized trials.

Daha sağlam olmaq üçün yeni ümid

Bu xəstəlik nə xəyali, nə də görünməzdir. Bu xəstəlik mövcuddur və piylənmə adlanır. Piylənmə ilə yaşayan insanlara hər gün - ictimai nəqliyyatda, geyim mağazalarında, parklarda, hətta sevdikləri ilə yemək zamanı bu xatırladılır. Amma bədən ölçüləri piylənmənin nisbətən az önəmli olan tərəfidir. Mühim aspektlər sizin görmədiklərinizdir.

Yaxşı xəbər odur ki, piylənmə müalicə olunan xəstəlikdir və onunla yaşayan insanlar hələ də öz sağlamlığını və rifahını yaxşılaşdıra bilərlər. Hətta beş faiz arıqlama çəkiyə bağlı yüksək qan təzyiqi kimi bəzi ağırlaşmalar riskini azaltmaq üçün kifayətdir.

 Amma çəkiyə nəzarətin sürətli həlləri yoxdur. Arıqlamaq və bu çəkini saxlamaq üçün piylənmədən əziyyət çəkən insanların müvafiq davamlı müalicə və qayğıya ehtiyacı var. Buna görə piylənməni bir xəstəlik kimi qəbul etmək və ən son elmi nailiyyətlərdən istifadə edərək müalicə etmək vacibdir.

Eyni müalicə yanaşması hər kəsə uyğun deyil

Bir çox insanlar ümumiyyətlə piylənmədən əziyyət çəksə də, onların fərdi müalicə planlarına ehtiyacı var. Hamımızın müxtəlif genləri, sağlamlığı, həyat tarixçələri, şəxsiyyəti və mühitləri var və hamımız eyni məqsədlərlə motivasiya olmuruq. Fərdi müalicə planı şəxsin ehtiyaclarını qarşılayacaq müxtəlif müalicə variantlarının birləşməsini tələb edir.

Daha çox tibb işçisi yardım üçün nəyin vacib olmasını anlayır

Daha çox tibb işçisi piylənmənin mürəkkəbliyini anlayır və yardım yollarını öyrənir. Eyni zamanda onların müalicə imkanları da artır və daim yenilənir. Bu gün buraya davranış terapiyası, qida əvəzediciləri və aşağı enerjili pəhrizlər, piylənmə əleyhinə dərmanlar və bariatrik cərrahiyyə daxildir. Onlar təkcə nə yediyinizə və nə qədər hərəkət etdiyinizə baxmırlar. Müasir piylənməyə nəzarət fərdi yemək rejimlərini (necə, nə vaxt və nə üçün yeyirsiniz), həmçinin əhval-ruhiyyə, yuxu, stress və fiziki fəaliyyət rejimlərini dərk etməyi nəzərdə tutur.

İsti̇nadlar
  • Royal College of Physicians. Obesity should be treated as a disease. Council Paper 2018.
  • Royal College of Physicians. RKP calls for treating obesity as a disease. RCP London News 2019.  https://www.rcplondon.ac.uk/news/rcp-calls-obesity-be-recognised-disease [Accessed June 2019]
  • European Medicines Agency. Draft guidance on the clinical evaluation of medicines for weight control, 2014..
  • Food and drug quality control department. Guidance for the weight management industry, 2007.
  • Heuer CA, McClure KJ & Puhl RM. Obesity stigma in online news: A visual content analysis. Journal of Medical Communications 2001; 16: 976-987.
  • Guh et al. Incidence of obesity and overweight-related comorbidities: A systematic review and meta-analysis. BMC Public Health 2009; 9:88.
  • Luppino et al. Depression and obesity: A meta-analysis of community-based studies. Archives of General Psychiatry 2010; 67:220-9.
  • Sumithran P & ProiettoJ. Body weight maintenance: Physiological basis of weight regain after weight loss. Clinical science 2013; 124: 231-241.
  • National Institutes of Health. Clinical guidelines for the detection, evaluation, and treatment of overweight and obesity in adults, 1988.
  • Rand K. et al. We need to help mentally, not with diet. A multilevel analysis of psychological, emotional, and social well-being in obesity. International Journal of Qualitative Research on Health and Wellbeing 2017; 12: 1-14.
  • Yumuk V and others. European guidelines for the control of obesity in adults. Obesity Facts 2015:8:402-424.
  • Warkentin et al. Effects of weight loss on health-related quality of life: a systematic review and meta-analysis of randomized trials. Obesity Reviews 2014; 15:169-82.
  • Berthoud H, Münzberg H, & Morrison, CD. Blaming the brain for obesity. Gastroenterology 2017; 152: 1728-1738.
  • Astrup A. Dietary treatment of overweight and obesity. Thomas A Wadden & George A Bray (eds.). Guidelines for the treatment of obesity. New York: Gilford Press 2018: 309-321.
  • Caterson ID et al. Gaps to fill: Discrepancies between perception, reality, and action in obesity. Diabetes Obesity Metab 2019; 21(8): 1914-1924

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib