Academia.eduAcademia.edu

HAARP Texnologiyası

HAARP Texnologiyası (HAARP-High Frequency Active Auroral Research Program-Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) Səma Kərimova Avqust, 2017 HAARP TEXNOLOGIYASI "1 Müasir dövrdә baş verәn müharibәlәr bir әsr öncәsinә vә bir sıra xüsusiyyәtlәrinә görә fәrqlәnir. İlk öncә qeyd etmәk lazımdır ki, müharibәlәrdә itkilәrin sayının azalmasına baxmayaraq hәdәflәr mülki әhaliyә tәrәf istiqamәtlәnmişdir. Hazırda müasir müharibә/münaqişәlәrin әsas dәyişmiş xüsusiyyәti onun aparılma vasitәlәridir. Belә ki, bu sahәdә texniki amillәr inkişaf etdirilmiş vә daha tәkmillәşdirilmiş texnoloji silahlardan istifadә olunmağa başlanmışdır. Buda onu göstәrirki, istiqamәtlәnәn hәdәfin kәmiyyәtindәn asılı olmayaraq onu mәhv etmәk çox daha sadә hal almışdır. Bu gün böyük güclәrin sadalanan vasitәlәrdәn istifadә etmәk imkanı mövcuddur. Onlarla yanaşı hәmçinin bәzi hallarda bir sıra digәr transmilli aktorların da bu vasitәlәrdәn istifadә etmәk şansı yaranır vә ya yaradılır. Bu isә onları daha tәhlükәli hala gәtirib çıxarır. " " " Sözü gedәn yüksәk inkişaf etmiş texnologiyalardan biri dә HAARP texnologiyasıdır. Bu gün HAARP-ı silah adlandırmaq bir mәnalı şәkildә düzgün deyil. Çünki HAARP yaradıcıları tәrәfindәn kütlәyә silah olaraq deyil araşdırma proqramı olaraq tәqdim edilib. Aydındırki, cәmiyyәtә vә әtraf mühitә aşırı dәrәcәdә zәrәr verәn istәnilәn silahlarla yanaşı hәyata keçirilmәsi planlanan layihәlәr dә daxil olmaqla qarşısı alınır. Bununla bağlı konfranslar keçirilmiş, konvensiyalar vә çәrçivә sәnәdlәri qәbul edilmişdir. Lakin onların hansı dәrәcәdә qarşısının alındığı şübhәlidir. Bugün araşdırma proqramı olaraq tanıdılan HAARP cәmiyyәti tәhdid edә vә dünyanı qorxuya sala bilәcәk bir gücә sahibdir. HAARP-in nә olduğunu, necә işlәdiyini vә daha çox hansı ölkәlәr tәrәfindәn necә istifadә olunduğunu öyrәnmәk üçün onun meydana gәlmәsinә hәrtәrәfli baxış keçirәk. HAARP TEXNOLOGIYASI "2 HAARP-Yüksәktezlikli Aktiv Avroral Araşdırma Proqramı İonosfer qatında araşdırmalar aparmaq üçün yaradılan bir sistemdir (İonosfer qatı Mezosfer vә Termosfer qatlarını әhatә edir. (40 km - 700 km; 50 km - 800 km)). Bu sistem Amerikan Hava Qüvvәlәri, Hәrbi Dәniz Qüvvәlәri vә Alyaska Universiteti tәrәfindәn maaliyyәlәşdirilir. Layihәnin 30 milyon ABŞ dollarına yaxın bir büdcәsi mövcuddur. Sistem Alyaska bölgәsindә AHQ - yә mәxsus bir әrazidә qurulmuşdur. Burada 21 metr hündürlüyündә 180 әdәd antena mövcuddur. Bu sistemin sırf Alyaskada qurulmasının müәyyәn sәbәblәri var. İlk öncә qeyd etmәk lazımdırki Alyaska dünyadaki elektromaqnit qurşaqlarının özәl bir kәsişmә nöqtәsindә yerlәşir. Buranın kordinatları onu göstәrirki, әrazi dünyanın elektromaqnit sahәlәrinә müdaxilә edilә bilәcәk әn mәqsәdә uyğun әrazisidir. İkinci sәbәb isә bu bölgәnin insanlardan uzaqda yerlәşmәsidir. HAARP araşdırma proqramı olmaqla yanaşı eyni zamanda bir növ elektromaqnit silah olaraq dünyanın әn böyük vә әn güclü radio ötürücüsünün istehsalını nәzәrdә tutan bir layihәdir. Ümumi olaraq elektromaqnit silahlar radio dalğalanmalarından istifadә edәrәk hәdәf aldığı bölgәdә bütün elektronik sistemlәri mәhv edir. Elektomaqnit silahlarla bağlı layihә ilk dәfә 1856-cı ildә Avstriyada dünyaya gәlәn vә Praqa Universitetindә tәhsil alaraq bir çox layihәyә imza atan Nikola Tesla tәrәfindәn düşünülmüş lakin hәyata keçirilә bilmәmişdir. 1943-cü ildә ürәk çatışmazlığından dünyasını dәyişdikdәn sonra Teslanın bütün çalışmaları vә layihәlәri ABŞ hökumәti tәrәfindәn әlә keçirilmişdir. 1945-1963-cü illәr arasında ABŞ hökumәti Atmosferin 30 km yuxarısında (Stratosfer qatında) bir çox nüvә sınaqları hәyata keçirmişdir. Bu sınaqların birindә partlayışa sәbәbiyyәt verәn qamma işıqlarının 1200 km uzaqlıqdaki radio stansiyalarına vurduğu zәrәri gördükdәn sonra bu sahәdә daha çox çalışmalar hәyata keçirmәyә başlamışdır. Eyni zamanda bu sınaqlar әrzindә 1958-ci ildә ABŞ Atmosferin bir parçası olan vә kainatdan yerә doğru gәlәn proton, elektron vә alfa parçalarını tutaraq dünyanı qoruyan “Van Allen Belt”-i (Van Allen Kәmәri) aşkarlamışdır. ABŞ bundan sonra 1961-ci ildә İonosfer qatında telekomumikasiya qalxanı yaratmağı hәdәflәyirdi. Bu qalxanın yaradılmasının әsas sәbәbi baş verә bilәcәk ehtimal maqnit fırtınalarının vә günәş şüalarının telekomunikasiyaya HAARP TEXNOLOGIYASI "3 verdiyi zәrәr idi. 1962-ci ilә qәdәr ABŞ-ın bu sahә ilә bağlı hәyata keçirdiyi bir çox layihәsi uğurlu olarkәn, hәmin ildә Pentagon tәrәfindәn layihәlәşdirilәn “Starfish Project” İonosferә zәrәr verdiyi üçün dayandırıldı. Ümumi olaraq isә 90-cı illәrә qәdәr ABŞ tәrәfindәn İonosferlә bağlı bir çox tәcrübә hәyata keçirildi. Keçirilәn tәcrübәlәr sözdә İonosfer qatının mühafizәsini nәzәrdә tuturdu amma, ABŞ özü dә fәrqindә olaraqdan ionosferә böyük zәrәrlәr vurdu. Hazırda isә HAARP ABŞ-ın keçәn әsrdә İonosferlә bağlı keçirdiyi tәcrübәlәrin çağdaş davamçısı vә “Star Wars” proqramının bir parçasıdır. HAARP bir sıra dövlәtlәr arasında baş verәn müharibәlәrdә dә istifadә olunmuş, hәmçinin münaqişә sәbәbi belә olmuşdur. Hәlә 90-cı illәrdә ABŞ İonosfer qatında hәyata keçirdiyi tәcrübәlәr zamanı әldә etdiyi imkanlardan yaxşı istifadә edәrәk, Körfәz müharibәsi zamanı İraqda ümumi xәbәrlәşmә sisteminin 95%-ni dondurmuşdur. Amerikada isә әksinә bütün sistem olduğundan daha yaxşı fәaliyyәt göstәrmişdir. Başqa bir nümunә isә Türkiyә vә Suriya arasında yaranmışdır. Türkiyә 2012-ci ildә Suriyadan qalxan tәyyarrәni Ankara Esenboğa Hava Limanına endirmişdir. Bunun sәbәbi hәmin tәyyarәdә Rusiyaya mәxsus HAARP layihәsinin bir qolu olan Sura layihәsi üçün müdafiә sisteminin bir parçasının daşınması idi. Bu mәlumat nә Suriya nә dә Rusiya hökumәtlәri tәrәfindәn tәsdiq edilmәmәklә yanaşı inkar da edilmәdi. Göründüyü kimi HAARP layihәsi ilә sadәcә ABŞ mәşğul olmamışdır. Hәtta bu layihә ilә ilk dәfә Nikola Tesladan sonra ABŞ - la yanaşı SSRİ-dә müәyyәn tәcrübәlәr hәyata keçirmişdir. SSRİ-in HAARP qolu Sura layihәsidir. SSRİ 70-ci illәrdәn başlayaraq layihә ilә yaxından maraqlanmışdır. 1986-ci ilә qәdәr hәyata keçirdiyi uğurlu tәcrübәlәr hәmin ildә Çernobıl faciәsinin baş vermәsindәn sonra bir müddәt tәcrübәlәrinә ara vermәk mәcburiyyәtindә qalmışdır. Çünki Sura layihәsinin yerlәşdiyi әrazi faciәnin baş verdiyi әrazidәn sadәcә olaraq 50 km aralıda yerlәşirdi. Bu isә onun qapadilmasına gәtirib çıxardı. Bәzi mәnbәlәrә görә Amerika hökumәtinin Sura layihәsinin iflasa uğradılmasında rolu olmuşdur. Eyni zamanda Çernobılla yanaşı SSRİ-in bu layihәyә ara vermәsindәki әsas sәbәblәrdәn bir digәri dә onun çökmәsi idi. SSRİ süqut etdikdәn sonra maaliyyә problemi ilә üzlәşdiyi üçün yeni layihәlәr hәyata keçirә bilmәdi. Lakin bәzi mәnbәlәrdәn әldә olunan mәlumatlara görә Rusiyanın Sura layihәsi fәaliyyәt HAARP TEXNOLOGIYASI "4 göstәrmir demәsinә baxmayaraq, layihә 2006-cı ildәn yenidәn fәaliyyәtә başlamışdır. HAARP layihәsindә әsas rolu ilk әvvәl Amerikan şirkәti olan ARCO oynayırdı. Daha sonra isә layihә bir sıra digәr şirkәtlәr tәrәfindәn satın alındı (ESystems; Raytheon). Rәsmi olaraq layihәnin әsas mәqsәdlәrinә Atmosferdәki termonüvә vasitәlәrinin elektromaqnit vuruşlarını dәyişdirmәk, radar sistemlәrini daha da yaxşı inkişaf etdirmәk, әn dәrin qatlarına qәdәr torpağı araşdırmaq, geniş әrazilәrdә ehtimal neft yataqlarını tәsbit etmәk, ehtimal hava hücumlarının anında qarşısının alınması vә s. aiddir. HAARP-ı dәstәklәyәn dövlәtlәr, әlәlxüsus alimlәr HAARP-ın sırf bu mәqsәdlәrlә yarandığını qeyd edirlәr. Lakin aydındırki, layihәnin bir çox tәnqidçisi dә mövcuddur. Bu tәnqidçilәrdәn әn mәhşuru Prof. Dr. G. J. MacDonalddır. Amerikalı professora görә HAARP layihәsindә istifadә olunan elektromaqnit texnologiyasının gücü daha da artığını edә bilәr. Belә ki, HAARP iqlimlәri dәyişdirә bilәr, Ozon tәbәqәsinә tәsir edә bilәr , zәlzәlә vә tsunami kimi tәbii fәlakәtlәri yarada bilәr, insan beyninә nәzarәt edә bilәr, suni termonüvә partlayışları meydana gәtirә bilәr vә s. Bütün tәnqidlәrә qarşı olaraq ABŞ hökumәti irәli sürәcәyi “Spacecast 2020” layihәsinin tәqdimatında “Әtraf mühiti dәyişdirmәk tәhdidi ilә başqa bir ölkәni mәhv etmәk yada zәrәr vermәk qadağandır” açıqlamasını vermişdir. Әslindә isә HAARP düşünülәn qәdәr gizli bir layihә deyil. Çünki nә ABŞ hökumәti nә dә Pentagon onun mövcudluğunu inkar etmir. Lakin bәzi hallarda layihә barәsindә yayılan mәlumatların yox edilmәsi onun nә dәrәcә aşkar oluğunu şübhә altına salır. HAARP-a qarşı tәnqidlәr isә antinüvә aktivisti olan Denny Spech-in Nexus jurnalına yazdığı mәqalәdәn sonra meydana gәlmәyә başladı. Aparılan başqa bir araşdırma nәticәsindә mәlum olmuşdurki layihә daxilinәdә qurulan sistem insan beynini manipulyasiya edәrәk zehni hәrәkәt istiqamәtini dәyişmә gücünә sahibdir. 2010-cu il aprel ayında içәrisindә Polşa prezidenti Kaçinsiki dә dcxil olmaqla bir sıra nüfuzlu şәxslәrin olduğu Rus TU 154 tәyyarәsi yüksәk surәtlә yerә çırpılmışdır. Pilotla әlaqәnin yaradılmasına baxmayaraq onun әmrlәrә әhәmiyyәt vermәmәsi HAARP texnologiyasından istifadә ilә bağlı şübhә yaratmışdır. HAARP TEXNOLOGIYASI "5 Hal hazırda dünyanın birçox bölgәsindә HAARP qurğuları fәaliyyәt göstәrir. onlardan әn mәhşurları aşağıdakilardır: 1. Amerika Birlәşmiş Ştatları 2. Puerto Riko HAARP TEXNOLOGIYASI "6 3. Texas 4. Rusiya HAARP TEXNOLOGIYASI "7 5. Avstraliya - Fransa ortaq qurğusu 6. Çin Xalq Respublikası HAARP TEXNOLOGIYASI "8 Son araşdırmalar nәticәsindә aydın olmuşdur ki, HAARP texnologiyası qeyd olunduğu kimi sadәcә geniş әrazilәrdә araşdırmalar aparmaq, yeni neft yataqları aşkarlamaq ehtimal hava zәrbәlәrinin qarşısını almaq, mövcud tәbii fәlakәtlәrin gücünü zәiflәtmәk vә s. kimi bacarıqlardan başqa hәmdә iqlimlәri dәyişdirmәk, suni tәbii fәlakәt effekti yaratmaq, insan beyninә nәzarәt etmәk, Ozon tәbәqәsinә tәsir göstәrmәk vә s. kimi xüsusiyyәtlәrә dә sahib güclü bir texnologiyadır. Bir digәr maraqlı mәqam isә HAARP texnologiyasının necә suni tәbii fәlakәt effekti yaratmasıdır. Belә ki, HAARP LEF dalğa tezliklәrini İonosfer qatına göndәrmәklә hәmin dalğaları xüsusi qurğularla dünyaya әks etdirir. Bu şüalar torpağın vә okeanın dәrinliklәrindәn keçir. ELF dalğaları qәsdli vә ya bilmәyәrәkdәn hәr hansı bir fay xәttinә yönlәndirilәrsә qorxunc zәlzәlәlәr meydana gәlә bilәr. HAARP-n İonosferdә istifadә edilәn tezlik aralığı 2.8 - 10 MhZdir. Sistemin 1 saat boyunca çalışdırılması vәziyyәtindә Hiroşimaya atılan atom bombası qәdәr enerji ortaya çıxa bilәr. Buda onun nә dәrәcә tәhlükәli olduğunu bir daha sübut etmiş olur. HAARP TEXNOLOGIYASI "9 İstifadə olunmuş ədəbiyyat siyahısı: 1. www.gi.alaska.edu/haarp/faq 2. www.bluebox.bbs.tr 3. www.globalresearch.ca/haarp-secret-weapon-used-forweather-modification-electromagnetic-warfare 4. www.geoengineeringwatch.org 5. www.documentarytube.com/articles/haarp--weapon-or-aweather-research-program 6. www.alachuacounty.us HAARP TEXNOLOGIYASI "10