Məzmuna keç

Con Kits

Con Kits
Doğum tarixi 31 oktyabr 1795
Doğum yeri Murgeyt, London
Vəfat tarixi 23 fevral 1821
Vəfat yeri Roma
Dəfn yeri Roma protestant qəbiristanlığı, Grave of John Keats
Vikipediya məqaləsi
Hər təsəvvür etdiyim zirvə və sıldırım İlahi çətinliklərdən mənə deyir ki, göyə baxan xəstə Qartal kimi ölməliyəm.

Con Kits - (31 oktyabr 1795, London, Birləşmiş Krallıq – 23 fevral 1821, Roma) — romantizmin nümayəndəsi, ingilis şair. Şeirləri 25 yaşında vərəmdən vəfat etməzdən 4 il öncə çap olunmağa başlayan və romantik şairlərin ikinci nəslinin ən simalarından biri hesab olunan Kitsin adı Corc Bayron və Persi Biş Şelli kimi şairlərlə yanaşı çəkilir.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ah, kaş ki, düşüncə həyatım yerinə sensasiya həyatı yaşaya biləydim.
  • Beyni inkişaf etdirməyin yeganə yolu hər hansı fikirdə ilişib qalmamaq, bütün düşüncələrə açıq olmaqdır.
  • Biz bunu sınayana qədər heç bir şey real deyil - öz həyatımız buna bir nümunə göstərməyincə, heç bir söz belə real söz deyil.
  • Burada adı suyun üzərində yazılan adam yatır.
  • Bütün çılpaq həqiqətləri daşımaq, ətraf mühiti bütün dincliklə izləmək suverenliyin zirvəsidir.
  • Bütün gözəlliklər qalan sevincdir.
  • Çətinliklər insanın daxili enerjisini gücləndirir -- onlar bizim əsas istəklərimizi həm sığınacaq, həm də ehtiras edir.
  • Çiçək açması üçün torpağın suyunu toplamalıdır.
  • Dünyanın poeziyası ölməzdir.
  • Düşünürəm ki, ölümümdən sonra ingilis şairləri sırasında olacağam.
  • Eşidilən melodiyalar şirindir, amma eşidilməyənlər ən şirindir.
  • Fəlsəfə mələklərin qanadlarını qoparır.
  • Fəlsəfədəki aksiom bədənimizdə doğruluğu sübut olunmayana qədər aksioma deyil: biz heyrətamiz şeylər oxuyuruq, lakin müəlliflə eyni təcrübələrə malik olmayana qədər onları başa düşmürük.
  • Gözəl bir obyekt əbədi bir zövqdür.
  • Gözəl: doğru və doğru: gözəl! - heç vaxt başqa heç nə istəməyin, bundan böyük hikmət yoxdur!
  • Gözəllik həqiqətdir, həqiqət isə gözəllikdir. Yer üzündə bilmək lazım olan hər şey budur.[1]
  • Hər təsəvvür etdiyim zirvə və sıldırım İlahi çətinliklərdən mənə deyir ki, göyə baxan xəstə Qartal kimi ölməliyəm.
  • Hətta arılar da bilirlər ki, ən şirin bal zəhərli çiçəklərdədir.
  • İnsan bunu yaşamayana qədər heç nə aydın deyil. Həyatın onun hikmətini nümunə göstərməyincə, atalar sözü belə atalar sözü deyil.
  • Qəlb məhəbbətlərinin gerçəkliyindən və Xəyalın həqiqətindən başqa heç nəyə əmin deyiləm. Xəyalın dərk etdiyi gözəllik doğru olmalıdır. Xəyal Adəmin yuxusuna bənzədilə bilər. Adəm oyandı və gördü ki, bu həqiqətdir.
  • Mən səni daha çox sevirəm, çünki düşünürəm ki, sən məni yalnız özüm üçün bəyənmisən, başqa heç nə mənə təsir etməyib.
  • Mən şeirlə evlənmək üçün romandan imtina etməyə hazır olan qadınlar görmüşəm.
  • Mənzərələr yaxşıdır, amma insan təbiəti daha yaxşıdır.
  • Ölüm həyatın ən böyük mükafatıdır.
  • Ölümsüzlüyə inanmaq istərdim... Səninlə xoşbəxt olmaq mənim qismətim olsaydı - ən uzun ömür belə qısadır. Kaş ki, ölməzliyə inansaydım - kaş səninlə əbədi yaşayaydım!
  • Sevgi davamlılıq və saflıqdır, nifrət isə ölüm və bədbəxtlikdir.
  • Sevgi mənim dinimdir və mən onun uğrunda ölməyə hazıram.
  • Şair mövzusu olmadığı üçün bu varlıqda ən az poetik subyektdir.
  • Şeir ağacın yarpaqları kimi təbii gəlmirsə, heç gəlməsə yaxşıdır.
  • Şeir böyük və incə olmalıdır, elə bir şey olmalıdır ki, hər kəsin ruhuna girsin və onu özü ilə deyil, mövzusu ilə təəccübləndirsin.
  • Təxəyyülün gözəllik kimi tutduğu şey gerçək olmalıdır.
  • Təməl fəlsəfi həqiqətlər, onları ürək döyüntülərimizlə hiss etsək, ancaq əsas həqiqətlərdir: biz çox gözəl şeylər oxuyuruq, amma özümüz şairin yolu ilə getməyənə qədər onları heç vaxt tam hiss etmirik.
  • Zövq tez-tez bizə baş çəkir, amma kədər bizə amansızcasına yapışır.

İstinadlar

[redaktə]
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı,2014.səh.162