Məzmuna keç

Alfons de Lamartin

Alfons de Lamartin
Doğum tarixi 21 oktyabr 1790
Doğum yeri Makon
Vəfat tarixi 28 fevral 1869
Vəfat yeri Paris
Dəfn yeri Saint-Point
Vikipediya məqaləsi

Alfons Lamartin (Fransız dilində: Alphonse Marie Louis de Prat de Lamartine; 1790–1869) — fransız yazıçısı, şairi, siyasi xadimi.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Allahsız vicdan hakimsiz məhkəmədir.
  • Anamızın gözlərindəki baxış ruhumuzun bir parçasıdır, gözümüzdən bizə nüfuz edən baxışdır.
  • Anarxiya və köləlik padşahların səhvlərini və ya xalqların iğtişaşlarını cəzalandırmaq üçün fürsət gözləyən iki cəza bəlasıdır.
  • Bəzən yalnız bir nəfər itkin düşür və bütün dünya insansız görünür.
  • Bir kişinin içdiyi içkinin nədən ibarət olduğunu bilirsinizmi? Onun içki içdiyi o stəkana şərab deyil, arvad-uşaqlarının göz yaşları və qanı doldurulub.
  • Bütün böyük şeylərin təməlində qadın dayanır.
  • Dostluğun qiymətini ancaq əsl dostun olanda başa düşərsən.
  • Dünya bir kitabdır, hər addımı bizim üçün bir səhifə açır.
  • Dünyaya bir dəfə baxmaq məcburiyyətindəsənsə yalnız İstanbula bax!
  • Əzab iki qəlbi xoşbəxtlikdən daha sıx bağlayır; paylaşılan ağrılar paylaşılan sevinclərdən daha güclü bağ yaradır.
  • Gəzib-dolaşan, düşüncə formasını və həyatını iyirmi dəfə dəyişmiş bir insandan daha kamil insan yoxdur.
  • Heç bir fırça və qələm İstanbulun gözəlliyini hərtərəfli təsvir edə bilməz.
  • Hər bir ailə bir tarixdir. Hətta oxuya bilənlər üçün bir dastandır.
  • Həyatın mənası aramsız axtarışlardan ibarətdir.
  • Xalq ancaq hiss etdiyini başa düşür. Xalq yalnız onun hisslərini coşdurmağı bacaranları gözəl natiq zənn edir.
  • Xalq ölkənin ürəyidir.
  • İnsan ən gözəl yuxularında belə təbiətdən gözəl bir şey təsəvvür edə bilməz.
  • İnsanlara insan kimi münasibət bəsləməliyik. Pislik edə-edə, tər tökə-tökə kölə kimi yaşamağa son qoymalıyıq.
  • İnsanların böyüklüyü nə ilə ölçülürsə ölçülsün, dünyaya Həzrəti Məhəmməddən böyük bir insan gəlməyəcək.
  • İnsanlığa şərəf verən türk millətinə düşmən olmaq insanlığa düşmən olmaqdır.
  • İrq və millət olaraq məncə Türklər geniş imperatorluqlar içində yaşayan qövmlərin ən zadəganı və öndə gələnidir. Dini, sosial və ənənə fəzilətləri, bitərəf olanlar üçün təqdir və heyranlıq qaynağıdır.
  • Kilsə islahatçılara deyil, müqəddəslərə ehtiyac duyur.
  • Qorxu və ümid bir-birinə bağlıdır: qorxusuz ümid, ümidsiz də qorxu ola bilməz.
  • Məqsədin böyüklüyü, vasitələrin kiçikliyi və heyrətamiz nəticələr bəşər dühasının üç meyarıdırsa, o, tarixdəki istənilən böyük insanı Məhəmmədlə müqayisə etməyə cəsarət edə bilər.? Ən məşhur insanlar yalnız silahlar, qanunlar və imperiyalar yaratdılar. Onlar, ümumiyyətlə, gözləri qarşısında tez-tez dağılan maddi güclərdən başqa bir şey qurmadılar. Bu adam təkcə orduları, qanunları, imperiyaları, xalqları, sülalələri deyil, o zamanlar məskunlaşan dünyanın üçdə birində milyonlarla insanı köçürdü; və daha çox qurbangahları, tanrıları, dinləri, ideyaları, inancları və ruhları köçürdü. Filosof, natiq, həvari, qanunverici, ideyalar qalibi, rasional inancları bərpa edən… İyirmi yerüstü imperiyanın və bir mənəvi imperiyanın qurucusu – yəni Məhəmməddir. İnsanın böyüklüyünün ölçülə biləcəyi bütün meyarlara gəlincə, soruşa bilərik ki, ondan böyük insan varmı?
  • Şairlər səssizlərin səsidir.
  • Şairlər və qəhrəmanlar bir tayfadır. Onların arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin seyr etdiklərini həyata keçirirlər.[1]
  • Şairlər və qəhrəmanlar arasındakı fərq ideya və əməl arasındakı fərq kimidir. Qəhrəmanlar şairlərin fəhm etdiklərini həyata keçirirlər.[1]
  • Sevgi tək qaldı, silinmiş bir xəyalın böyük bir obrazı kimi.
  • Sevilmək üçün sevmək insandır, sevmək üçün sevmək isə mələkdir.
  • Tanrı dünyanın varlığını izah edən yuxu sözündən başqa bir şey deyil.
  • Tarix hadisələrə açıq fikirlə və təmkinlə yanaşmalıdır. Əks təqdirdə, o, dəhşətə gələcək və öyrənməyə götürdüyü şeyin əsl mahiyyətini başa düşməyəcək.
  • Təcrübə müdrik insanların yeganə peyğəmbərliyidir.
  • Tək bir adam üçün darıxarsınız və hər yer kimsəsiz gələr.
  • Tənqid gücsüzün gücüdür.
  • Vətəni yaradan ölülərin külü idi.
  • Vicdan Allahın daxilimizdəki səsidir.[1]
  • Vicdan ən ali qanundur.
  • Vicdan qanunlar qanunudur.
  • Yoxsulluq, narahat, üsyankar, lakin təbiətcə maraqsız, inqilabların hücum ordusudur. Sərvət, eqoist və hərəkətsiz, mövcud qurumları müdafiə edən müdafiə ordusudur.

İstinadlar

[redaktə]