Роль азербайджанцев в этническом разнообразии Греции и деятельность греко-азербайджанского общества дружбы "GALA" / Yunanıstanın etnik müxtəlifliyində azərbaycanlıların rolu və "Qala" Yunanıstan-Azərbaycan dostluq cəmiyyətinin fəaliyyəti, May 6, 2019
2019-cu il mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və... more 2019-cu il mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda II beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Ümummilli Liderin anadan olmasının 96-cı ildönümünə həsr olunan konfrans ADU-nun və Yeni Azərbaycan Partiyasının (YAP) birgə təşkilatçılığı ilə reallaşıb.
Mərasim iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstü önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Tədbiri giriş sözü ilə açan rektor Kamal Abdulla konfrans haqqında məlumat verib. O bildirib ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliğ etməkdir. Rektor xatırladıb ki, Ulu Öndərin anadan olmasının 95 illiyi münasibətilə ötən il təşkil olunan eyniadlı birinci konfrans dünyanın 11 ölkəsinin 14 universitetində keçirilib. Belə ki, konfransın açılış və bağlanışı ADU-da, bölmə iclasları isə müxtəlif ölkələrin universitetlərində təşkil edilib. Konfransın əhatə dairəsinin genişliyi sayəsində yüksək nəticələr əldə olunub.
Kamal Abdulla nəzərə çatdırıb ki, bu il də konfransın açılış və bağlanış mərasimi universitetdə keçirilir. Həmçinin konfrans bu il bölmə iclaslarını nüfuzlu elmi məkanlarla yanaşı, Cəbrayıl rayon 102 nömrəli tam orta məktəbində, N.Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində, Kəlbəcər rayon 1 nömrəli, Ağdam rayon 47 və 1 nömrəli, Xocavənd rayon Xocavənd kənd 1 nömrəli köçkün tam orta məktəblərində və Nardaran kənd 295 nömrəli məktəbdə keçirəcək. Bizim məqsədimiz bu məktəblərə ulu öndər Heydər Əliyevin ideallarını aparmaqla yanaşı, öz diqqət və qayğımızı da onlara göstərməkdir.
Rektor deyib: “Azərbaycan multikulturalizmi keşməkeşli uzun illərdən keçib gəlsə də, ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində multikulturalizmin siyasi əsası qoyulub. Multikultural dəyərlər, Azərbaycanda yaşayan xalqların dillərinin, ədəbiyyatlarının inkişaf etdirilməsi, öz ana dillərində təhsilalma hüquqları rəsmi sənədlərdə öz əksini tapıb. Əsası Ulu Öndər tərəfindən qoyulan multikultural siyasəti bu gün Prezident İlham Əliyev uğurla davam etdirir. O, Azərbaycan multikulturalizminin yeni modelini yaradıb. Bu model bizim multikulturalizmimizi bütün dünyada məşhur edib. Bu gün Azərbaycan multikulturalizmi Avropanın universitetlərində tədris olunur. Həmin universitetlərdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, Azərbaycan dəyərləri, yəni Azərbaycan həqiqətləri tədris olunur”.
Rektor konfrans iştirakçılarını açılış münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qeyd edib ki, Azərbaycanın dəyərli oğlu, ictimai xadim Heydər Əliyevə həsr olunan konfrans çox ciddi mövzunu əhatə edir. O deyib: “Heydər Əliyevlə təkcə Azərbaycan deyil, bütün türk dünyası fəxr edir. Azərbaycanın yaxın keçmişinə nəzər salsaq görərik ki, Heydər Əliyev istər SSRİ dövründə, istərsə də müstəqillik illərində Azərbaycan tarixində mühüm rol oynayıb. Təbii ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasında onun rolu əvəzedilməzdir və böyükdür. Bugünkü multikulturalizm mövzusu Azərbaycan və dünya üçün çox vacibdir. Ölkəmizdə tarixi ənənələrə əsaslanan multikulturalizm siyasəti Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Azərbaycanda müxtəlif dillərdə danışan, ayrı-ayrı dini inancları olan millətlərin nümayəndələri bir dövlətin – müstəqil Azərbaycanın vətəndaşları kimi yaşayırlar”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı qeyd edib ki, milli müstəqil dövlətimizin, YAP-ın qurucusu Heydər Əliyevin bizə qoyub getdiyi irsi öyrənmək və onu gənc nəslə çatdırmaq borcumuzdur. Konfransın keçirilməsi bu baxımdan gözəl təşəbbüsdür. Çünki Ulu Öndərin apardığı siyasətdə tolerant və multikultural cəmiyyət qurmaq önəmli yer tuturdu.
Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova Azərbaycanda multikulturalizmin inkişafında və tolerant mühitin yaradılmasında Heydər Əliyevin xidmətlərindən danışıb. O deyib: “İnanıram ki, bu konfrans Ümummilli Liderin multikulturalizm sahəsində həyata keçirdiyi siyasətin, atdığı addımların gəncliyimizə, dünyaya çatdırılmasında mühüm rol oynayacaq”.
Açılış mərasimində Yasski Universitetinin slavistika kafedrasının dosenti Lyudmila Bejenaru, Belqrad Universitetinin professoru Ema Miljkovic (Petrovic), Ural Federal Universitetinin professoru Aleksandr Nesterov, İsrail səfirinin birinci müavini Avital Rozenberq, İndoneziyanın səfiri Hüsnan bəy Fanani, Fransa səfirinin mədəniyyət işləri üzrə müşaviri Yohan Şiterer, ADU-nun elmi işlər üzrə prorektoru, professor Sevinc Zeynalova çıxış ediblər.
Konfrans mayın 6-dan 8-dək “Heydər Əliyev və müasir Azərbaycan”, “Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm”, “Qloballaşan dünyada dinlərin və mədəniyyətlərin dialoqu”, “Müasir beynəlxalq münasibətlər və multikulturalizm” və “Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu” bölmələri ilə öz işini davam etdirəcək.
Uploads
Papers by Ilyas Huseynov
This article is about the impact of the global coronavirus pandemic on ecology and the environment. It should be noted that the impact of the coronavirus pandemic on ecology and the environment was strong. Currently, COVID-19 has drastically reduced CO2 emissions. In countries where the coronavirus is widespread, including China and Italy, the amount of pollutants emitted into the atmosphere is declining. The article also looks at the impact of the coronavirus on the environmental situation in Baku.
РЕЗЮМЕ
Эта статья посвящена влиянию глобальной пандемии коронавируса на экологию и окружающую среду. Следует отметить, что воздействие пандемии коронавируса на экологию и окружающую среду было сильным. В настоящее время COVID-19 значительно сократил выбросы CO2. В странах, где распространен коронавирус, включая Китай и Италию, количество загрязняющих веществ, выбрасываемых в атмосферу, уменьшается. В статье также рассматривается влияние коронавируса на экологическую ситуацию в Баку.
Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Konfransı giriş sözü ilə açan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı diqqətə çatdırıb ki, Qafqaz həssas siyasi duruma malik regiondur. Qafqaz, eyni zamanda, terror hadisələri, risklər və təhdidlərlə doludur. Regionda münaqişələrin öyrənilməsi davamlı olmalıdır.
Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun yarandığı qısa müddət ərzində bu sahədə apardığı işlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, alimlərimiz Qafqaz regionunun geosiyasətinə, region dövlətlərində cərəyan edən hadisələrə, ictimai-siyasi, iqtisadi proseslərə, bu ölkələrin qarşılıqlı münasibətlərinə, terrorizmə dair elmi tədqiqatlar aparıb, dəyərli əsərlər ortaya qoyublar. Müstəqil Azərbaycan dövləti Qafqazda sülhün, sabitliyin, multikulturalizmin bərqərar olması üçün ciddi addımlar atır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan “Şimal-Cənub” nəqliyyat dəhlizi bu düşünülmüş siyasətin daha da dərinləşməsinə xidmət edir.
O bildirib ki, konfrans Qafqazdakı problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından da əhəmiyyətlidir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova qeyd edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən maraqlandırır. Qafqazda terrorun tarixi uzundur. Bu gün Qafqazda terror Azərbaycan üçün daha aktualdır, çünki biz erməni terroru ilə dəfələrlə qarşılaşmışıq.
O bildirib ki, Qafqaz regionu həm də dünyanın strateji xəritəsində önəmli rola malikdir. Bu region dünyada balanslaşdırmanın qorunmasında əhəmiyyətli rol oynayır.
Nərgiz Axundova konfransın qarşısına qoyduğu məqsədə nail olacağına inandığını diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra professor Musa Qasımlı “1903-1904-cü illərdə erməni siyasi terror təşkilatlarının Cənubi Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə qarşı terroru (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib.
Akademik məruzəsində bildirib ki, Rusiya arxivlərində saxlanılan ən mötəbər mənbələrə görə, erməni siyasi terror təşkilatları yalnız azərbaycanlılara, türklərə və digər müsəlman xalqlarına qarşı deyil, Cənubi Qafqazda çar hakimiyyətinin rus və gürcü mənşəli nümayəndələrinə qarşı da törədiblər.
Musa Qasımlı vurğulayıb ki, erməni terror təşkilatlarının fəaliyyətində erməni kilsəsi mühüm rol oynayırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparırdı, kilsə pullarını istədiyi kimi xərcləyir, hərc-mərclik yaradırdı. Erməni kilsəsi erməni terror təşkilatları ilə sıx bağlı idi.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinlənilib və geniş müzakirələr aparılıb.
http://www.sivilizasiya.edu.az/images/pdf/Sivilizasiya-2019-III%20buraxl-min-sayfalar-72-156.pdf
Abstract
Current state and prospects of trade and economic relations between Azerbaijan and Greece
This article analyzes the current state and prospects of trade and economic relations between Azerbaijan and Greece, as well as the dynamics of development of trade and economic relations between the two countries after the proclamation of state independence of Azerbaijan. The great merits of the national leader of Azerbaijan Heydar Aliyev in establishing trade and economic relations between the two countries are explored, the results of state visits of President of the Republic of Azerbaijan Ilham Aliyev to Greece (2009, 2014), which played an important role in expanding bilateral trade and economic relations, are described in detail. Particular attention is paid to the fact that business forums between the countries have a positive impact on economic relations and trade turnover. In the article, information on imports, exports and general turnover in trade and economic relations between Azerbaijan and Greece for 2010-2018 is expressed in official figures. In recent years, a new stage of trade and economic cooperation between Azerbaijan and Greece has begun, and the energy sector is a key priority in bilateral trade and economic relations. In this regard, it should be noted that the choice of the TAP project, which will transport natural gas to Europe through Greece, will open up broad opportunities for cooperation in other sectors of the economy. Both sides are interested in developing cooperation in the auxiliary areas of energy sector, tourism, food industry, agriculture, construction, information technology, alternative energy sources and other areas. The bulk of trade turnover between two countries constitutes export of crude oil and natural gas from Azerbaijan. Main goods exported from Greece to Azerbaijan are paper products, pharmaceutics, pipes, aluminum profiles and furs. Cooperation in the energy sector serves as a driving force for bilateral trade and economic relations and creates tremendous opportunities for cooperation in the above-mentioned areas. Mutual visits on official and business level, economic forums, exhibitions and other types of events are regularly organized to explore the possibilities of bilateral cooperation opportunities in the non-oil sector. Greek-Azerbaijani Trade Chamber established in 2012 positively contributes to development of bilateral economic and trade relations and promotes direct contacts between the business circles of both countries. Greek-Azerbaijani Friendship and Cooperation Association established in June 2013 with headquarters in Thessaloniki serves for promotion of scientific, cultural and business cooperation based on mutual interest with particular focus to Northern Greece. Transportation of natural gas via the Trans-Adriatic gas pipeline from the Azerbaijani sector of the Caspian Sea to European markets through Greece will contribute to the growth and strengthening of the national economies of both countries and will play an important role in ensuring the energy security of the European Union.
Keywords: Greece, trade and economic relations, European Union, Trans Adriatic Pipeline, Southern Gas Corridor,diplomacy, energy security, TAP, Shah Deniz
Резюме
Текущее состояние и перспективы торгово-экономических отношений между Азербайджаном и Грецией
В данной статье анализируется современное состояние и перспективы торгово-экономических отношений между Азербайджаном и Грецией, а также динамика развития торгово-экономических отношений между двумя странами после провозглашения государственной независимости Азербайджана. Исследуется великие заслуги общенационального лидера Азербайджана Гейдара Алиева в установлении торгово-экономических связей между двумя странами, подробно описывается результаты государственных визитов Президента Азербайджанской Республики Ильхама Алиева в Грецию (2009, 2014), которые сыграли важную роль в расширении двусторонних торгово-экономических связей. Особое внимание уделяется тому, что деловые форумы между странами положительно влияют на экономические отношения и товарооборот. В статье информация об импорте, экспорте и общем товарообороте в торгово-экономических отношениях между Азербайджаном и Грецией за 2010-2018 годы выражена в официальных цифрах. В последние годы начался новый этап торгово-экономического сотрудничества между Азербайджаном и Грецией, и энергетический сектор является ключевым приоритетом в двусторонних торгово-экономических отношениях. В этой связи нужно отметить, что выбор проекта TAP, который будет транспортировать природный газ в Европу через Грецию, откроет широкие возможности для сотрудничества в других сферах экономики. Обе стороны заинтересованы в развитии сотрудничества во вспомогательных сферах энергетики, сельского хозяйства, пищевой промышленности, строительства, туризма, информационных технологий, альтернативных источников энергии и других областях. Основную часть товарооборота между двумя странами составляет экспорт сырой нефти и природного газа из Азербайджана. Основными товарами, экспортируемыми из Греции в Азербайджан, являются бумажная продукция, фармацевтика, трубы, алюминиевые профили и меха. Сотрудничество в энергетической сфере служит локомотивом двусторонних торгово-экономических отношений и создает огромные возможности для сотрудничества в вышеупомянутых областях. Регулярно организуются взаимные визиты на официальном и деловом уровне, экономические форумы, выставки и другие виды мероприятий, чтобы изучить возможности двустороннего сотрудничества в ненефтяном секторе. Греко-азербайджанская торговая палата, созданная в 2012 году, вносит позитивный вклад в развитие двустороннего торгово-экономического сотрудничества и способствует прямым контактам между деловыми кругами обеих стран. Греко-азербайджанская ассоциация дружбы и сотрудничества, созданная в июне 2013 года со штаб-квартирой в Салониках, содействует развитию научного, культурного и делового сотрудничества на основе взаимного интереса с особым акцентом на Северную Грецию. Транспортировка природного газа по Трансадриатическому газопроводу из азербайджанского сектора Каспийского моря на европейские рынки через Грецию будет способствовать росту и укреплению национальных экономик обеих стран и будет играть важную роль в обеспечении энергетической безопасности Европейского Союза.
Ключевые слова: Греция, торгово-экономические отношения, Европейский Союз, Трансадриатический трубопровод, Южный газовый коридор, дипломатия, энергетическая безопасность, ТАП, Шах-Дениз
2019-cu il noyabrın 22-də Bakı Slavyan Universitetində (BSU) Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaranmasının 100 illiyinə həsr olunan “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda doktorant, magistrant və bakalavrların beynəlxalq elmi-praktik konfransı keçirilib.
Konfransda bir çox xarici ölkələrin - Çexiya, Rusiya, Türkmənistan, Qambiya Respublikası, Çin Xalq Respublikası və digər ölkələrin ali təhsil müəssisələrinin, eləcə də ölkəmizin ali məktəblərinin və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının təmsilçiləri iştirak ediblər. Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan rektor Nurlana Əliyeva konfransın keçirilməsinin BSU-nun beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı növbəti uğurlu addım olduğunu deyib. Konfransın mövzusunun aktuallığını diqqətə çatdıran rektor bildirib ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində xüsusi yer tutur. Bu mövzu yalnız müəllim və tələbələr üçün deyil, bütün Azərbaycan cəmiyyəti üçün olduqca vacibdir. Dünən Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü BSU-da yüksək səviyyədə qeyd olundu. 27 il bundan öncə Azərbaycan dünya miqyasında tanınmırdı. Müstəqil Azərbaycan Respublikası ulu öndər Heydər Əliyevin böyük dühası nəticəsində dünya birliyinin layiqli üzvünə çevrilib, ölkəmizin beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və mövqeyi var. Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsi dayanır. Tolerantlıq və multikulturalizm Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu gün ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın uzaqgörən və mütərəqqi fəaliyyətləri nəticəsində mədəniyyətlərarası, dinlərarası dialoq mərkəzinə çevrilib. Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, Qoşulmama Hərəkatına sədr seçilməsi və dünya miqyasında siyasi nüfuzunun artması Azərbaycan diplomatiyasının uğurudur.
Rektor çıxışında vurğulayıb ki, ölkəmizdə elm və təhsilin inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu da təbiidir, çünki elm və təhsil cəmiyyətin inkişafının hərəkətverici qüvvəsidir. Elm və təhsil, yüksəkixtisaslı kadrlar hər bir ölkənin davamlı sosial-iqtisadi, mədəni-intellektual yüksəlişinin əsas amilidir. Azərbaycanda aparılan təhsil islahatlarının miqyası genişlənir, yeni məzmun və forma kəsb edir, təhsil sistemimiz uğurla Avropa təhsil məkanına inteqrasiya edir. Azərbaycanlı gənclər dünyanın tanınmış, nüfuzlu və aparıcı universitetlərində ali təhsil alırlar. Rektor Nurlana Əliyeva çıxışının sonunda konfransın işinə uğurlar arzulayıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev konfrans iştirakçılarını Təhsil Nazirliyinin rəhbərliyi adından təbrik edib və konfransın keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.
Təhsil eksperti, professor Şahlar Əsgərov və professor Camal Mustafayev konfransın keçirilməsini yüksək qiymətləndiriblər və belə konfransların gənclərin intellekt səviyyəsinin yüksəlməsinə səmərəli təsir göstərdiyini qeyd ediblər.
Konfransın plenar iclasında BSU-nun tələbəsi Elnur Baharov, Həştərxan Dövlət Universitetinin tələbəsi Sabina Velsikaya, Karlov Universitetinin tələbəsi Yuliya Svetlova, Qambiya Respublikasının nümayəndəsi Musa Ceesay çıxış ediblər.
Konfrans öz işini “Azərbaycanın beynəlxalq münasibətlər tarixində Azərbaycan Xalq Cümhuriyyətinin yeri”, “Yeni dünya nizamı: XXI əsrin çağırışları”, “Azərbaycanın xarici siyasət konsepsiyası və diplomatik əlaqələrinin inkişafında Heydər Əliyev amili”, “İlham Əliyev dövlət başçısı və peşəkar diplomat kimi”, “Azərbaycanın diplomatik xidmət orqanlarının formalaşması və təkamülü prosesi”, “Mədəniyyətlərarası və dinlərarası dialoq mərkəzi–Azərbaycan”, “Azərbaycanın xarici ölkələrlə ikitərəfli və çoxtərəfli əlaqələri”, “Azərbaycan Respublikasında humanitar elmlərin aktual problemləri”, “Azərbaycanın görkəmli diplomatları tarixi mənbələrdə və bədii yaradıcılıqda” bölmələrində davam etdirib.
Bölmə iclaslarında ümumilikdə 209 məruzə dinlənilib.
Konfransın sonunda bölmə moderatorlarının hesabatları dinlənilib və müvafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, beynəlxalq elmi-praktik konfransın yüksək səviyyədə keçirilməsi üçün BSU-da universitetin rektoru, professor Nurlana Əliyevanın sədri olduğu 17 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb.
2018-ci il noyabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) doktorantların və gənc tədqiqatçıların XXII Respublika elmi konfransının açılış mərasimi keçirilib.
Konfrans çərçivəsində öncə ADPU-nun məzunları olmuş akademik Yusif Məmmədəliyevin, akademik Zahid Xəlilovun, akademik Həsən Abdullayevin adlarını daşıyan auditoriyaların açılış mərasimi keçirilib. Mərasimdə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə olimpiadaların qaliblərinə diplomlar təqdim edilib.
Konfransda təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, ali təhsil müəssisələrinin rəhbərləri, respublikanın tanınmış alimləri, doktorantlar və gənc tədqiqatçılar iştirak edib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun rektoru Cəfər Cəfərov açıb.
Təhsil naziri Ceyhun Bayramov elm, təhsil və innovasiyaların inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu deyib. Nazir ölkə Prezidentinin sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsinin doktorantların və gənc tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına, doktorantura təhsilinin beynəlxalq standartlar əsasında qurulmasına mühüm töhfə verəcəyini qeyd edib. Bildirilib ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində indiyədək 1534 nəfər magistraturada, 547 nəfər rezidenturada, 169 nəfər doktoranturada təhsil almaq hüququ qazanıb.
Gənclərin elmi fəaliyyətə daha fəal cəlb olunması istiqamətində davamlı addımların atılmasının zəruri olduğunu vurğulayan Ceyhun Bayramov qeyd edib ki, hazırda ölkə üzrə elmlər doktoru proqramlarında təhsil alanların 8 faizini (45 nəfər) 30 yaşa qədər olan gənclər, 29 faizini isə (163 nəfər) 40 yaşa qədər olanlar təşkil edir. Nazir dövlət dəstəyi sayəsində elmlə məşğul olan gənclərin sayının artırılmasının mümkün olacağına əminliyini bildirib.
Nazir bildirib ki, Təhsil Nazirliyinin “Clarivate Analytics” ilə əməkdaşlığı nəticəsində Azərbaycan 2017-ci il üzrə “Web of Science” elmi bazasında ilk dəfə nəşr aktivliyinin son 3 il üzrə artım dinamikasına görə regionda birinci yerə çıxıb. “Web of Science” elmi bazasında 2017-ci ildə Azərbaycandan 1160 elmi tədqiqat işi qeydə alınıb ki, bu da son 25 ildə ölkə üzrə nəşr sayında rekord göstərici hesab olunur.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında bildirib ki, gənclərin inkişafı, onların elmi fəaliyyətə cəlb edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Elçin Babayev ölkəmizdə insan resurslarının inkişafı, kadr hazırlığının yüksəldilməsi sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib.
Tədbirdə gənc doktorantlar müxtəlif mövzularda çıxış ediblər.
Açılış mərasimindən sonra konfrans öz işini 15 bölmədə davam etdirib.
Açar sözlər: parlamentlərarası münasibətlər, Yunanıstan, parlament, parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Milli Məclis, qanunvericilik hakimiyyəti, beynəlxalq münasibətlər
SUMMARY
This article is devoted to inter-parliamentary cooperation between Azerbaijan and Greece. The article analyzes the dynamics of the development of inter-parliamentary relations between the two countries, as well as provides information about the parliamentary diplomacy of Greece. This article pays special attention to the speeches of the presidents of Azerbaijan and Greece in the parliaments during mutual visits. The article provides information about the working groups operating in the parliaments of both countries. At the same time, the article stresses the importance of the work of inter-parliamentary working groups and the effectiveness of their mutual visits. Special attention is paid to the importance of reciprocal visits by inter-parliamentary working groups and parliamentarians for bilateral and international cooperation between Azerbaijan and Greece.
Keywords: inter-parliamentary relations, Greece, parliament, working group on inter-parliamentary relations, Milli Majlis, legislative power, international relations
РЕЗЮМЕ
Эта статья посвящена межпарламентскому сотрудничеству между Азербайджаном и Грецией. В статье анализируется динамика развития межпарламентских связей между двумя странами, а также приводится информация о парламентской дипломатии Греции. В этой статье уделяется особое внимание речам президентов Азербайджана и Греции в парламентах во время взаимных визитов. В статье приводятся сведения о рабочих группах, действующих в парламентах обеих стран. В то же время в статье подчеркивается важность работы межпарламентских рабочих групп и эффективность их взаимных визитов. Особое внимание уделяется важности взаимных визитов межпарламентских рабочих групп и парламентариев для двустороннего и международного сотрудничества между Азербайджаном и Грецией.
Ключевые слова: межпарламентские отношения, Греция, парламент, рабочая группа по межпарламентским связям, Милли Меджлис, законодательная власть, международные отношения
2019-cu il oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) “Beynəlxalq münasibətlərin aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransın keçirilməsi regional və qlobal səviyyədə sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində beynəlxalq münasibətlərin iştirakçılarının ikitərəfli və çoxtərəfli fəaliyyətlərinin nəzəri və praktiki cəhətdən öyrənilməsi məqsədi daşıyıb. Konfransda ölkənin 10 universitetindən və 3 akademiyasından, AMEA-nın 8 institutundan, bölgələr üzrə 4 universitetdən, 4 xarici ali təhsil müəssisəsindən nümayəndələr iştirak ediblər.
Tədbirdə çıxış edən universitetin rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə önəmli yer tutduğunu bildirib. Prezident İlham Əliyevin Azərbaycanın dünya ölkələri arasında özünə layiqli yer tutması üçün əlindən gələni müvəffəqiyyətlə etdiyini deyən rektor bu yolun Heydər Əliyev yolu olduğunu deyib. Rektor konfransın işinə uğurlar arzulayıb.
Milli Məclisin deputatları Rasim Musabəyov, Musa Qasımlı, Çingiz Qənizadə və Elman Nəsirov elmə atılan ilk addımların belə konfranslardan başladığını qeyd ediblər. Çıxış edənlər beynəlxalq münasibətlərin müstəqil dövlət üçün vacib olduğunu, Azərbaycanın gənc dövlət kimi beynəlxalq münasibətlər sistemində müstəqil siyasət yürütməyi bacaran nadir dövlətlərdən olduğunu deyiblər.
Universitetin Regionşünaslıq kafedrasının dosenti Aqil Şahmuradov Azərbaycan-Ukrayna mədəni-humanitar əlaqələrindən danışıb.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli isə konfransın bölmə iclaslarının işi haqqında məlumat verib.
Konfrans öz işini “Heydər Əliyev irsi və beynəlxalq münasibətlər”, “Beynəlxalq münasibətlər: tarix və müasirlik”, "Beynəlxalq və regional təhlükəsizlik problemləri", "Beynəlxalq sosial-iqtisadi və mədəni-humanitar əlaqələr", “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzularında bölmə iclasları ilə davam edib. Bölmələrin işində ümumilikdə 156 tezis müzakirə olunub. Konfransa ölkəmizdən əlavə, Rusiya və Belarusdan tezislər daxil olub.
Bağlanış mərasimində çıxış edən İbrahim Kazımbəyli konfransın uğurla başa çatdığını deyib. O, tədbirin yüksək səviyyədə təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Daha sonra moderatorlar Reyhan Cəfərova, dosent Namiq Əsədov, dosent Aqil Şahmuradov, professor Əsgər Zeynalov, dosent Ədalət Abdiyeva, professor Aidə Yusifzadə, dosent Əli Əhmədov konfransın bölmə iclaslarının işi, dinlənilən məruzələr, müzakirə olunan məsələlər haqqında məlumat veriblər.
AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı, professor Qasım Hacıyev, həmçinin ADU-nun prorektorları Sevinc Zeynalova, Əfqan Abdullayev, Tamam Cəfərova konfransın gələcək birgə elmi əməkdaşlığa zəmin yaratdığını söyləyib, təşkilat komitəsinə təşəkkürlərini bildiriblər.
Материалы X Международной научной конференции «Актуальные проблемы азербайджановедения», посвященной 96-летию со дня рождения общенационального лидера Гейдара Алиева. Баку: "Мутарджим", 2019 - 488 с. Бакинский Славянский Университет (7 мая 2019 г.)
Materials of the X International Scientific Conference "Actual Problems of Azerbaijan Studies" dedicated to the 96th anniversary of the national leader Heydar Aliyev. Baku: "Mutarсim", 2019 - 488 p. Baku Slavic University (May 7, 2019)
2019-cu il mayın 7-də Bakı Slavyan Universitetində (BSU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Azərbaycanşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Əvvəlcə konfrans iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Tədbirdə çıxış edən BSU-nun rektoru, professor Nurlana Əliyeva beynəlxalq elmi konfransın məqsədi, iş prinsipi və vəzifələri barədə məlumat verib. Bildirib ki, hər il universitetdə ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunan silsilə tədbirlər təşkil edilir. Həmin tədbirlərdə xarici ölkələrdən gələn qonaqların, ölkəmizdəki səfirlərin, müxtəlif beynəlxalq təşkilatların nümayəndələrinin, hökumət adamlarının, Milli Məclisin üzvlərinin iştirakı ənənəvi hal alıb. Bugünkü konfransda azərbaycanşünaslığın aktual problemlərinin araşdırılması müasir dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir.
Rektor beynəlxalq elmi konfransın Ümummilli Liderin geniş siyasi-elmi irsinin öyrənilməsinə, dövlətçilik təcrübəsinin araşdırılmasına, onun tərəfindən irəli sürülmüş azərbaycançılıq ideologiyasının tədqiqinə həsr edildiyini söyləyib, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən söz açıb. Bildirib ki, dahi şəxsiyyət Heydər Əliyev qısa müddətdə müstəqil Azərbaycanı stabil, inkişaf etmiş qüdrətli bir dövlətə, regionun lider ölkəsinə çevirdi. Görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bu gün Azərbaycanın səsi dünyanın hər yerindən gəlir. Çətin və şərəfli tarixi yol keçən Azərbaycan dövlətçiliyi bu gün möhkəm təməllər üzərində irəliləyir və böyük tarixi uğurlara imza atır. Ulu Öndərin apardığı uğurlu daxili və xarici siyasət Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir. Ölkə başçısı ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənəsini daha da inkişaf etdirərək iqtisadi baxımdan güclü, siyasi-diplomatik baxımdan çevik, hərbi baxımdan qüdrətli bir Azərbaycan kimi dünyada tanınmasına nail oldu.
Rektor konfransın materialları əsasında dərc olunan “Azərbaycanşünaslığın aktual problemləri” toplusunun iştirakçılara təqdim ediləcəyini söyləyib.
Təhsil nazirinin müavini İdris İsayev Ulu Öndərin Azərbaycanın müstəqillik tarixindəki rolundan danışıb. O, Ümummilli Liderin irəli sürdüyü ideologiyanın Azərbaycanı bu gün regionun ən qüdrətli dövlətinə çevirdiyini bildirib: “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikasının bütün istiqamətlərdə sürətli inkişaf strategiyasını yaratmış, dünya dövlətləri arasında ölkəmizin mövqelərini möhkəmlədən beynəlxalq müqavilələrə imza atmış, elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirmiş dahi şəxsiyyətdir. Ulu Öndər elm və təhsili müstəqil dövlətimizin prioritet istiqamətinə çevirib. İqtisadi və siyasi böhrandan uğurlu sıçrayış, nəhəng enerji layihələrinin həyata keçirilməsi, qloballaşan yeni dünya və inkişaf etmiş Avropa dəyərlərinin sintez edilərək ölkəmizdə tətbiqi məhz Ümummilli Liderin adı ilə bağlıdır. Azərbaycanşünaslığın aktual problemlərinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilmiş konfransda araşdırılması müasir dövlətçiliyimizin strategiyasının dahi şəxsiyyətin qoyduğu prinsiplərdən kənara çıxmadığının bir göstəricisi kimi dəyərləndirilməlidir”.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov deyib: “Ümummilli lider Heydər Əliyevin böyüklüyünü, bütün sahələrə aid gördüyü işləri olduğu kimi tam şəkildə şərh etməkdə biz – onun müasirləri acizik. Yalnız illər, qərinələr ötəndən sonra bu tarixi şəxsiyyətin Vətəni, xalqı qarşısındakı xidmətlərinin əsl qiymətini zaman özü verəcək. Ulu Öndərin müasirləri onun uzaqgörənliyinin izlərini, gələcəyimizə yol açan fikir və düşüncələrinin bugünkü cəmiyyətimizin ictimai rəy və varidatına, Azərbaycanın əqli mülkiyyət sisteminin yaradıcısının irsinin ən dəyərli əqli mülkiyyətə çevrilməsini görürük və ölkəmizdə həyatın sürətlə dəyişməsinin şahidiyik. Bunun başında innovativ, yeniliklərlə və islahatlarla zəngin və insanlara xidmət edən dövlət siyasəti durur. Bunlar kreativliklə keçirilən Ulu Öndərin varislik yoludur. Tarixin hökmü tarixi şəxsiyyətlərin çətinliklər və problemlər barədə izahını yox, çətinliklər və problemlər üzərində qələbəsini tanıyır. Bu qələbəni biz bu gün Azərbaycanın inkişafında, nüfuzunun artmasında, xalqımızın ölkə Prezidentinə olan dərin ehtiram və sevgi duyğularında görürük. Azərbaycan xalqı dövlət başçısının yürütdüyü siyasətə böyük dəstək verir. Prezident İlham Əliyevin iqtisadi islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir, Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur.
Professor Kamran İmanov Ulu Öndərin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” sözlərinin milli özünüdərkin və milli özünütəsdiqin zirvə nöqtəsini təşkil etdiyini vurğulayıb. Qeyd edib ki, müasir dəyişən dünyada ölkə rəhbərliyinin multikultural təhlükəsizliyinə əsaslanan siyasi qərarlar və xalqımızın çoxəsrlik tolerant ənənələri Azərbaycanı multikulturalizmin mərkəzinə çevirib, Azərbaycan bir çox müasir cəmiyyətlər üçün nümunəvi model olub.
Kamran İmanov dövlət başçısı İlham Əliyevin innovasiyalı inkişafla bağlı yürütdüyü iqtisadi islahatlar siyasətindən, əqli mülkiyyətin bu siyasətin təsirinə və innovativ inkişafa uyğun xidmət etməsindən də söz açıb.
Rusiya Altay Dövlət Universitetinin regional iqtisadiyyat və idarəetmə şöbəsinin müdiri, professor Vitali Mişşenko, Rusiya Volqoqrad Dövlət Sosial-Pedaqoji Universitetinin professoru Olqa Dmitriyeva, Çexiya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri, professor Azər Kərimov və digər çıxış edənlər konfransın mövzusunun aktuallığını, azərbaycanşünaslığın aktual problemlərinin araşdırılmasında beynəlxalq tədbirin əhəmiyyətini vurğulayıblar.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. “Heydər Əliyev və azərbaycançılıq ideologiyası”, “Müasir beynəlxalq münasibətlər sistemində Azərbaycan”, “Azərbaycan dili və ədəbiyyatının aktual problemləri”, “Azərbaycan tarixi və mədəniyyətinin aktual problemləri”, “İctimai-siyasi elmlərin aktual problemləri” və digər mövzularda davam edən bölmə iclaslarında yerli və xarici alimlərin məruzələri dinlənilib.
Qeyd edək ki, builki konfransa ümumilikdə 181 material daxil olub, onlardan 159-u çapa tövsiyə edilib.

2019-cu il mayın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında doktorant və dissertantların Ümummilli Lider Heydər Əliyevin 96-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-praktiki konfransı keçirilib. DİA-nın “Elmi-təşkilat və beynəlxalq əlaqələr” şöbəsinin təşkilatçıllığı ilə keçirilən elmi-praktik konfransı giriş sözü ilə açan Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı müstəsna xidmətlərindən, ulu öndərin zəngin siyasi irsinin, idarəçilik təcrübəsinin əhəmiyyətindən danışıb. Rektor qeyd edib ki, bu il Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illik yubileyi də qeyd ediləcək. Heydər Əliyev ideyalarının və siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan dünyada inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutmuşdur. Daha sonra rektor qeyd etmişdir ki, Davos Dünya İqtisadi Forumunda inklüziv inkişaf indeksinə görə Azərbaycan keçid iqtisadiyyatına malik ölkələr arasında üçüncü yerdə qərarlaşaraq, iqtisadi imkanları daha yüksək olan Avropa İttifaqı ölkələrinin çoxunu geridə qoymuşdur. Eyni zamanda, inklüziv inkişafın idarə edilməsinə, yəni resurslardan səmərəli istifadəyə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan hərtərəfli inklüziv inkişaf indeksinə görə Litva və Macarıstandan sonra 3-cü göstəriciyə malikdir. Akademik qeyd etdi ki, bu nailiyyətlər ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dərin düşünülmüş strategiya və tətbiq olunan orijinal innovativ idarəetmə texnologiyaları əsasında qazanılıb. Bu texnologiyaların işlənilməsi və həyata keçirilməsi prosesində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu xüsusi rola malikdir.
Daha sonra rektor konfransda iştirak edən doktorant və dissertantlara söz verdi. Konfransda çıxış edən doktorant və dissertantlar ulu öndərin Azərbaycanın sosial-iqtisadi, mədəni və dövlət quruculuğu sahəsindəki xidmətlərinə həsr olunmuş mövzular ətrafında çıxışlar etdilər, Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi müxtəlif aspektlərdən elmi cəhətdən təhlil edildi. Konfransda doktorant və dissertantların 21 məruzəsi dinlənildi. Yekun nitqi söyləyən rektor, akademik Urxan Ələkbərov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik təcrübəsi, siyasi elmə gətirdiyi yeniliklər zaman keçdikcə gənc alimlər tərəfindən daha diqqətlə, daha dərindən öyrəniləcək və gələcək siyasi idarəçilikdə geniş tətbiq ediləcəkdir.
29-30 Aprel 2019 tarixlərində keçirilmiş “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”-nın məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə paylaşmaq, qarşılaşdıqları problemləri təhlil etmək, ortaq problemlərin müzakirə olunması və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək və gənclərin elmə olan marağını artırmaq olmuşdur.
Konfransın elmi istiqamətləri. “Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı”-nın əsas elmi istiqamətləri aşağıdakılardır:
Mühəndislik elmləri
Təbiət elmləri
İqtisadiyyat elmləri
Filologiya elmləri
Pedaqogika
Hüquq, Tarix və Sosyologiya
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Gənc tədqiqatçıların III beynəlxalq elmi konfransı”nın materialları, Bakı, Bakı Mühəndislik Universiteti (29-30 Aprel 2019-cu il)
Bu məqalədə Azərbaycan və Yunanıstan mədəni münasibətlərin tarixi köklərinə və mövcud vəziyyətinə geniş nəzər salınır. Müasir dövrdə Azərbaycan və Yunanıstan arasında siyasi və iqtisadi münasibətlərlə yanaşı humanitar sahədə olan əlaqələrin araşdırılması da mühüm aktuallıq kəsb edir. Hər iki ölkənin prezidentlərinin qarşılıqlı səfərləri zamanı onların bəyanatlarında, müsahibələrində və rəsmi ziyafətlər zamanı çıxışlarında Azərbaycan və Yunanıstan arasında tarixi və mədəni münasibətlərə toxunulur. Bizim tədqiqatın əsas məqsədi Azərbaycan-Yunanıstan münasibətlərində mədəni və mənəvi bağlılıqların müəyyən edilməsidir. Tədqiqatın əsas vəzifəsi topladığımız materiallar əsasında Azərbaycan-Yunanıstan münasibətlərinə yeni işıq salmaq və hazırki əlaqələrin daha da möhkəmləndirilməsinə yardımçı olmaqdır. Bu məqalədə Azərbaycan-Yunanıstan münasibətlərinə dair tarixi, siyasi və humanitar sahədə tədqiqat aparılmış və yeni elmi nəticələr müəyyən edilmişdir. Cənubi Qafqazda aparıcı geosiyasi və geoiqtisadi mövqeyə malik olan Azərbaycanla Avropa Birliyinin və NATO-nun üzvü olan Yunanıstan arasında mədəni münasibətlərin araşdırıldığı bu
məqalənin mühüm praktiki əhəmiyyəti vardır. Tədqiqat işinin nəticələrindən Azərbaycan və Yunanıstan arasında olan münasibətlərin daha da inkişaf etdirilməsi üçün çalışan diplomatlar, siyasətçilər, iqtisadçılar, kulturoloqlar və geniş oxucu kütləsi istifadə edə bilər.
Bu məqalədə Azərbaycana gələn ilk yunanların yaşayış məskənləri salması, yunan Filantropik (Xeyriyyə) Cəmiyyətinin yaradılması və fəaliyyəti, Yunanıstan və Azərbaycan Prezidentlərinin görüşü zamanı tarixi və mədəni əlaqələrə dair dəyərli fikirləri haqqında qısa şəkildə məlumat verilir. Məqələdə olan fikirlər və bəzi tarixi məlumatlar elmi ictimaiyyətə ilk dəfə təqdim edilir. Ölkəmizdə olan bütün digər etnik azlıqlar kimi yunanlara göstərilən diqqət və qayğının nəticəsi olaraq Bakıda fəaliyyət göstərən “ARQO” Yunanıstan-Azərbaycan cəmiyyəti və 2017-ci ildən Yunanıstanın Saloniki şəhərində fəaliyyət başlayan “Qala” Azərbaycan-Yunanıstan Dostluq Cəmiyyəti iki ölkə arasında humanitar sahədə olan əlaqələrdə “körpü” rolunu oynaya bilər.
"Elmin gəncliyi – 2019: Cəmiyyətin inkişafının sosial-iqtisadi və humanitar aspektləri” mövzusunda tələbələrin, aspirantların və gənc alimlərin beynəlxalq elmi-praktik konfransı, elmi nəşr, tezislər toplusu 2-ci cild, Ukrayna, Çerniqov Milli Texnologiya Universiteti (17-18 aprel 2018-ci il),
2019-cu il 15 mart tarixində Azərbaycan Universitetində Gənc tədqiqatçıların II respublika elmi konfransı keçirilib. Konfransda Bakı, Naxçıvan və regionlarda fəaliyyət göstərən 44 təhsil müəssisəsi, akademiya, elmi-tədqiqat institutlarında oxuyan və fəaliyyət göstərən, müxtəlif dövlət qurumları və qeyri-hökumət təşkilatlarını təmsil edən magistrant, doktorant, dissertant və gənc tədqiqatçılar əldə etdikləri elmi yenilikləri müzakirə edib, fikir mübadiləsi aparıblar.
Əvvəlcə konfrans iştirakçıları universitetin foyesində ümummilli liderin büstünün önünə gül səbəti qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru Səadət Əliyeva açıb. Rektor qeyd edib ki, Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bunu zəruri edən bir sıra amillər vardır. Cənab prezident İlham Əliyev Azərbaycanda neft ixracına əsaslanan iqtisadiyyatdan insan kapitalına və texnologiyalara əsaslanan iqtisadiyyata keçid strategiyasını bəyan edib. Ölkəmizdə yeni innovativ texnologiyalara əsaslanan sənaye sahələrinin qurulmasını nəzərdə tutan bu strategiyanın uğurla yerinə yetirilməsi innovativ biliklərə malik insan kapitalının yaradılmasından asılıdır. Bu kapital isə məktəb, universitet, auditoriya, seminar və konfranslarda formalaşır. Gənclərin elmi-tədqiqat fəaliyyətinə marağının və bu sahədə fəallığının artırılması istiqamətində görülən işlər gələcəyin etibarlı təminatı intellektual səviyyəli, müasir biliklərə sahib yüksək potensiallı kadrların yetişdirilməsinə xidmət etməlidir.
Səadət Əliyeva bildirib ki, ölkəmizdə hər il fevralın 2-sinin Gənclər günü kimi qeyd olunması, həmin gün müxtəlif sahələr üzrə uğur qazanmış gənclərin Prezident sərəncamı ilə mükafatlandırılması, tələbə, magistrant və doktorantların təqaüdlərinin artırılması, onların sosial problemlərinin həlli istiqamətində ciddi addımların atılması artıq öz nəticələrini verir. Sevindirici haldır ki, elmi fəaliyyətlə məşğul olmağa qərar verən, özünün gələcəyini bu fəaliyyət sahəsində görən gənclərimizin sayı ildən-ilə artır.
Bunu nəzərə alan Azərbaycan Universiteti gəncləri yeniliklərə, innovasiyalara, yeni texologiyalara yönəltmək istiqamətində fəaliyyət göstərir. Bu gün təşkil edilən Gənc tədqiqatçıların II respublika elmi konfransı da məhz bu fəaliyyətin tərkib hissəsidir. Rektor deyib: “İnanıram ki, Azərbaycan Universitetində təşkil olunmuş konfranslar sizlərin gələcəkdə ciddi tədqiqatçı alimlər kimi yetişməyinizdə əhəmiyyətli rol oynayacaqdır. Çünki hər bir elmi konfrans əldə olunmuş elmi nəticələrinizi təqdim və müzakirə etmək üçün yeni imkan deməkdir”.
Səadət Əliyeva konfrans iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra AMEA Tarix İnstitutunun Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Sevinc Əliyeva, Ali Attetasiya Komisssiyası təbiət elmləri şöbəsinin müdir müavini, fizika üzrə elmlər doktoru Sakin Cabarov, Azərbaycan Müəllim İnkişaf Mərkəzinin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Xədicə Cəfərova çıxış edərək elmi konfranslarda iştirakın əhəmiyyətini vurğulayıb, bu tipli tədbirlərin yalnız gənc tədqiqatçıların deyil, bütün alimlərin laboratoriyalarda əldə etdikləri nəticə və yenilikləri ictimaiyyətə çatdıra biləcəkləri əvəzedilməz platformalar olduğunu bildirib.
Çıxış edənlər Azərbaycan Universitetində təşkil olunan konfransların beynəlxalq arenalarda təqdim edilə biləcək tədbirlər olduğunu vurğulayıb, gənc tədqiqatçıları Azərbaycan elminin dünya reytinqində yüksəlməsinə töhfə verməyə səsləyiblər.
Açılışın ardından konfrans işini tarix və hüquq; filologiya - ədəbiyyat; filologiya – dilçilik; iqtisadiyyat; sosiologiya; riyaziyyat, fizika və İKT; tədris metodikası olmaqla 7 bölmədə davam etdirib.
Konfrans bağlanış mərasimi ilə başa çatıb. Universitetin elmi işlər üzrə prorektoru, prof. Yusif Qasımov elmi fəaliyyətlə məşğul olmağı özünə peşə və həyat tərzi seçdikləri, əldə etdikləri nəticə və yenilikləri Azərbaycan Universiteti tərəfindən təşkil olunan konfransa təqdim etdikləri üçün konfrans iştirakçılarına təşəkkür edib. Yusif Qasımov bildirib ki, konfransa 300-dən çox məqalə təqdim olunub, onlardan 228-i qəbul edilib, gün ərzində bölmələrdə isə 120-dən çox məruzə dinlənilib. Prorektor deyib: “Bizim tədbiri dəyərli edən sizin məruzələrinizdir. Təqdim etdiyiniz məqalələr müsbət rəy aldığı üçün sizi təbrik edir, konfransın bölmələrində iştirak edən gənc tədqiqatçılar arasından elmi mühit üçün dəyərli alimlərin yetişəcəyinə inanıram".
Sonda tədbirin istiqamətləri üzrə ən yaxşı elmi tədqiqat işlərinin müəllifləri xüsusi sertifikatlarla mükafatlandırılıb.
Tarix və hüquq - Elnur Kəlbizadə
Filologiya (ədəbiyyat) - Nərgiz Məmmədbəyli
Filologiya (dilçilik) - Ayşən Allahverdiyeva
İqtisadiyyat - İlyas Hüseynov
Sosiologiya - Ülviyyə Mehralıyeva
Riyaziyyat, fizika və İKT - Nəzrin Dolxanova
Tədris metodikası - Pərvanə Məmmədova
Konfrans materialları toplu şəklində çap olunub və iştirakçılara təqdim edilib.
Резюме
В этой статье основное внимание уделяется важности социальных сетей в современном обществе, их влиянию на международные отношения и политические конфликты. В статье особое внимание уделяется роли социальных сетей, которые стали инструментом в руках крупных политических сил и используются для распространения неточной информации. В статье оцениваются потенциальные аспекты социальных сетей, которые могут порождать негативное общественное мнение в обществе.
Ключевые слова: интернет, социальные сети, политические конфликты, международная безопасность
Xülasə
Bu məqalə sosial şəbəkələrin müasir cəmiyyətdəki əhəmiyyətinə, onların beynəlxalq münasibətlərə və siyasi münaqişələrə təsirlərinə həsr olunmuşdur. Məqalədə böyük siyasi güclərin əlində lazımlı alətə çevrilən və doğru olmayan məlumatların yayılması üçün istifadə olunan sosial şəbəkələrin roluna xüsusi diqqət yetirilir. Məqalədə cəmiyyətdə mənfi ictimai rəyi formalaşmaq imkanına malik olan sosial şəbəkələrin potensial imkanları müxtəlif aspektlərdən dəyərləndirilir.
Açar sözlər: internet, sosial şəbəkələr, siyasi münaqişələr, beynəlxalq təhlükəsizlik
Summary
This article focuses on the importance of social networks in modern society, their influence on international relations and political conflicts. The article focuses on the role of social networks, which have become an instrument in the hands of large political forces and are used to disseminate inaccurate information. The article assesses the potential aspects of social networks that can generate negative public opinion in society.
Keywords: internet, social networks, political conflicts, international security
http://az.strategiya.az/news.php?id=145729
SUMMARY
This article discusses the role and position of Greece in the Armenian-Azerbaijani, Nagorno-Karabakh conflict. Particular attention is paid to the views expressed during the meetings of the presidents of Greece and Azerbaijan. In addition, the article widely covers the position of the Greek ambassadors in Azerbaijan on the issue of Nagorno-Karabakh.
Keywords: Greece, Azerbaijan, Armenia, Nagorno-Karabakh, political conflict, the South Caucasus, international security
РЕЗЮМЕ
В данной статье рассматривается роль и позиция Греции в армяно-азербайджанском, нагорно-карабахском конфликте. Особое внимание уделяется мнениям, высказанным в ходе встреч президентов Греции и Азербайджана. Кроме того, в статье широко освещается позиция греческих послов в Азербайджане по проблеме Нагорного Карабаха.
Ключевые слова: Греция, Азербайджан, Армения, Нагорный Карабах, политический конфликт, Южный Кавказ, международная безопасность.
https://journal.maarif.az/wp-content/uploads/2018/12/Jurnal-4-13-2018.pdf
Summary
This article discusses the views of Heydar Aliyev, the author of Azerbaijan’s energy strategy for the transportation of oil and gas produced in Azerbaijan’s sector of the Caspian Sea to Europe through Greece. Special attention is paid to the importance of the energy policy of national leader Heydar Aliyev, where Greece and its transit capabilities occupy an important place for the transportation of hydrocarbon reserves of the Caspian Sea to Europe. The importance of the role of Greece in the TAP project, part of the Southern Gas Corridor, which will play an important role in the energy security of Europe, is also assessed.
Keywords: Heydar Aliyev, Greece, energy strategy, energy security, Trans Adriatic gas Pipeline, Caspian Sea
Резюме
В данной статье рассматриваются взгляды Гейдара Алиева – автора энергетической стратегии Азербайджана на транспортировку нефти и газа, добываемых в секторе Каспийского моря Азербайджана в Европу через Грецию. Особое внимание уделяется важности энергетической политике Общенационального лидера Гейдара Алиева, где Греция и её транзитные возможности занимают важное место для транспортировки углеводородных запасов Каспия в Европу. Также оценивается важность роли Греции в проекте TAP, входящего в Южный газовый коридор, который сыграет важную роль в энергетической безопасности Европы.
Ключевые слова: Гейдар Алиев, Греция, энергетическая стратегия, энергетическая безопасность, Трансадрисатический газопровод, Каспийское море
Xülasə
Bu məqalədə Azərbaycanın enerji strategiyasının müəllifi Heydər Əliyevin Xəzərin Azərbaycana aid sektorunda hasil olunan neft və qazın Yunanıstan vasitəsi ilə Avropa məkanına nəql olunması istiqamətində keçirdiyi görüşlərə ətraflı nəzər salınır. Ümummilli liderin enerji siyasətində əhəmiyyətli yer tutan Xəzərin karbohidrogen ehtiyatlarının Avropaya nəql olunmasında Yunanıstanın tranzit imkanlarının önəminə diqqət yetirilir. Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynacaq Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TANAP-ın davamı kimi TAP layihəsində yer alan Yunanıstanın bu layihədə əhəmiyyəti dəyərləndilir.
Açar sözlər: Heydər Əliyev, Yunanıstan, enerji strategiyası, enerji təhlükəsizliyi, Trans-Adriatik qaz boru kəməri, Xəzər dənizi
2018-ci il noyabrın 29-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Qafqazda deportasiyalar” mövzusunda respublika elmi konfransı keçirilib.
Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə baş tutan konfransda gənc alim və tədqiqatçılar, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Əvvəlcə foyedə Qafqazşünaslıq İnstitutunun nəşrlərindən ibarət sərgi nümayiş etdirilib.
Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək zaman-zaman ermənilərin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə və deportasiya siyasətindən söz açıb, konfransın elmi və tarixi əhəmiyyətini vurğulayıb. O, Qafqazdakı deportasiyalardan bəhs edən tədbirin ölkəmizdə bu mövzuda keçirilən ilk respublika konfransı olduğunu deyib.
Konfransın mövzusunun hər zaman xalqımız üçün aktual və vacib olduğunu deyən AMEA-nın vitse-prezidenti tariximizin qanlı səhifələri olan soyqırımı və deportasıyaların gənc tədqiqatçılar tərəfindən öyrənilməsinin önəmini vurğulayıb. Bildirib ki, bu konfrans Qafqazda müxtəlif xalqlara qarşı həyat keçirilən deportasiyaların tədqiqində, tarixi əhəmiyyətli faktların ortaya çıxarılmasında, həmin sənədlərin ümumiləşdirilməsində və bu sahə üzrə məşğul olan alim və gənc tədqiqatçıların bir araya gəlməsində böyük əhəmiyyət daşıyır.
Akademik İ.Həbibbəyli Qafqazşünaslıq İnstitutunun fəaliyyəti ilə bağlı da fikirlərini bölüşərək, bu müsəssisənin qısa müddətdə xeyli uğurlu işlər həyata keçirdiyini, tarixçi alimlərin səyi ilə aparılan elmi araşdırmalar nəticəsində qiymətli elmi faktların aşkarlandığını qeyd edib. Alim AMEA-da xalqımızın başına gətirilən faciələri, 20-ci əsrin əvvəllərindən başlayaraq çar Rusiyasının havadarlığı ilə erməni-daşnak qüvvələrinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarını, deportasiya və işğal kimi dəhşətli tarixi gerçəklikləri özündə əks etdirən çoxsaylı elmi əsərlərin yazıldığını və müxtəlif dillərdə nəşr olunduğunu diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti ulu öndər Heydər Əliyevin soyqırımı və deportasiya məsələlərinə prinsipial yanaşma nümayiş etdirildiyini bildirib. Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra erməni millətçilərinin xalqımıza qarşı illərlə reallaşdırdıqları soyqırımı və deportasiya siyasətinin mahiyyəti bütünlüklə açıqlanıb və ifşa olunub. Ulu öndər Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 18 dekabr 1997-ci il tarixli Fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə, ədalətsiz deportasiya siyasətinə hüquqi-siyasi qiymət verilib. Bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi altında erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Çıxışının sonunda akademik İ.Həbibbəyli konfransın bu mövzuda elmi nəticələrin əldə olunmasına müsbət nəticələr verəcəyinə əminliyini bildirib.
Daha sonra Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “XX əsrin 40-cı illərində beynəlxalq şərait və Qafqazda deportasiyalar” mövzusunda məruzəsini təqdim edib. O, Qafqazda deportasiyalardan, həmçinin 40-cı illərin deportasiyalarının təməl prinsiplərindən söz açıb, onları tarixi, siyasi baxımdan təhlil edərək faktlarla diqqətə çatdırıb.
M.Qasımlı konfransın keçirilməsinin məqsəd və əhəmiyyətindən danışaraq, bu il azərbaycanlıların Ermənistandan deportasiya edilməsinin 70 ilinin tamam olduğunu söyləyib. Şimali Qafqazda və Qara dəniz sahillərində müxtəlif xalqlara qarşı deportasiya siyasətinin həyata keçirildiyini diqqətə çatdıran alim elmi konfransa Azərbaycanın müxtəlif ali məktəblərindən, ali təhsil müəssisələrindən gənc tədqiqatçıların qatıldığını bildirib. Tədbirə Rusiya və Ukraynadan da tezislərin göndərildiyini deyən institut direktoru konfransın deportasiyalarla bərabər, müasir dövrdə bəzi problemlərin öyrənilməsində də faydalı olacağına əminliyini bildirib.
Konfrans işini “Cənubi Qafqazda deportasiyalar” və “Şimali Qafqazda deportasiyalar” mövzularında bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələrinə həsr edilən məruzələr dinlənilib, müzakirələr aparılıb.
Konfransda AMEA-nın institutlarından, təhsil müəssisələrindən yüzə yaxın alim və tədqiqatçı, müxtəlif universitetlərdə qafqazşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.
Konfrans iştirakçıları Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək çələng və çiçək dəstələri qoymuşlar. Daha sonra AMEA Mərkəzi Elmi Kitabxanasının Konfrans salonunda Azərbaycan Respublikasının dövlət himninin oxunması ilə konfransın açılışı olmuşdur. Açılış mərasimində universitet rektorları, millət vəkilləri, müvafiq sahənin tanınmış elm adamları və gənc alimlər iştirak etmişlər.
Azərbaycan Respublikasının Prezdenti cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciət məktubunu Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva oxumuşdur..
Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında” Sərəncamını xatırladan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini xalqımızın həyatında misilsiz hadisə kimi dəyərləndirib. Vurğulanıb ki, bu, müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə verilən tarixi qiymətdir. Cəmi iki ilə yaxın yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. AXC parlamenti ölkədə yaşayan bütün xalqlara təmsil olunmaq hüququ verən ilk qanunverici orqan olmaqla, tolerantlığın və demokratiyanın Şərqdə ilk nümunəsidir.
AXC-nin elm və təhsil sahəsindəki xidmətlərindən bəhs edən AMEA-nın vitse-prezidenti bildirib ki, 1919-cu ildə Bakı Universitetinin fəaliyyətə başlaması ilə müsəlman Şərqində ilk dəfə dünyəvi təhsil verən ali məktəb yaradılıb. AXC parlamentinin qəbul etdiyi 230-dək qanun və qərar içərisində elm, təhsil və mədəniyyətin geniş yer tutduğu, ölkəmizdə akademik çalışmaların hələ Cümhuriyyət dövründə yarandığı diqqətə çatdırılıb. Cümhuriyyət dövründə bir neçə elmi-tədqiqat qurumlarının fəaliyyət göstərdiyini deyən İ.Həbibbəyli Fövqəladə Təhqiqat Komissiyasının akademik səviyyədə gördüyü işlər nəticəsində 1918-ci ilin mart soyqırımı ilə bağlı 36 cilddən ibarət nəşrin hazırlandığını vurğulayıb.
Akademik İ.Həbibbəyli Cümhuriyyətin yaranmasının xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirdiyini, 1990-cı ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə AXC-nin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildiyini deyib. O, Ümummilli Liderin müstəqil və güclü dövlət qurmaq ideyalarının bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, iqtisadi, siyasi, elmi, mədəni və digər sahələrdə bir sıra uğurlara imza atıldığını bildirib.
Beynəlxalq tədbirin böyük ictimai və siyasi əhəmiyyətə malik olduğunu söyləyən İ.Həbibbəyli diqqətə çatdırıb ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas regiondur. On ölkədən 38-dən çox xarici tədqiqatçının iştirak etdiyi bu konfrans AXC-nin ideyalarını yenidən araşdırmağa və dəyərləndirməyə kömək göstərəcək.
Dövlət müstəqilliyini bərpa edən xalqımızın müasir dövrdə yeni nailiyyətlərə imza atdığını bildirən AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova deyib: “Bu nailiyyətlər gerçək tarixi ənənələri bilmədən mümkün ola bilməz. Müstəqillik dövründə elmi, mədəni, iqtisadi və digər sahələrdə müəyyən məsələləri həll edən Azərbaycan dövləti öz tarixi təcrübəsindən geniş faydalanıb. Azərbaycan tarixinin öyrənilməsinin elmi-nəzəri və praktik əhəmiyyəti, ilk növbədə, bir sıra amillərlə səciyyələnir. Onlardan ən əsası Şərqdə ilk dünyəvi müsəlman dövləti olan AXC-nin təcrübəsinin öyrənilməsidir. Cümhuriyyətin həyata keçirdiyi tədbirlər müasir dövrdə də demokratik normaların əsasları hesab olunur. Həmin dövrdə müxtəlif sahələrdə qəbul olunan qərarlar və aparılan islahatlarla yanaşı, AXC, ilk növbədə, dövlətçilik ənənələrini formalaşdırıb və bunun üçün çalışıb”.
Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Musa Qasımlı beynəlxalq konfransın proqramı, bölmə iclasları və müzakirə olunacaq məsələlər barədə məlumat verib. Bildirilib ki, konfransın bölmə iclaslarında yerli və xarici tədqiqatçıların Qafqaz ölkələrinin geosiyasi şəraiti, regionda cərəyan edən siyasi, sosial-iqtisadi və digər proseslər, o cümlədən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı 180-dək məruzəsi dinləniləcək. İclaslara Azərbaycanın və xarici ölkələrin görkəmli alimləri sədrlik edəcəklər.
Milli Məclisin deputatları Hikmət Babaoğlu, Fazil Mustafa və digər çıxış edənlər cəmi 23 ay mövcud olmasına baxmayaraq AXC-nin fəaliyyətinin böyük tarixi əhəmiyyət daşıdığını söyləyib, Azərbaycan dövlətçilik ənənələrinin qorunmasında Cümhuriyyətin mühüm rolundan söz açıblar. Bildirilib ki, AXC-nin yaranması dövlətçilik tariximizdə mühüm mərhələlərdən biridir. Xalq Cümhuriyyəti özündən əvvəlki Azərbaycan dövlətçiliyinin, bir növ, məntiqi davamı kimi meydana çıxıb, sonrakı dövrlərdə də müstəqil Azərbaycanın əsaslarını yaradıb. Ulu öndər Heydər Əliyevin hələ 1998-ci ilin yanvarında AXC-nin yaranmasının 80-ci ildönümü ilə əlaqədar imzaladığı Sərəncam bu tarixi yaddaşa, tarixi əsaslara söykənirdi.
Türkiyənin Atatürk Universitetinin professoru İbrahim Ethem Atnur, Qazaxıstanın Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbəy Ayağan, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin humanitar tədqiqatlar şöbəsinin müdiri, professor Yevgeni Krinko, Suxumi Dövlət Universiteti Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti, professor Quram Marxuliya, çexiyalı tədqiqatçı Pyotr Vaqner, Taras Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik çıxış edərək AXC və onun qurucuları ilə bağlı fikirlərini bölüşüblər. AXC-nin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışan alimlər Cümhuriyyətin yalnız türk dünyasının deyil, müsəlman aləminin və bütövlükdə Şərq tarixinin ən parlaq səhifələrindən biri olduğunu vurğulayıblar.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açılış nitqi söyləmişdir. Sonra təbrik çıxışları olmuşdur. AMEA İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundova, Türkiyə Atatürk Universitetinin professoru İbrahim Ethem Atnur, Qazaxıstan Respublikası Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbəy Ayağan, Rusiya Elmlər Akademiyası Cənub Elm Mərkəzinin humanitar tədqiqatlar şöbəsinin müdiri, professor Yevgeniy Krinko, Suxumi Dövlət Universiteti Qafqazın Geotarixi və Geosiyasi Araşdırmaları Mərkəzinin prezidenti, professor Quram Marxuliya, Çex Respublikasından tədqiqatçı Pyotr Vaqner, T.Şevçenko adına Kiyev Milli Universitetinin xarici ölkələrin yeni və ən yeni tarixi kafedrasının dosenti Oleq Kupçik, AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı və b. çıxış etmişlər.
Fasilədən sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir. Bölmə iclaslarına AMEA-nın müxbir üzvü Musa Qasımlı, akademik İsmayıl Hacıyev, t.ü.e.d. prof. Sani Hacıyev, t.ü.e.d.,prof. İradə Hüseynova, , s.e.d. prof. Elçin Əhmədov, i.e.d. prof. Zahid Məmmədov, prof. Dr. İbrahim Ethem Atnur, t.ü.e.d. Qasım Hacıyev, dos. Fərhad Məmmədov, t.ü.e.d. prof. Məmməd Fətəliyev, f.ü.e.d. prof. Ramiz Sevdimalıyev, s.e.d. prof. Hikmət Babaoğlu, t.e.d. prof. Nizami Süleymanov, prof.dr. Quram Marxuliya, t.ü.e.d. Şirxan Səlimov, t.ü.e.d. prof. Adil Baxşəliyev, f.ü.e.d. prof. İlham Məmmədzadə, f.ü.e.d. prof. Rəna Mirzəzadə sədrlik etmişlər.