BBC News, Azərbaycanca - Xəbərlər
Digər xəbərlər
AZAL-ın Bakı-Qroznı sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb
Bu gün AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Video, Paşinyan Qarabağla bağlı: "Mən çox böyük bir səhv etmişəm"
1994-cü ildən bəri, yəni atəşkəsdən sonra danışıqlar prosesi Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olub. Bunu Ermənistanın Baş naziri Nikol Pashinyan sosial media hesabında yazıb. O bildirib ki, 1994-cü ildən bəri, atəşkəsdən sonra danışıqlar prosesinin başqa heç bir məzmunu olmayıb.
Video, Azərbaycan və ABŞ arasında "xoxan" davası
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ın Azərbaycandakı səfirliyini media azadlığına dözümsüzlükdə ittiham edib. Səfirlik sosial media hesabında yazıb ki, son vaxtlar "uydurma ABŞ xoxanlarına qarşı məktəb həyətindəki dalaşqanlara xas sözlər işlədilir".
Video, Həbsdə olan Akif Qurbanova Nərgiz mükafatı verilib
Nərgiz mükafatı 2015-ci ildən bəri hər il Azərbaycanın demokratikləşməsi naminə mübarizə aparan şəxslərə verilir.
Video, İlham Əliyev: Ermənistanla 15 maddə razılaşdırmışıq, 2-si qalıb
İlham Əliyev Rusiya mediasına müsahibəsində Azərbaycanla Ermənistanın sülh sazişi layihəsindən, Ermənistanın silahlandırılmasından danışıb. O həmçinin razılaşdırılmayan iki maddənin nədən ibarət olduğunu da açıqlayıb.
Azərbaycanlı fəallar niyə Gürcüstandan sığınacaq istəyir? Gürcüstan niyə rədd edir?
"Mənə ən çox təsir edən, bizə yaşadılanların övladlarımıza vurduğu zərbədir. Amma mübarizəmi dayandırmayacam. Ölsək də sonadək gedəcəm. Qoy hər kəs bir ailənin necə məhv olduğunu görsün!"
Video, İlham Əliyev: "Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac yoxdur"
Azərbaycan Prezidenti İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb.
Video, Azərbaycan həbsxanalarındakı separatçı liderlərin işi məhkəməyə göndərilib
Azərbaycan Baş Prokurorluğu bildirib ki, Qarabağda 1987-ci ildən bəri törədilmiş cinayətlərə görə 15 erməni məhbusun işi məhkəməyə göndərilib. İstintaq orqanı saxlanılanların hüquqlarının təmin edildiyini və Ermənistan tərəfinə əməkdaşlıq üçün müraciət etdiyini bildirib.
Video, Ukrayna rusiyalı generalı partladıb
Rusiya ordusunun general-leytenantı İqor Kirillov Moskvadakı yaşayış binasının girişində olan zaman elektrik skuterində gizlədilən partlayıcı işə düşüb. Kirillovu öldürən bomba uzaqdan idarə edilib, Rusiya mediası yazıb.
Təhlil
Video və audio
Dərgi
Azərbaycanın Aşıq Qəribi haqqında filmi azərbaycanca çəkən erməni rejissor: Sovet film dahisi Paracanovun 100 yaşı tamam olur
Sovet rəsmiləri tərəfindən rədd edilmiş, homoseksuallığa görə həbsə atılmış, qeyri-adi şedevr filmlərin dahisi, gözəl kinorejissor Sergey Paracanov 100 il əvvəl Tbilisidə anadan olub.
Azərbaycanda keçirilən COP29 nədir, xərcini kim çəkir, kimlər gəlib? 10 suala cavabda
COP29-un Bakıda keçirilməsinə on gündən az vaxt qalıb. BBC Azərbaycanca BMT-nin İqlim Dəyişikliyi üzrə Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 tədbiri nədir, necə keçirilir, kimlər qatılır, xərcini kim çəkir kimi suallara cavab tapmağa çalışıb.
Ruben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri
Ruben Vardanyan Qarabağda dövlət naziri vəzifəsini tutdu. Bir il sonra Azərbaycan Qarabağı geri aldı, Vardanyanın özü isə Azərbaycan hakimiyyəti tərəfindən həbs edildi. O vaxtdan bəri onun haqqında, demək olar ki, heç bir məlumat yoxdur - heç kim onun məhkəməsinin başlayacağı tarixi belə bilmir.
Azərbaycanda yayılan qızılca nədir? 7 suala cavabda
“Qızılca, xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli xəstəlikdir. Heç bir müalicəsi yoxdur. Qızılcadan qorunmaq lazımdır və qızılcadan qorunmaq üçün peyvənd ən təsirli üsuldur", - həkimlər bildirir.
Azərbaycanda hansı peyvəndlər istifadə edilir? Peyvənd nədir? 12 izah
Bu yazıda qızılca, vərəm, meningit, polio, göyöskürək və digər xəstəliklərə qarşı peyvəndlər barədə məlumat ala bilərsiniz.
Bunları da oxuyun
Azərbaycanda iqtidar və müxalifətin bənzərliyi: Niyə nazirlər və partiya liderləri yalnız kişilərdir?
Azərbaycanda dövlət strukturlarında ən yüksək vəzifələrdə çalışan qadınlara nadir rast gəlinir, heç siyasi partiya sədrləri arasında da qadınlar yoxdur. BBC Azərbaycanca bunun səbəblərini araşdırıb.
Azərbaycanda həbsdəki jurnalistlərin ana və bacılarının təqaüd hesablarına niyə həbs qoyulub?
“AbzasMedia” və “Kanal13” işi üzrə həbs olunmuş jurnalistlərin bəzilərinin bütün ailə üzvlərinin hesablarına qoyulan həbslər qalmaqda davam edir. Ailələr “vəziyyətin gündən-günə çətinləşdiyini" bildirirlər. Hüquq müdafiəçiləri bunu "qisasçılıq", siyasi psixoloqlar isə "xof yaratmaq üçün mesaj" adlandırır. Ombudsman Aparatı BBC-yə məsələnin araşdırıldığını bildirib.
Ermənistan Rusiyadan nə qədər asılıdır?
Ermənistan “Rusiyanın onu silahla təmin etməməsi” və bura “sərmayə qoymaması”na görə yeni təhlükəsizlik tərəfdaşları və iqtisadiyyatın diversifikasiyası axtarışındadır. Ermənistan Qərblə əlaqələri daha da yaxşılaşdırmaq niyyətini gizlətməsə də, ölkənin bir çox sahəsi Rusiyadan asılıdır.
Azərbaycanda ərzaq inflyasiyası: Yemək hazırlanma xərcləri nə qədər artıb?
Azərbaycanda son illərdə ərzaq qiymətləri ardıcıl olaraq bahalaşıb, ərzaq inflyasiyası ötən il 21 faizə çatıb. Bəs, bu artım mətbəxə necə təsir edir? BBC News Azərbaycanca Azərbaycanda bəzi ənənəvi xörəklərin inqridiyentlərinin qiymətlərini hesablayıb və onun maya dəyərini əvvəlki illərlə müqayisə edib.