Zimbabve
Zimbabve | |||||
---|---|---|---|---|---|
Republic of Zimbabwe | |||||
| |||||
«Birlik, Azadlıq, İş»[1] | |||||
Himn: «Zimbabve torpağı mübarək olsun»[2]: |
|||||
Tarixi | |||||
Rəsmi dilləri | |||||
Paytaxt | Harare | ||||
İdarəetmə forması | Prezident respublika | ||||
Prezident | Emmerson Mnanqaqva | ||||
Sahəsi | Dünyada 61-ci | ||||
• Ümumi | 390580 km² | ||||
• Su sahəsi (%) | 1 | ||||
Əhalisi | |||||
• Əhali | 14,5 milyon nəfər (71-ci) | ||||
• Siyahıyaalma (17.VIII.2012) | 13 061 239 nəf. | ||||
• Sıxlıq | 37 nəf./km² | ||||
• Ümumi | 28.371.238.666 $[4], 20.678.055.598 $[4] | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 27,1 milyard dollar (132-ci) | ||||
• Adambaşına | 2 000 dollar (203-cü) | ||||
Valyuta | ABŞ dolları, funt sterlinq, Avstraliya dolları, avro, Cənubi Afrika randı, Yapon yeni, Çin yuanı, Hindistan rupisi | ||||
İnternet domeni | .zw | ||||
ISO kodu | ZW | ||||
BOK kodu | ZIM | ||||
Telefon kodu | +263 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sol[d] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Zimbabve (ing. Zimbabwe) və ya rəsmi adı ilə Zimbabve Respublikası (ing. Republic of Zimbabwe; şona. Nyika yeZimbabwe; şi.nde. Ilizwe leZimbabwe; nıya. Dziko la Zimbabwe; nam. Inyika yeZimbabwe; tso. Tiko ra Zimbabwe; soto. Naha ya Zimbabwe; ven. Shango ḽa Zimbabwe; xosa. Ilizwe lase-Zimbabwe) — Cənubi Afrikada dövlət. Zimbabve dənizə çıxışı olmayan ölkələrdən biridir və ərazisi Zambezi və Limpopo çaylarının arasında yerləşir. Şimal-qərbdən Zambiya, qərbdən Bostvana, cənubdan Cənubi Afrika Respublikası, şərqdən isə Mozambik ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Harare, ümumi sahəsi 390,757 kvadrat kilometr, əhalisinin sayı 14 milyon nəfərdən çoxdur.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Zimbabve Afrikanın cənubunda yerləşən bir ölkədir. Zimbabve Mozambik, Zambiya, Botsvana və CAR-la həmsərhəddir.Zimbabve ərazisinin çox hissəsini Matabele və Maşona yaylaları tutur.Şərqdə yerləşən Inyanqani zirvə (2592 m) yüksəlir .Şimalda Zambiya ilə sərhəd boyu Zambezi çayı axır. Orta axarında böyük Kariba su anbarı qurulmuşdu IV əsrdə Banbu qəbilələri ərazini ələ keçirirlər. XV əsrdə bugünkü Fort Viktoriya şəhəri (hazırda Masvinqo şəhəri) yaxınlığında Zimbabve və ya Böyük Zimbabve olaraq tanınan yerdə bir din və ticarət mərkəzi quruldu. XV əsrdə Mutota və Matope idarəçiləri şərqdə Hind okeanına və qərbdə Kalaxari səhrasına qədər uzanan bir krallıq qurdular. Sonradan bu krallığa Portuqaliya Monomotapa krallığı adını verdi.
1505-ci ildə Portuqaliya bölgəni ələ keçirir və ticarət yollarını nəzarətdə saxlayır. Portuqaliyanın Zambezinin yuxarılarına doğru hərəkəti Monomotapa Krallığını zəiflətdir. Ölkə 1830-cu illərda cənubdan gələn qövmlər tərəfindən zəbt edildi. Bunlardan ən əhəmiyyətlisi əsas etibarilə günümüzdəki Zimbabvenin cənub qisimində yerləşmiş olan Nidebele qəbiləsi idi.
1888-ci ildə İngilis Cecil Rods mədən işlətmə imtiyazı əldə etdi. Bunun qurduğu İngilis "Cənubi Afrika" şirkəti 1889-cu ildən 1923-cü ilə qədər ölkədə siyasi və iqtisadi idarəni əlində saxladı. Rods 1923-cü ildə Cənubi Rodeziyada (bugünkü Zimbabve) siyasi iqtidarı ağdərili azlığa verən konstitusiya qəbul edərək muxtar bir müstəmləkə kimi İngiltərənin nəzarətinə keçirdi. 1953-cü ildə Cənubi və Şimali Rodeziya (indiki Zambiya) və Niyasaland (indiki Malavi) Rodeziya və Niyasaland Federasiyasını quraraq birləşdilər. Federasiya 1963-cü ildə dağıldı. 1964-cü ildə Şimal Rodeziya və Niyasaland ağdərililərin idarəsində müstəqilliklərini qazandılar.
Tarixi
[redaktə | vikimətni redaktə et]IV əsrdə Banbu qəbilələri ərazini ələ keçirirlər. XV əsrdə bugünkü Fort Viktoriya şəhəri (hazırda Masvinqo şəhəri) yaxınlığında Zimbabve və ya Böyük Zimbabve olaraq tanınan yerdə bir din və ticarət mərkəzi quruldu. XV əsrdə Mutota və Matope idarəçiləri şərqdə Hind okeanına və qərbdə Kalaxari səhrasına qədər uzanan bir krallıq qurdular. Sonradan bu krallığa Portuqaliya Monomotapa krallığı adını verdi.
1505-ci ildə Portuqaliya bölgəni ələ keçirir və ticarət yollarını nəzarətdə saxlayır. Portuqaliyanın Zambezinin yuxarılarına doğru hərəkəti Monomotapa Krallığını zəiflətdir. Ölkə 1830-cu illərda cənubdan gələn qövmlər tərəfindən zəbt edildi. Bunlardan ən əhəmiyyətlisi əsas etibarilə günümüzdəki Zimbabvenin cənub qisimində yerləşmiş olan Nidebele qəbiləsi idi.
1888-ci ildə İngilis Cecil Rods mədən işlətmə imtiyazı əldə etdi. Bunun qurduğu İngilis "Cənubi Afrika" şirkəti 1889-cu ildən 1923-cü ilə qədər ölkədə siyasi və iqtisadi idarəni əlində saxladı. Rods 1923-cü ildə Cənubi Rodeziyada (bugünkü Zimbabve) siyasi iqtidarı ağdərili azlığa verən konstitusiya qəbul edərək muxtar bir müstəmləkə kimi İngiltərənin nəzarətinə keçirdi. 1953-cü ildə Cənubi və Şimali Rodeziya (indiki Zambiya) və Niyasaland (indiki Malavi) Rodeziya və Niyasaland Federasiyasını quraraq birləşdilər. Federasiya 1963-cü ildə dağıldı. 1964-cü ildə Şimal Rodeziya və Niyasaland ağdərililərin idarəsində müstəqilliklərini qazandılar.
1953-cü ildə Zimbabve Cənubi Rodeziya və Nyaslənd Federasiyasında birləşir. Ancaq 10 il sonra federasiya dağılır. 11 noyabr 1965-ci ildə Baş nazir İan D. Smit təktərəfli olaraq Rodeziyanın müstəqilliyini elan etdi. Birləşmiş Krallıq buna qarşı çıxdı və BMT vasitəsiylə iqtisadi sanksiyalar tətbiq edildi. Məsələn, Rodeziyaya gəmiylə neft ixracına embarqo qoyuldu. Bununla birlikdə bir miqdar neft və benzin Cənubi Afrikadan və Mozambikdən ölkəyə idxal edilirdi. May 1968-ci ildə BMT Təhlükəsizlik Şurası ticarət embarqosu qoydurdu. Britaniyanın təzyiqlərinə baxmayaraq, Mart 1970-ci ildə ölkə respublika elan edildi. 1972-ci ilin dekabrında afrikalılar ağ rəhbərliyə qarşı partizan döyüşü başlatdılar. 1978-ci ilin ortasına qədər altı mindən artıq əsgər və vətəndaş müharibədə öldürüldü. Rodeziya qruplaşmaları partizanları məğlub etdi. 1978-ci ildə iqtidar zəncilərin keçənə qədər idarə Simit və üç tanınmış zənci liderin əlində olmaqla razılaşma imzalandı.
21 aprel 1979-cu ildə ölkənin hər kəsə səs vermə haqqının verildiyi ilk ümumi seçkidə zəncilərin qələbə qazandığı parlament fəaliyyətə başladı. Birləşmiş Krallığın Tetçer hökuməti 1979-cu ildə Zimbabve ilə münasibətlərini normal hala gətirmək üçün səy göstərməyə başladı. Zimbabve nəhayət 18 aprel 1980-ci ildə tam müstəqilliyinə qovuşdu. Seçkilər nəticəsində 70-ci illərdə azadlıq müharibəsində ad çıxarmış Robert Muqabe hakimiyyətə gəlir. İndiki vaxtda da dövlət başçısı olan Muqabe, 1993-cü ildə müxtəlif qarışıqlıqlara baxmayaraq rəhbərlikdə qalmağı bacardı.[5]
390 min 759 km² ərazisi olan Zimbabve 8 əyalətdən ibarətdir. Tipik kənd ölkəsi olan Zimbabvedə 12 milyonluq əhalinin (2007-ci il məlumatına əsasən) 80 faizi kəndlərdə yaşayır. Əhalinin 96 faizini yerli afrikalılar, 3 faizini ağlar, 1 faizini isə asiyalılar təşkil edir. Rəsmi dövlət dili ingilis dili olsa da, əhalinin böyük qismi yerli dillərdə danışır. Əhalinin 45 faizi yazıb-oxumağı bacarır. İkipalatalı parlamentin yuxarı palatasında (Senat) 40, aşağı palata-Nümayəndələr Məclisinin isə 100 üzvü var. Senatın 10, Nümayəndələr Məclisinin isə 20 üzvü prezident tərəfindən təyin olunur. Robert Muqabe Zimbabveni tipik diktatura ölkəsinə çevirib. Zimbabve Afrikada işsizliyin və kasıblığın ən yüksək həddə olduğu ölkələrdən biridir. Bu ölkədə hər 100 adamdan 85-i işsizdir, inflyasiyanın səviyyəsi isə dünyada ən yüksək həddədir. Eyni zamanda Zimbabve dolları dünyanın ən ölü valyutası hesab olunur. Ölkədə bir çörək bir milyard Zimbabve dollarına satılır. Beynəlxalq təşkilatlar dəfələrlə bu Afrika ölkəsindəki vəziyyəti kəskin şəkildə tənqid ediblər. Artıq 30 ildən çoxdur ölkəni idarə edən Robert Muqabe təzyiqlərə baxmayaraq hakimiyyətdən imtina etmək istəmir. Dünyanın ən yaşlı prezidenti olan Muqabenin 2018-ci il prezident seçkilərində də namizədliyinin irəli sürüləcəyi açıqlanıb.[6] Zimbabve bir qayda olaraq dünyada iqtisadi, siyasi azadlıqlarla bağlı hesabatlarda sonuncu yerləri tutur.[7]
Zimbabve şəhərlərinin siyahısı
[redaktə | vikimətni redaktə et]- Harare
- Bulavayo
- Çitunqviza
- Mutare
- Gveru
- Epvort
- Kvekve
- Kadoma
- Masvinqo
- Çinhoyi
- Marondera
- Norton
- Çequtu
- Bindura
- Zvishavane
- Hvanqe
- Redklif
- Ruva
- Rusape
- Çiredzi
- Beitbric
- Kariba
- Karoy
- Gokve
- Chipinge
- Shurugwi
- Gwanda
- Mashava
- Chivhu
- Shamva
- Mazowe
- Glendale
- Penhalonga
- Mhangura
- Chakari
- Mount Darwin
- Lupane
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Zimbabwe". The Beaver County Times. 13 September 1981. 11 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 November 2011.
- ↑ "The World Factbook – Zimbabwe". Central Intelligence Agency. 2020-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-09-03.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 6 // Constitution of Zimbabwe.
- ↑ 1 2 https://data.worldbank.org/indicator/NY.GDP.MKTP.CD. Dünya Bankı.
- ↑ "[[Cənubi Afrika Respublikası]] - Zimbabve". 2011-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-03-01.
- ↑ "36 ilin prezidenti 92 yaşlı Muqabe yenə namizəddir". lent.az. 2016-12-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 dekabr 2016.
- ↑ "AZƏRBAYCANIN SİYAHI "YOLDAŞI" ZİMBABVE". 2012-01-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-19.
Coğrafiya Ensiklopediyası.2-ci kitab