Go to the page content

Hormonlar iştahamızı və qida davranışımızı necə idarə edir

Hormonlar, qan vasitəsilə hərəkət edərək iştahanıza nəzarət etməyə kömək edən kimyəvi daşıyıcılardır. Onların təsir mexanizmini anlamaqla biz çəkinin  tənzimlənməsinin fiziologiyasını aydınlaşdıra  bilərik. Bunun nəticəsində  bioloji proseslərə təsir edən müdaxilələrin nəyə görə piylənmənin effektiv müalicəsində vacib olduğunu anlaya bilərik.

Biz acmağımıza və ya yeməkdən sonra tox olmağımıza qərar vermirik, elə deyilmi? Biz sadəcə vaxtında bu hisslərdən birini yaşayırıq və sonra müvafiq hərəkətlərə başlayırıq.

Səhər sağlam qidalanmağa özümüzə söz verdiyimiz  halda, nə üçün günortadan sonra qəlyanaltı üçün yaşıl alma əvəzinə şokolad batonuna üstünlük verdiyimizi başa düşə bilmirik.

Beləliklə, yemək davranışımız və yemək seçimlərimiz tamamilə şüurlu nəzarətimizdə deyilsə və bəzən niyyətlərimizə zidd olursa, digər qüvvələr hansılardır, onlar necə işləyirlər və niyə tez-tez planlarımızı pozurlar?

Hormonlar bizi ac və ya tox hiss etdirirlər

"Enerji yaratmaq üçün yanacaq axtarmaq ehtiyacı bütün canlı orqanizmlərin biologiyasında mühim stimuldur: biz hamımız yaşamaq üçün qidaya ehtiyac duyuruq. Buna görə də təəccüblü deyil ki, orqanizmimizdə hormonların idarə etdiyi qida istehlakına nəzarət üçün belə mürəkkəb sistem mövcuddur", - Melburn Universitetinin tibb professoru Cozef Proyetto izah edir.

Belə görünür ki̇, hormonlar bizim qida davranışımızı və seçimlərimizi əlaqələndirən bədən və beyin arasında kimyəvi daşıyıcı rolunu oynayır.

Daha ətraflı

> Sizin beyniniz çəkinizin təhrikedici qüvvəsidir

Hormonlar bədənin enerji istehlakı və qorunmasına cavabdeh olan müxtəlif hissələrdə ifraz olunur, məsələn: bağırsaq (qidanı qəbul və həzm edir), yağ toxuması (enerjini  yağ şəklində saxlayır) və mədaltı vəzi (enerjinin saxlanmasında iştirak edən insulin hormonunu ifraz edir). 

"Enerji yaratmaq üçün yanacaq axtarmaq ehtiyacı bütün canlı orqanizmlərin biologiyasında mühim stimuldur: biz hamımız yaşamaq üçün qidaya ehtiyac duyuruq. Buna görə də təəccüblü deyil ki, orqanizmimizdə hormonların idarə etdiyi qida istehlakına nəzarət üçün belə mürəkkəb sistem mövcuddur".

-Professor Joseph Proietto, University of Melbourne

Bəzi hormonlar aclıq hissini stimullaşdırırlar (gəlin onları "aclıq hormonları" adlandıraq), digərləri isə özümüzü tox hiss etməyimizə kömək edirlər (gəlin onları "toxluq hormonları" adlandıraq).

Aşağıda iştahanın tənzimlənməsində iştirak edən hormonlar haqqında məlumat verilib. Burada orqanizm tərəfindən müxtəlif hormonların necə ifraz olunduğunu və onların iştahaya necə təsir etdiyini görə bilərsiniz.

Doyduqdan sonra mədə aclıq hormonunu daha az istehsal edərək və beyinə yemək yeməyi dayandırmaq üçün siqnal  göndərərək yemək istəyimizi azaldır. Eyni zamanda, toxluq hormonlarının səviyyəsi yeməkdən sonra artır və 30-60 dəqiqə sonra ən yüksək səviyyəyə çatır.

Aclıq və toxluq hormonlarından gələn siqnalların bu dinamik qarşılıqlı əlaqəsi beyinimizə göndərilərək yemək davranışımızı tənzimləməyə kömək edir. Digər hormonlar qrupu qida seçimlərimizi idarə edə və fiziki aclıq olmasa belə, bizi yeməyə həvəsləndirə bilər.

Arıqlama hormonlarımıza necə təsir göstərir

Görünür ki, arıqladığımız zaman hormon səviyyələri də dəyişir. Araşdırmalar zamanı müəyyən edilib ki, pəhrizlə arıqladıqda, yenidən kökəlməni təşviq edən hormonal dəyişikliklər baş verir.

Arıqladıqdan sonra toxluq hormonlarının səviyyəsi azalır və aclıq hormonlarının səviyyəsi yüksəlir. Bu dəyişikliklər aclığın davamlı artmasına, toxluq hissinin azalmasına və daha az kalori yandırılmasına səbəb olur. Bu dəyişikliklər üç ilə qədər davam edə bilər və demək olar ki, 10 nəfərdən 8-nin uzun perspektivdə itirilən çəkisini yenidən qazanmasına gətirib çıxara bilər.

Bu nəticələr göstərir ki, arıqlamadan sonra aclıq hissinin azaldılması insanlara öz yeni çəkilərini saxlamağa kömək edə bilər.

Arıqlamadan sonra toxluq  hormonlarının səviyyəsi azalır  və aclıq hormonlarının səviyyəsi  yüksəlir. Bu dəyişikliklər aclığın davamlı artmasına, toxluq hissinin azalmasına və daha az kalori yandırılmasına səbəb olur

-Hall KD & Kahan S., Maintenance of Lost Weight and Long-Term Management of Obesity

Hormonlarınızı tanıyın

Hormonlarımızı idarə edə bilməyəcəyimizi xatırlamaq vacibdir. Aclıq hiss etdikdə nə qədər istəməsək də, yemək yeməmək çox çətindir. Ancaq hormonlarımızın necə işlədiyini bilmək çəkimizə effektiv şəkildə nəzarət etmək üçün bizə hansı növ müdaxilələrin və strategiyaların lazım olduğunu anlamağa kömək edə bilər.

Öz BKİ-nizi hesablayın

sm
ft
in
kq
st
lb

Sizin BKİ-niz:

__

Sizin çəki təsnifatınız:

__

@




A link with your BMI result has been sent to the email address.
An error has occured. The email wasn't sent.
İsti̇nadlar
  • Proietto J. Chemical messengers: how hormones make us feel hungry and full. The Conversation 2015: https://theconversation.com/chemical-messengers-how-hormones-make-us-feel-hungry-and-full-35545 [Accessed July 2019].
  • Berthoud HR, Münzberg H, & Morrison CD. Blaming the Brain for Obesity: Integration of Hedonic and Homeostatic Mechanisms. Gastroenterology 2017; 152:1728–1738.
  • Hall KD & Kahan S. Maintenance of Lost Weight and Long-Term Management of Obesity. Med Clin N Am 2018; 102:183–197.
  • Purcell, K et al. The effect of rate of weight loss on long-term weight management: a randomized controlled trial. Lancet Diabetes Endocrinol 2014; 2:954-962.

ƏLAQƏLİ MƏQALƏLƏR

icbari-logo
Tabib