İki ucunun arası çox, çox olan (qısa ziddi). Uzun ağac. Uzun ip. Uzun tir. Uzun saç. – [Laçın] əlində uzun bir dəyənək beş-altı baş keçi və qoyunu otarmağa aparırdı. H.Nəzərli. Ortada uzun, lakin ensiz ayaqaltı xalça salınmışdı. M.İbrahimov. // Uzunluğu bir qədər (lüzumundan) artıq olan. Uzun palto. Uzun köynək. Paltarın qolu uzundur, gödəltmək lazımdır. – Gülşad göyzəmin krepsatindən yaxası düyməli, uzun don geymiş(di). Ə.Əbülhəsən. // Boyca hündür, ucaboylu. Uzun qamət. Uzun boy. – Uzun, motalpapaqlı bir çoban, Sarxanı heç saymayır, ağzına gələni deyirdi. M.Hüseyn.
Uzunsürən, çoxsürən, uzun müddət davam edən. Uzun məruzə. Uzun tənəffüs. Uzun mübahisə. – Kəsilibdir, yoxdur səbrü qərarım; Bir saətim olub uzun illər, hey! M.V.Vidadi. Xülasə, uzun söhbətlər oldu, genə heç kəs bu sirdən agah ola bilmədi. Çəmənzəminli. // Zərf mənasında. Müəllimin getdiyi beş gündü. Bu günlər [Telliyə] çox uzun görünürdü. S.Hüseyn. ..Hər dəqiqəsi bir ömür qədər uzun görünən cəbhə vuruşmasından biryolluq qurtarmaq arzusu artırdı. H.Nəzərli. _ Uzun sürmək (çəkmək) – uzun müddət davam etmək, çox davam etmək, çox çəkmək. [Xudayar bəylə Kərbəlayı Cəfərin] söhbəti çox uzun çəkdi. C.Məmmədquluzadə. Söhbət uzun sürmədi. Ə.Vəliyev. // Sürəkli, davamlı, arasıkəsilməyən. Təkərlərdən tükürpərdən uzun bir səs qopdu. M.Hüseyn. Telefon uzun bir zəng vurdu. B.Bayramov. // zərf Daim, arasıkəsilmədən, həmişə. Uzun danışmaq. – [Səfər:] Rəhmətliyin qızı, hələ uzun ağlayır. C.Cabbarlı.
Lüzumundan artıq, təfsilatlı. Uzun söhbət açmaq. Uzun təfərrüat. – Vuruşarkən uzun (z.) danışmaq mənə çox baha oturdu. M.Hüseyn. Uzun (z.) danışmayın, deyirəm sizə; Dərinizi soymaq borc olsun bizə. S.Rüstəm. 4. məc. Qurtarmayan, həlli çətin, tez başa gəlməyən; dolaşıq, yorucu. Uzun iş. Məsələ uzundur. Uzun həngamədir. – Bunların hamısı [evin təmirinə hazırlıq görülməsi] uzun işdi. C.Məmmədquluzadə. [Qaraş Mayaya:] Sağ ol ki, görən kimi ulduzun barışdı, axı, gəlin-qayınana işi uzun işdir. M.İbrahimov.
Uzunu şəklində – 1) uzunluğu, uzununa ölçüsü, boyu. Xalçanın eni bir, uzunu iki metrdir. – Tövlənin iyirmi səkkiz arşın uzunu, yeddi arşın yarım enidir. Qantəmir; 2) ...boyunca, ...davamınca, ...uzunluğunda. Küçə uzunu bir-birinin ardınca maşınlar düzülüb. Zal uzunu xalçalar döşənib. – Hər iki divar uzunu ağ parusin örtüklü stullar düzülmüşdü. M.Hüseyn. _ İl uzunu – bütün il, ilboyu, bütün il müddətində. İl uzunu çalışmaq. Tədqiqat il uzunu davam etdi. İl uzunu onu görməmişəm. – [Alı Səfi bəyə:] Bizi xam tovlamışdın, il uzunu işlədib, bir qəpik də vermirdin... Daha indi bəy-zad dəbdən düşdü! Çəmənzəminli. İllər uzunu – illərcə. Ey illər uzunu çiçəksiz, otsuz; İlanlar yatağı olan Mil düzü! M.Müşfiq. ◊ Uzun sözün qısası ara s. mənasında – xülasə, bir sözlə, müxtəsər (danışılanlara yekun vurma məqamında işlənir). [Hacı Əhməd Almaza:] Bacıqızı, uzun sözün qısası, biz səndən incimişik. C.Cabbarlı. uzun... – mürəkkəb sözlərin uzunluq bildirən birinci tərkib hissəsi; məs.: uzunayaqlı, uzunbığlı, uzunsürən.