Zaslavl
Şəhər | |||
Zaslavl | |||
---|---|---|---|
belar. Заслаўе rus. Заславль | |||
|
|||
54°00′30″ şm. e. 27°17′05″ ş. u.HGYO | |||
Ölkə | Belarus | ||
Vilayət | [[ Minsk]] | ||
Rayon | [[ Minsk]] | ||
Şəhər şurası başçısı | Kartaşyova Svetlana Petrovna | ||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 985 | ||
İlk məlumat | 1127 — 1128 | ||
Əvvəlki adı | İzyaslavl | ||
Yaşayış məntəqəsi statuslu | 1985 | ||
Sahəsi | 14,2 km² | ||
Mərkəzin hündürlüyü | 211 m | ||
Saat qurşağı | UTC+3 | ||
Əhalisi | |||
Əhalisi | 14.880[1] nəfər (1 yanvar 2015) | ||
Rəsmi dili | Belarus dili | ||
Rəqəmsal identifikatorlar | |||
Telefon kodu | +375 17 | ||
Poçt indeksi | 223034, 223036 | ||
Nəqliyyat kodu | 5 | ||
Digər | |||
zaslavl.minskregion.by | |||
Vikianbarda əlaqəli mediafayllar |
Zaslavl (belar. Засла́ўе, [[Beynəlxalq fonetik əlifba|[zaˈsɫau̯je]]]; rus. Заславль; pol. Zasław) — Minsk vilayətində, Minsk şəhərinin 27 km[2] şimal-qərbində yerləşən tarixi şəhər. 2015-ci ilin məlumatına görə əhalisi 14.880 nəfərdən ibarət idi.
Tarix
[redaktə | mənbəni redaktə et]Xronikalara görə Zaslavl şəhəri 985-ci ildə arvadı Roqnedanı və oğlu İsyaslavı oraya yaşamağa göndərmiş Böyük Vladimir tərəfindən salınmışdır. Şəhərin müasir adı Böyük Vladimirin oğlu İzyaslavın adından törənmişdir.
Orta əsrlərdə şəhər Zaslavl hersoqluğunun mərkəzi olmuşdur. XI əsrdə şəhər xeyli güclənmişdir. Ərazisinin çox arxeoloji qoruq elan edilmişdir. Burada açıq havada İzyaslav və Roqnedanın heykəlləri var.
Reformasiya dövründə şəhər kalvinistlər və sosinianistlər məskən salmışdılar.
Zaslavl 1941-ci ildən 1944-cü ilə kimi Nasist Almaniyasının işğalı altında olmuşdur. 1939-cu ildə yəhudilər şəhər əhalisinin 9 %-i təşkil edirdilər (248 nəfər). 1941-ci ilin oktyabrında almanlar 100 yəhudini gettoya (SSRİ ordusunun tikdiyi keçmiş sərhədçi binası) toplamışdılar. Çölə çıxmaq qadağan edilmişdi və onlar qida əldə edə bilməmişdirlər. Getto çəpərlərlə əhatə olunmuşdu və gecə-gündüz nəzarət altında idi. 16 və 27 sentyabr 1941-ci ildə bütün yəhudi kişilər öldürüldü (azı 20 nəfər), onlardan 12-i getto binasından yandırıldı. 29 sentyabrda çoxu qadın və uşaq olmaqla 100-ə qədər yəhudi Minskə köçürmək bəhanəsi ilə at arabalarında gettonun xaricinə çıxarıldı. Onların hamısı Sloboda kəndinin yaxınlığındakı meşədə güllələnmişdilər. Bu hadisədən sonra Bazarnaya küçəsində yerləşən bir binada hələ də 35 yəhudi qadını saxlanılırdı. Onlar 29 oktyabr 1941-ci ildə güllələnənə qədər icbari əməyə sövq edilmişdilər.[3]
Coğrafiya
[redaktə | mənbəni redaktə et]Zaslavl şəhəri Minsk şəhərinin şimal-qərbində yerləşir, onun şəhər bölgəsinin bir hissəsidir, Fanipol və Maçulişi şəhərləri ilə birlikdə bu bölgənin ən əhəmiyyətli şəhərlərindən biridir.
Yerlər
[redaktə | mənbəni redaktə et]Zaslavl şəhərinin tarixi görməli yerlərinin hamısı Belarus dəmiryolu stansiyasından elə də uzaqda olmayan şəhərin işgüzar hissəsində yerləşir. Onlardan ən maraqlısı XI-XII əsrlərə aid edilən Zameçek qalasıdır.[2] Val yerinə şəhər divarları, Xilaskar şəkildəyişməsi kilsəsi (hazırda qorunan, 1577-ci[2] ildə tikilmiş kalvinist kilsəsi), Fara Müqəddəs Meri kilsəsi (XVIII əsrdən qalma), dəmirçixana,[2] anbar[2] və buxar dəyirmanı daxildir. Şəhərdə etnoqrafiya muzeyi fəaliyyət göstərir.[2]
Məşhur şəxslər
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Статистический бюллетень "Численность населения на 1 января 2015 года и среднегодовая численность населения за 2014 год по Республике Беларусь в разрезе областей, районов, городов, поселков городского типа", Белстат". 2015-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-10.
- ↑ 1 2 3 4 5 6 Globus-tut. "Заславль - Город, Минский район, Минская область". 2014-06-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
- ↑ Yahadmap. "Execution of Jews in Zaslavl" (ingilis). 2016-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 aprel 2016.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Zaslavl mənzərələri Arxivləşdirilib 2014-06-14 at the Wayback Machine
- Radzima.org saytında şəkillər