46°11′00″ şm. e. 18°23′00″ ş. u.HGYO

Zenqyo

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Zenqyo
mac. Zengő
Dağın görünüşü
Dağın görünüşü
Ümumi məlumatlar
Dağ silsiləsi Meçek
Mütləq hündürlüyü 682[1]
Yerləşməsi
46°11′00″ şm. e. 18°23′00″ ş. u.HGYO
Ölkə  Macarıstan
Zenqyo xəritədə
Zenqyo
Zenqyo
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zenqyo (Zenqyovar; mac. Zengő; xorv. Zenka[2]) — Macarıstanın (Baran medesi) cənubunda yerləşən, Meçek massivinin ən yüksək dağıdır. Dağın hündürlüyü 682 metr təşkil edir.[1] Zirvə massivin cənub-şərq hissəsində yerləşmişdir. Dağın zirvəsində gözətçi qalayla yanaşı, kiçik orta əsr qalasının xarabalıqları yerləşir. Bu qala Roma İmperiyası dövründə tikilməsi güman olunan gözətçi qülləsinin qalıqları hesab olunur.

Dağda Trias dövrünə mənsub olan əhəngdaşları süxurlar şəklində toplanmışdır.[3] Zenqyo yamacından Vyoldşeqi-Patak çayı öz başlanğıcını götürür. Dağ enliyarpaqlı, əsasən fıstıq meşələri ilə örtülmüşdür. Yalnız bəzi kölgəli yerlərdə nadir iynəyarpaqlı ağaclara da rast gəlmək mümkündür.

Zirvəyə qədər Peçvarad və Xossuxeten yaşayış məntəqələrini görmək olar. Dağın daha hündür nöqtələrindən Drava və Dunay vadilərinə mənzərəli görüntü açılır.[4].

Dağın adı hərfi tərcümədə uca mənasına gəlir. Yerli əfsanəyə əsasən, dağdan vaxtaşırı eşidilən səslər xəzinə axtarışı üçün ovçuları dağa qalxmağa məcbur etmişdir. Ovçuların dağa getməsi yüz illər boyu davam etmiş, lakin heç biri geri qayıtmamışdır.

Radar tikintisinin planı

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə macar hökuməti planın icra edilməsinə cəhd göstərsələr də, yerli sakinlərin və yaşıl aktivistlərin sərt şəkildə narazılığına görə NATO RLS-i tikməkdən imtina etmişdir. Buna səbəb kimi yerli sakinlər radarın tikintisinin yol infrastrukturuna və dağlarda yaşayan, ciddi nəzarət altında qorunan növlərə zərər verə biləciyini göstərmişdir. Nadir növlərdən olan dərman pionu, meymun səhləbi, qızılı buten və digər növlər bu dağlarda bitir. Nadir gül növü sayılan dərman pionunun ümumi bitmə ərazisinin 90%-i bu dağın payına düşür. Son illərdə Zenqyoda radarın tikintisi planlarına qarşı aparılan mübarizələr macar ekoloji aktivistlərinin ən müvəffəqiyyətli aksiyalarından biri hesab olunur.

  1. 1 2 Pierre Jolivet, Jorge Santiago-Blay, Michael Schmitt, Research of chrysomelidae, BRILL, 2009 p. 236 [1] Arxivləşdirilib 2022-04-07 at the Wayback Machine
  2.  (xorv.) "Folia onomastica croatica 14/2005". 2020-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-27. (462 KB) Živko Mandić: Hrvatska imena naseljenih mjesta u Madžarskoj,
  3. Основы карстоведения: Том II.
  4. Венгрия: очерки физической и экономической географии. 1962