Yuqoslaviya dinarı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Dinar üç Yuqoslaviya dövlətlərin valyutası idi: Yuqoslaviya krallığı (keçmiş Serblər, Xorvatlar və Slovenlər krallığı), YSFRYFR. Dinar 100 paradan ibarət idi.

1918-ci il dinarı

[redaktə | vikimətni redaktə et]

1920-ci ildə Serblər, Xorvatlar və Slovenlər Krallığının Milli Bankı 10, 100 və 1000 dinarlıq əskinaslar buraxdı. 1929-cu ildə ölkənin adı Yuqoslaviya ilə dəyişdirildikdən sonra şəkli dəyişdirilmiş 10 və 100 dinarlıq əskinaslar buraxıldı. 1931-ci ildə yeni 1000 dinar, 1935-ci ildə isə 500 dinarlıq əsginas buraxıldı. 1939-cu ildə 10 dinar dəyərində yeni dizayna malik banknotlar buraxıldı.

1944-cü il dinarı

[redaktə | vikimətni redaktə et]

1944-cü ildə Demokratik Federal Yuqoslaviyası 1, 5, 10, 20, 50, 100, 500 və 1000 dinarlıq əskinaslar buraxdı. Daha sonra, 1946-cı ildə Yuqoslaviya Federal Xalq Respublikasının Milli Bankı tərəfindən 50, 100, 500 və 1000 dinar nominallı əskinaslar buraxıldı. 1950-ci ildə 5000 dinarlıq əskinas tətbiq edildi.

Dinar kollaborasionist hakimiyyətin buraxdığı serb dinarı (1 yuqoslav : 20 serb) və MXD-nın kunasını əvəzlədi (1 dinar : 40 kuna).

Həmçinin, 50 para, 1, 2 və 5 dinar dəyərində sink sikkələri buraxılırdı. Nominal latınca, ölkənin adı (Yuqoslaviya) isə kiril hərfləri ilə yazılırdı. 1953-cü ildə 50 para, 1, 2 və 5 dinar alüminium sikkələr buraxıldı, onun üstündə ölkə adı və nominal həm kiril, həm də latın hərfləri ilə yazılırdılar. 1955-ci ildə 10, 20 və 50 dinar dəyərində sikkələr zərb edildi.

1963-cü ildə elə həmən sikkələri (50 paradan başqa) artıq yeni ölkə adı altında zərb olunurdu — Yuqoslaviya Sosialist Federal Respublikası.

1966—1989-cu illər

[redaktə | vikimətni redaktə et]

1966-cı ildə 5, 10, 50 və 100 dinar nominallı əskinaslar dövriyyəyə buraxıldı (1965-ci il tarixli). 500 dinarlıq əskinas 1970-ci ildə tətbiq edildi, 1974-cü ildə isə 20 və 1000 dinar da əlavə edildi.

Ayrıca, nominalı 4 dildə olan sikkələr zərb edilməyə başlandı. İlk seriya (1965-ci il) 5 para (birdilli nominalı olan variant da var idi), 10, 20, 50 para və 1 dinardan (1965 — bir dil, 1968 — iki dil) ibarət idi. 1970-ci ildən başlayaraq 1, 2, 5 və 10 dinar (çələng və ulduzlarla çərçivələnmiş nominal 4 dildə idi) nominallı yeni sikkələr seriyası buraxıldı.

1982-ci ildən yeni seriya sikkələr buraxıldı. Üzərində nominal əks olunan tərəfin dizaynı sadələşdirildi. 25, 50 para və 1, 2, 5 (1982—1986), 10 (1982—1988), 20 (1985—1987), 50 (1985—1988), 100 (1985—1988) dinar sikkələri buraxıldı.

1988—1989-cu illərdə, inflyasiya nisbəti tədricən artdığı vaxt, 10, 20, 50, 100 dinar kimi böyük nominallı bir sıra sikkələr meydana çıxdı.

1965—1986-cı illər seriyası
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas
rənglər
Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
5 135×64 yaşıl Oraqlı qız tarla işləri 1965
123×59 Nominal 1968
10 142×68 qəhvəyi tökmə sobasının fonunda poladəridən metallurgiya kombinatı 1965
131×62 Nominal 1968 1978
1981
20 139×66 bənövşəyi limanda gəmi Nominal 1974 1978
1981
50 150×70 göy İvan Meştroviçin Belqrad şəhərində yerləşən Serbiya parlament binasındaki barelyefi Serbiya parlament binası 1965
139×66 Nominal 1968 1978
1981
100 147×70 qırmızı Antun Avqustinçiçin BMT-nin Nyu Yorkdaki baş qərargahının binası qarşısında "Sülh" heykəli Nominal 1965 1978
1981 1986
500 155×74 оливково-yaşıl Nikola Teslanın Niaqara Fols şəhərindəki heykəli Nominal 1970 1978
1981 1986
1000 163×78 sürməyi Əlində meyvələr olan qadın Nominal 1974 1978
1981
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel
1985—1989-cu illər seriyası
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas
rənglər
Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
5000 165×76 göy,
bənövşəyi
İosip Broz Tito Yaytse panorması 1985
20 000 170×78 qəhvəyi şaxtaçı qazmaçı kombayn 1987
50 000 175×80 yaşıl xanım Dubrovnik panoraması 1988
100 000 180×82 qırmızı gənc qız hərflər və rəqəmlər 1989
500 000 145×75 bənövşəyi Mrakovitsedəki xatirə kompleksi Qəhramanlar vadisində ölən döyüşçülərə həsr olunmuş heykəl 1989
1 milyon 151×72 sarı-yaşıl,
narıncı
gənc kəndli qadın buğda sünbülü 1989
2 milyon 145×75 qəhvəyi Mrakovitsedəki xatirə kompleksi Kraquyevatsdaki "qırılmış qanad" heykəli 1989
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel

1985-ci ildə yeni banknot seriyasına istehsalına başladı. İlk buraxılan prezident Titonun portreti olan 5000 dinar bonu idi. İnflyasiya gücləndikcə bonlar daha da böyük nominallarda buraxıldı: 20.000 dinar (1987-ci ildə); 50.000 dinar (1988-ci ildə); 100.000, 500.000, 1 milyon və 2 milyon dinar (1989-cu ildə). 2 milyon dinarlıq əskinasın digərlərindən fərqi o idi ki, üzərində portret əvəzinə Kozara dağındakı monumentin şəkli təsvir olunmuşdur.

1990-cı il dinarı

[redaktə | vikimətni redaktə et]

1990-cı ildə nominal 1:10 000 nisbətində denominasiya reallaşdı və 10, 50, 100, 200, 500 və 1000 dinarlıq yeni banknotlar buraxıldı. Yeni bonun dizaynı alıcılıq qabiliyyəti baxımından müvafiq olan köhnə bonun dizaynına bənzəyirdi. 1991-ci ildə 5000 dinarlıq əskinas təqdim edildi. 1991-ci ildə 5000 dinarlıq banknot təqdim olundu.

Həmçinin, 10, 20 və 50 para və 1, 2 və 5 dinar nominalında sikkələr zərb olunurdu. Dizayn olaraq kiçik ölçü fərqləri xaricində əvvəlki dinarın sikkələrindən heç bir fərqi yox idi.

1990—1991-ci il seriyası
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas

rənglər

Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
10 139×66 qırmızı balaca qız hərflər və rəqəmlər 1990
50 145×75 bənövşəyi мемориальный комплекс в Мраковице Qəhramanlar vadisində ölən döyüşçülərə həsr olunmuş heykəl 1990
147×70 balaca oğlan qızılgüllər
100 151×72 sarı-yaşıl,
narıncı
gənc kəndli qadın buğda sünbülü 1990
sarı-yaşıl 1991
200 145×75 qəhvəyi Mrakovitsedəki xatirə

kompleksi

Kraquyevatsdaki "qırılmış qanad" heykəli 1990
500 159×76 göy gənc oğlan dağ mənzərəsi 1990
qəhvəyi,
narıncı
1991
1000 163×78 qəhvəyi,
narıncı
Nikola Tesla Tesla transformatoru 1990
göy 1991
5000 167×80 bənövşəyi İvo Andriç Drina körpüsü 1991
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel

1992—1993-cü illər dinarı

[redaktə | vikimətni redaktə et]

Banknotların yeni seriyası 1992-ci ildə tətbiq olundu. O, 100, 500, 1000, 5000, 10 000 və 50 000 nominal dəyərində bondan ibarət idi. Həmçinin, 1993-cü ildə 100 000, 500 000, 1 mln, 5 mln, 10 mln, 50 mln, 100 mln, 500 mln, 1 mlrd и 10 mlrd dinar bonları buraxıldı. Əlavə olaraq, 1, 2, 5, 10 və 50 dinar sikkələri zərb olunurdu. Onların dizayn xüsusiyyəti nominal nömrələrinin çox böyük və qalın olması idi. Bu sikkə buraxılışından başlayaraq və demək olar ki Yuqoslaviya dağılana qədər arxa tərəfdə gerb əvəzinə Milli Bankın emblemi təsvir olunurdu.

Серия 1992—1993 года
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas
rəngləri
Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
100 151×72 göy,
boz
gənc kəndli qadın buğda sünbülü 1992
500 159×76 bənövşəyi gənc oğlan dağ mənzərəsi 1992
1000 163×78 qırmızı Nikola Tesla Tesla transformatoru 1992
5000 167×80 göy-yaşıl
sarı-yaşıl
İvo Andriç Drina körpüsü 1992
10 000 139×66 qəhvəyi balaca qız hərflər və rəqəmlər 1992
50 000 147×70 yaşıl,
bənövşəyi
balaca oğlan qızılgüllər 1992
100 000 151×72 sarı-yaşıl ,
narıncı
gənc kəndli qadın günəbaxanlar 1993
500 000 159×76 göy,
bənövşəyi
gənc oğlan Kopaonik dağ xizək kurortu 1993
1 mln 147×70 bənövşəyi,
göy,
narıncı
balaca oğlan süsən çiçəkləri 1993
5 mln 163×78 bənövşəyi,
göy
Nikola Tesla Tesla transformatoru,

Cerdap I SES-in plotinası

1993
10 mln 167×80 boz-yaşıl İvo Andriç Serbiya Milli Kitabxanasının binası 1993
50 mln 139×66 narıncı,
boz
balaca qız Belqrad Universitetinin binasl 1993
100 mln 159×76 göy,
boz
gənc oğlan Serbiya Elmlər və İncənət Akademiyasnın binası 1993
500 mln 151×72 bənövşəyi,
boz
gənc kəndli qadın Zemun şəhərindəki

Kənd Təsərrüfatı Fakültəsinin binası

1993
1 mlrd 178×82 qırmızı balaca qız Xalq məclisinin binası 1993
10 mlrd 163×78 bənövşəyi,
çəhrayı
Nikola Tesla Tesla transformatoru 1993
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel

1993-cü il dinarı

[redaktə | vikimətni redaktə et]

Bu ilin buraxılışında 5000, 10 000, 50 000, 500 000, 5 mln, 50 mln, 500 mln, 5 mlrd, 50 mlrd və 500 mlrd nominallarında dinar çap olundu. Nominalların qeyri-adi ardıcıllığı Yuqoslaviyada hiperinflyasiya ilə əlaqəli idi.

Həmçinin, 1, 2, 5 (altıbucaqlı nominal) və 10, 50, 100 və 500 (səkkizbucaqlı nominal) dinar nominalında sikkələr zərb olundu.

Серия 1993 года
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas
rəngləri
Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
5000 158×76 qəhvəyi,
sarı-yaşıl
Nikola Tesla Belqraddaki Tesla muzeyi 1993
10 000 163×78 boz,
yaşıl,
narıncı
Vuk Karacic Trşiç monastırı,
serb əlifbası
1993
50 000 138×65 göy,
çəhrayı
II Pyotr Petroviç Çetinye monastırı 1993
500 000 143×68 yaşıl,
narıncı
Dositey Obradoviç Novo Xopovo monastırı 1993
5 mln 147×70 narıncı,
yaşıl,
qəhvəyi
Karageorgi Topola şəhərindəki Karageorgi kilsəsi və məqbərəsi 1993
50 mln 151×72 qırmızı,
narıncı,
bənövşəyi
Mixail Pupin Belqraddakı

ilk telefon stansiyasının binası

1993
500 mln 139×66 göy,
göy,
narıncı
Yovan Sviyiç Belqrad Universiteti 1993
5 mlrd 143×68 sarı,
sarı-yaşıl
Yakşiç Jura Vraçevşnitsa monastırı 1993
50 mlrd 163×78 boz,
narıncı
Miloş Obrenoviç Obrenoviçin sarayı 1993
500 mlrd 151×72 qırmızı,
göy
Yovan Yovanoviç Zmay Serbiya Milli Kitabxanası 1993
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel

1994-cü il dinarı

[redaktə | vikimətni redaktə et]

1994-cü ilin yanvar ayında 10, 100, 1000, 5000, 50 000 və 500 000 və 10 mln dinar nominalında yeni banknotlar seriyasl buraxıldı. Bu pul dövriyyədə bir neçə həftə qaldı, daha sonra onları "yeni dinar" adlı pul vahidi ilə əvəz etdilər.

Həmçinin, 1 dinar nominalında sikkə də zərb olundu və demək olar ki anında dəyərini itirdi, bu da numizmatika tarixinin kuryoz hadisələrindən biri hesab edilir.[1]

Серия 1994 года
Şəkil Nominal
(dinar)
Ölçüləri
(mm)
Əsas
rəngləri
Təsviri Nəşr olunma
illəri
Üz tərəfi Tərs üzü Üz tərəfi Tərs üzü
10 114×55 göy-yaşıl
qəhvəyi
İosif Pançiç dağ mənzərəsi 1994
100 135×63 göy,
çəhrayı
Nikola Tesla Belqraddakı Tesla Muzeyi 1994
1000 139×66 boz,
qəhvəyi
II Pyotr Petroviç Çetinye monastırı 1994
5000 142×68 göy,
çəhrayı
Dositey Obradoviç Novo Xopovo monastırı 1994
50 000 146×70 qırmızı,
narıncı
Karageorgi Topola şəhərindəki Karageorgi kilsəsi və məqbərəsi 1994
500 000 139×66 sarı Yovan Tsviiç Belqrad Universiteti 1994
10 mln 168×80 boz-yaşıl İvo Andriç Serbiya Milli Kitabxanasının binası 1994
Şəkillərin miqyası — bir mm-ə 1,0 piksel

24 yanvar 1994-cü ildə dövriyyəyə 1, 5 və 10 dəyərində yeni dinar əsginasları daxil oldu. İlin sonunda 5, 10 və 20 yeni dinar, 1996-cı ildə isə əlavə olaraq 50 və 100 yeni dinar nominalında banknotlar buraxıldı. 2000-ci ildə 10, 20, 50 və 100 bonu ehtiva edən dinarın yeni seriyası buraxıldı və adından "yeni" sözü götürüldü. 2001-ci ildə seriya 200 və 1000 dinar, 2002-ci ildə isə 5000 dinarlıq əskinaslarla tamamlandı.

Sikkələr də həmçinin zərb olunurdu:

  • milli bankın emblemi ilə: 1, 5, 10, 50 para, 1 dinar. Eyni nominalda olan bəzi sikkələrin ölçüsü tədricən aşağıya doğru dəyişdirilirdi.
  • gerb ilə (cüt başlı qartal): 50 para (iki cür dizaynı var idi), 1 dinar (iki cür dizaynı var idi), 2 и 5 dinar. 1, 2 və 5 dinar sikkələrin dizaynları Yuqoslaviya dağılandan sonra Serbiya dinar sikkələrində də istifadə edilmişdir.
5 yeni dinar, 1994. 100 yeni dinar, 2000.


Yuqoslaviya dinarını əvəz edən valyutalar

[redaktə | vikimətni redaktə et]
Ölkə / Ərazi

(дата выхода из Югославии / Сербии)

Ümumi valyuta Öz valyutaları və onun tətbiq ediılmə (qəbul edilmə) tarixi
1991—1994 1995—2002 2003 с 2004 года
 Serbiya Yeni

Yuqoslaviya dinarı (YUD) ↓ 1990 (yanvar) ↓ Yuqoslaviya dinarı (YUN) ↓

YUN

Yuqoslaviya dinarı

(YUM; 1995, noyabr)

YUM

Serb dinarı(CSD; 2003, iyul) Serb dinarı(RSD; 2006, oktyabr) →
 Kosovo[d 1][2](17.02.2008) Alman markı(1999, oktyabr) Avro[d 2](EUR; 2002, mart) →
 Monteneqro[3](03.06.2006) Alman markı(1999, yanvar) Avro[d 2](EUR; 2002, mart) →
 Serb Respublikası[d 3](28.02.1992) Serb Respublikası dinarı(1992) Serb Respublikası dinarı(1993, oktyabr) Konvertasiya olunan marka(1997, iyul) →
Bosniya və Herseqovina Bosniya və Herseqovina Federasiyası[d 3]

(06.04.1992)

Bosniya və Herseqovina dinarı(1992, iyul) Bosniya və Herseqovina dinarı(1994)
Şimali Makedoniya Makedoniya

(08.09.1991)

Makedoniya denarı(1992, aprel) → Makedoniya denarı(1993, may) →
 Xorvatiya(25.06.1991) Xorvatiya dinarı(1991, dekabr) Xorvatiya kunası(1994, may) →
Serb Krainası Respublikası[d 4]

(19.12.1991)

Serb Krainası dinarı(1991, декабрь)
 Sloveniya(25.06.1991) Sloveniya toları(1991, oktyabr) Avro(EUR; 2007, yanvar) →
Yuqoslaviya dinarı (YUN, YUM) və/və ya serb dinarı (CSD, RSD) — yeganə qanuni ödəmə vasitəsi Serb dinarının (RSD) müasir dövriyyə zonası
Yuqoslaviya dinarı (YUN, YUM) və/və ya serb dinarının (CSD, RSD) yerli valyuta ilə paralel dövriyyədə olması
Milli valyuta — yeganə qanuni ödəmə vasitəsi Avrozona; avro — yeganə qanuni ödəmə vasitəsi
  1. Qismən tanınan ölkə
  2. 1 2 Avronun de-yure yox de-fakto istifadə edilməsi
  3. 1 2 Vahid dövlət tərkibində muxtariyyət  Bosniya və Herseqovina
  4. "Şimşək""Fırtına" əməliyyatları zamanı 1995-ci ildə ləğv olunmuşdur
  1. "Arxivlənmiş surət". 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-28.
  2. Lamine, 2006, p. 44—46
  3. Lamine, 2006, p. 43—44

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]
  • nbs.rs — Serbiya Xalq Bankının rəsmi saytı (ing.) (serb.)