Ukrayna rusiyalı generalı partladıb
Çərşənbə axşamı günü səhər Rusiyalı general İqor Kirillov Moskvada partlayış nəticəsində həlak olub.
Ukrayna deyib ki, Kirilovu Ukraynanın Təhlükəsizlik Xidməti partladıb.
Kirillov Moskvada yaşadığı binadan çıxarkən elektrik skuterinə yerləşdirilmiş partlayıcının partlaması nəticəsində ölüb, Rusiya rəsmiləri bildirib.
Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Mühafizə qoşunlarının rəhbəri olan Kirillovu Qərb Ukraynada döyüş meydanında kimyəvi silahdan istifadəyə nəzarətdə ittiham edirdi.
Kirillov müharibənin əvvəlindən Ukrayna və Qərbə yönəlmiş və heç biri fakta əsaslanmayan bir sıra iddialarla şöhrət qazanıb.
Rusiya hökumətinin dəstəkçiləri onun ölümünü zərbə hesab edir. Bu, həm də Ukraynanın Moskvada yüksək profilli məmurları hədəfə ala bilməsinin sübutu kimi qiymətləndirilir.
Videoya YouTube kanalımızda baxın.